Şərqi Türkistan
Şərqi Türkistan (uyğ. Sherqiy Türkistan شەرقىي تۈركىستان) — Böyük Türkistanın bir qismi Çin Xalq Respublikası, digər hissəsi isə Orta Asiyanın uzaq şərq bölgələrinə aid olan şərq hissəsi.
Böyük və vahid Türkistan elləri Sovet İmperiyası və Çin Xalq Respublikası arasında qərb hissəsində keçmiş türk-sovet respublikaları, şərq hissəsində isə Uyğur Muxtar Vilayəti olmaqla iki hissəyə bölünmüşdür. Tyan Şan (Tanrı Dağ(?), uyğur-ing. Tengri Tagh) və Pamir dağ silsilələri iki türk məmləkəti arasında sərhəd təşkil edir. Şərqi Türkistanda Türk dünyasının bir çox tarixi əhəmiyyətli şəhərləri yerləşir. Bunlardan Qaşğar, Hotan, Turfan, Yarkənd, İli (Gülcə), Kumul, Aksu, Kuçar (Köçər) və Altayı misal göstərmək olar.
Şərqi Türkistan ərazisi 1,6 milyon (bəzi rəqəmlərə görə, 1,8) kvadrat kilometr olan, şimaldan Altay, cənubdan Pamir dağları ilə əhatələnmiş, tam mərkəzində isə Tanrı dağlarının ucaldığı, türk tarixinin müqəddəs izlərini özündə daşıyan bir bölgədir. Paytaxtı Urumçi, rəsmi dilləri uyğur və standart çin dilləridir.
Tanrı dağı Şərqi Türkistanı iki hissəyə bölür – şimalda Cunqarya, cənubda isə Tarım hövzəsi yerləşir.