Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Sağrı
Sağrı (lat. Clunis) - çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
Səgzi
Səgzi, Seczi və ya Səkkizi — İranın İsfahan ostanının İsfahan şəhristanının Kuhpaya bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,392 nəfər və 1,216 ailədən ibarət idi.
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
Bələdiyyə sədri
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
Edmon Səbri
Yeni İraq nəsrinin ən görkəmli nümayəndəsi Edmon Səbridir. == Həyatı == O, 1921-ci ildə anadan olmuş, 1951-ci ildə Bağdadda iqtisadiyyat kollecini bitirmişdir.Lakin o, iqtisadiyyatla deyil,ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. O, on üç hekayələr məcmuəsi, iki roman və altı pyes müəllifidir. == Yaradıcılığı == Edmon Səbri yaradıcılığı üç mərhələyə ayrılır: 1.Birinci mərhələ onun bədii yaradıcılığının hazırlıq mərhələsidir.
Hüseyn Şərqi
Hüseyn Şərqi Soytürk — Zəncan Universitetinin professorudur. İranda Azərbaycan və fars dillərində nəşr olunan "Xudafərin" jurnalının təsisçisi və baş redaktoru == Həyatı == Azərbaycanda nəşr olunan "Güney Azərbaycan türkologiyası" (2013), "Güney Azərbaycan dramaturgiyası" (2014), eləcə də Cənubi Azərbaycanda nəşr olunan "Azərbaycan ədəbi dil tarixi" (1997), "Azərbaycan ədəbiyyat tarixi" (1997), "Məsihi divanı" (Tehran), "Əski türk kitabları" (Ərdəbil), "Müsəlman-Türk dünyası", "Ədəbi örnəklər" (Tehran) kitabları bunlardan bir neçəsidir. Hüseyn Soytürk Misirin "Xədiviyyə" kitabxanasında saxlanılan, Nizaminin əlyazması şəklində olan anadilli şeirlərini 2006-cı ildə Azərbaycanın "Nurlar" nəşriyyatında nəşr etdirmişdir. Bu şeirlər İranda da nəşr edilmişdir. Nədənsə, Azərbaycanda bu kitab böyük sensasiyaya səbəb olmuş, ancaq diqqətdən yayınmışdır. Görünür, gələcək tədqiqatçılar bu nadir tapıntıya bir daha müraciət etməli olacaqlar. İndiyə qədər İranda onlarla kitab nəşrinə imza atan Hüseyn Soytürk Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bir çox əsərləri, o cümlədən prof. Cəmil Həsənlinin "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti" kitabını fars dilinə tərcümə edib nəşr etdirmişdir. == Əsərləri == Divani-Nizami (Gəncəli) : qəsidələr-qəzəllər: Xədiviyyə nüsxəsi - Tehran nəşri əsasında / tərt.: Eloğlu, H.Ş Soytürk. - Bakı : Nurlar NPM, 2006.
Luici Negri
Luici Negri (it. Luigi Negri; 5 noyabr 1947, Kodogno, İtaliya) — İtaliyalı siyasətçi və memar, Lega Nord Partiyasının üzvü. == Həyatı == 1956-cı ildə Kodognoda anadan olmuşdur. 1992–2001-ci illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. İncəsənət tarixinə olan marağı onu hər şeydən əvvəl çini araşdırmalarını genişləndirməyə və toplamağa yönəltdi.
Meqri armudu
Meqri kəklikotu
Meğri rayonu
Meğri rayonu (və ya Mığrı) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir. == Tarixi == Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır. Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir.
Meğri silsiləsi
Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) — Ermənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir. Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır.
Meğri çayı
Meğri çayı – Zəngəzurun Oxçu və Meğri dərələrini ayıran Cibənd dağ silsiləsindən başlayır, Lehvaz dərəsindən keçərək Meğri çökəyinə, oradan isə Araz çayına tökülür: Vartanizor çay, Lehvaz çay, Lişk çay kimi qolları vardır. Zəngəzurun su hövzələri şəffaflığı, duruluğu və iti axarı ilə seçilir. Bu çaylarda dağ çaylarına məxsus çox dadlı və ləzzətli forel, bığlı balıq, göy balıq, daban balığı olur.
