SAĞRI

“Почва земли” ifadəsini tərcümə edənlər çətinlik çəkirlər. Türk dillərində buna yer sağrısı deyilib. Sağrı ən çox “dəri” mənasında işlədilir, amma burada yerin üz qatı, bitkini qidalandıran hissə nəzərdə tutulur. Sağrı sözü rus dilinə круп kimi tərcümə olunur, heyvanın quyruq tərəfdəki sağ və sol yanlarına, eləcə də həmin yanların dərisinə sağrı deyilir (bu dəridən keyfiyyətli ayaqqabı hazırlanır). Yada salaq: Xan Çoban deyir: Sağrı başmaq suda gəlir, / Apardı sellər Saranı... Belə düşünürəm ki, sözün kökü sağ (salamat, yararlı) kəlməsidir. Sağrı dəridir, özü də ən yararlı hissədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SAĞMAL
SAĞSAĞAN
OBASTAN VİKİ
Sağrı
Sağrı (lat. Clunis) - çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
Aşağı sağrı siniri
== İstinadlar ==
Böyük sağrı əzələsi
Kiçik sağrı əzələsi
Kiçik sağrı əzələsi (lat. Musculus gluteus minimus) — çanağın xarici qrup əzələlərindən olub, qalça sümüyündən başlayıb, bud sümüyünün böyük qabarcığına bağlanır. Kiçik sağrı əzələsinin yığılmasından bud bud-çanaq oyanağından açılır.
Orta sağrı əzələsi
Orta sağrı əzələsi (lat. Musculus gluteus medius) — çanağın xarici qrup əzələlərindən olub, qalça sümüyündən başlayıb, bud sümüyünün böyük qabarcığına bağlanır və böyük sağrı əzələsinin altında yerləşir. Orta sağrı əzələsinin yığılmasından bud bud-çanaq oyanağından açılır. Əzələnin ön lift dəsti ayrılıqda yığılaraq budu daxilə, arxa lift dəsti isə xaricə fırladır.
Yuxarı sağrı arteriyası
Yuxarı sağrı siniri

Digər lüğətlərdə