Mohand Şəhri
Mohand Məhəmməd Fayiz əl-Şəhri (ərəb. مهند الشهري‎; 7 may 1979 və ya 17 avqust 1979, Əsir bölgəsi[d] – 11 sentyabr 2001, Nyu-York, Nyu-York ştatı) ― 11 sentyabr terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş hava quldurlarından biri. Soyadının eyni olmasına baxmayaraq, o, Amerika Hava Yolları reys 11-i qaçırqn Vail əl-Şəhri və ya Valid əl-Şəhri ilə qohum deyildi. Səudiyyə Ərəbistanı vətəndaşı olan əl-Şəhri pis göstəricilərinə görə oxuduğu məktəbdən qovulmuşdur. Daha sonra 2000-ci ildə döyüşmək üçün Çeçenistana yollandı, lakin böyük ehtimalla Əfqanıstandakı Əl-Qaidə təlim düşərgələrinə yönəldildi. 2000-ci il oktyabr ayında ABŞ tələbə vizasını aldı. Şəhri ABŞ-yə 2001-ci ilin mayında gəldi. 11 sentyabr 2001-ci ildə Şəhri Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin Dünya Ticarət Mərkəzinin Cənubi Qülləsi ilə toqquşması üçün onu qaçırtmağa kömək etdi. == Həyatı == 1979-cu il təvəllüdlü Şəhri Səudiyyə Ərəbistanının Əsir vilayətindən gələn beş hava quldurlarından biri idi, digərləri Əhməd əl-Nami, Əbdüləziz əl-Öməri və Mohand ilə qohumluq əlaqəsi olmayan Valid və Vail əl-Şəhri qardaşları idi. "Arab News"un verdiyi məlumata görə, 2000-ci ilin əvvəllərində Çeçenistana döyüşməyə getdi və ola bilsin ki, orada Həmzə əl-Qəmdi ilə tanış oldu.
Məsud Səbri
Masud Sabri həmçinin Masʿūd Ṣabrī (uyğ. مەسئۇت سابرى, مسعود صبري; çin. 麦斯武德·沙比尔; pinyin:Màisīwǔdé·Shābì'ěr; 1886-cı il Külçə, Şərqi Türkistan – 1952-ci il Urumçi, Sincan) — Şərqi Türkistanda uyğur siyasətçisi və siyasi lideri. İli üsyanı zamanı uyğurların siyasi liderlərindən biri və Sincan valisi olmuşdur. Səbri əvvəlcə Külçə ardından ali təhsilini tibb üzrə İstanbul Universitetində almışdır. Siyasi baxışlarında türkçülük və müstəqil Şərqi Türkistan məsələsi önəmli yer tuturdu. 1949-cu ildə Şərqi Türkistan Çin Xalq Respublikası tərəfindən ilhaq edildikdən sonra valilikdən uzaqlaşdırılmışdır. 1952-cil ildə həbsdə vəfat etmişdir. == Həyatı == Məsud Səbri 1886-cı ildə Şərqi Türkistanda Külçə şəhərində anadan olmuşdur. İlk təhsilini Gülcədə almışdır.
Nijniye Serqi
Nijniye Serqi — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nüvədi (Meğri)
Nüvədi (1994-cü ildən: Nrnadzor) — Zəngəzur mahalının Meğri rayonunda kənd. == Tarixi == Nüvədi kəndinin adı 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir.(25 ailə yaşadığı) Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir. Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx, "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur. 25 oktyabr 2020-ci ildə Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər.18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, onların hər birinin imzaları və müvafiq sübutlarla təqdim edilən müraciət 55 vərəqdən ibarətdir. Müraciətdə Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multukultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər.
Pavilyon (sərgi)
Pavilyon, Ümumdünya sərgisi kimi böyük beynəlxalq sərgilərdə tez-tez rast gəlinən bir bina növüdür. Tanınmış bir memar və ya dizayner tərəfindən iştirakçı ölkənin ən son texnologiyasını nümayiş etdirmək üçün dizayn edilə bilər və ya sərgiləyən ölkənin milli memarlıq üslubu kimi qəbul edilə bilər. Məsələn, 1929-cu il Barselona Beynəlxalq Sərgisinin Alman pavilyonu, tanınmış müasir Alman memarları Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmişdir.
Seqre (rayon)
Seqre (fr. Segré) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Men və Luara. Suprefektura — Seqre. Rayon əhalisi 2006-cı ildə 57 672 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon sahəsi — 1164 km².
Sergi Samper
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; == Həyatı == Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. === Təhsili === 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Seyidlər (Meğri)
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Səgrik (Çaldıran)
Səgrik (fars. سگريك‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 433 nəfər yaşayır (80 ailə).
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.