Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şekeleş
Şekeleş — Yeni padşahlıq dövrünə aid bir sıra Qədim Misir mənbələrində haqqında məlumat verilən və mənşəyi tarixçilər arasında hələ də mübahisə mövzusu kimi qalan antik dövrün "dəniz xalqları"ndan biri. "Şekeles" adı çox vaxt "sikiler" kimi transkripsiya edilir və buna görə də onların Siciliyada yaşamış sikanlar və ya sikullar olduğu güman edilir. Eyni zamanda, Qədim Misir mənbələrində onlar Egey adalarından, Kiprdən və ya Yunanıstandan gələn dəniz quldurları kimi xarakterizə olunur. Fələstin ərazisində Mikena və ya Kipr-Mikena mədəniyyətlərinə aid arxeoloji tapıntılar göstərir ki, burada olan şekellər, görünür, Mikena tacirləri kimi fəaliyyət göstərirdilər. Buna baxmayaraq, başqa bir versiyaya görə, bu tapıntılar onu göstərir ki, onlar Fələstinin bəzi sahilyanı şəhərlərini ələ keçirərək bir müddət hakimiyyətdə qalmışdılar. Bəzi İsrail arxeoloqlarına görə, "Şekeleş" Karmel sahillərində və Şaron vadisinin şimalında məskunlaşmışdı. Ephraim Stern: Dor, Ruler of the Seas. Israel Exploration Society, Jerusalem 2000. ISBN 965-221-042-0 Abraham Malamat: The Egyptian decline in Canaan and the Sea-Peoples. Massadah, Tel-Aviv 1971.
Şivələr
Şivə, həmçinin subdialekt və ya altdialekt (q.yun. διάλεκτος, "diskurs") — müəyyən bir dildə danışanların kiçik, adətən coğrafi cəhətdən əlaqəli hissəsi tərəfindən ünsiyyətdə istifadə olunan dil növü. Bu, dialektin əsas bölgüsüdür. Булич С. К. Говор // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Говор // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Şiələr
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Hawker Siddeley
Hawker Siddeley Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1934-cü ildə yaradılmışdır və lokomotivlər və dizel mühərrikləri, eləcə də təyyarə istehsalı ilə məşğul olmuşdur. Baş ofisi Londonun Kinqston-apon Temza rayonunda yerləşirdi. 29 aprel 1977-ci ildə şirkət Bristol Airplane Company və Scottish Aviation ilə birlikdə milliləşdirilərək British Aerospace (BAe) şirkətini formalaşdırmışdır.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Australian Singles Chart
ARIA Charts — Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
Canadian Singles Chart
Canadian Singles Chart — Kanadanın rəsmi hit paradı. Hit parad hər həftənin Çərşənbə günü yayımlanır.
Danish Singles Chart
Dutch Singles Chart
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Finnish Singles Chart
Finland's Official List (fin Suomen virallinen lista, isv. Finlands officiella lista) — 1991-ci ildən "ÄKT (IFPI Finland)" tərəfindən tərtib edilən Finlandiya hit paradı.
Hawker Siddeley Harrier
Hawker Siddeley Harrier, Hawker Siddeley tərəfindən buraxılmış Böyük Britaniya istehsalı olan reaktiv V/STOL hücum təyyarəsidir. Təyyarə Harrier Jump Jet seriyasının ilkidir və VSTOL dizaynına malik ilk əməliyyat məqsədləri üçün nəzərdə tutulmuş yaxın hava dəstəyi və kəşfiyyat təyyarəsidir.
Irish Singles Chart
The Irish Singles Chart — İrlandiyada "Irish Recorded Music Association" tərəfindən təqdim edilən həftəlik hit parad.
Italian Singles Chart
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
Kristofer Mireles Suazo
Kristofer Mireles Suazo (25 noyabr 1992) — Meksikalı peşəkar kişi BMX velosipedçisi. Kristofer Mireles Suazo Meksikanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Kristofer Mireles Suazo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.091 saniyəlik nəticəsi ilə 74-cü yeri tutdu.
Norwegian Singles Chart
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.
Plaza de Cibeles
Plaza de Cibeles — (azərb. ‎: Kibele meydanı) - neoklassik üslubda mərmər heykəllərdən düzəldilmiş bulaq ilə Madridin ən vacib simvollarından biridir. Meydan şərq və qərbdə Calle de Alcala, şimalda Paseo de Recoletos və cənubda Paseo del Prado küçələri ilə həmsərhəddir. Əsl adı Plaza de Madrid (Madrid meydanı) olduğu halda, Madrid bələdiyyəsi yerin adını 1900-cü ildə Plaza de Castelar (Castelar Meydanı) olaraq dəyişdirdi və nəhayət indiki adını aldı. Kibele çeşməsi Madridin ümumiyyətlə Paseo de Recoletos adlanan hissəsində tapılmışdır. Bu fəvvarənin adı Frigian tanrıçası Kibele. Bulaqda ənənəvi olaraq Real Madrid C.F. Komanda kapitanlarının heykəlinə Real Madrid bayrağı və eşarp qoyaraq komandanın qələbələrini qeyd edir. Plaza de Kibelesdəki binaların ən gözə çarpan yeri, Madrid şəhər şurasının yerləşdiyi Kibele sarayıdır (əvvəllər Rabitə Sarayı).
Spanish Singles Chart
İspaniya Musiqi Prodüsserləri (isp: Productores de Música de España, qısa şəkildə PROMUSICAE) - İspaniyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
Swedish Singles Chart
Sverigetopplistan — yayımlandığı ilk dövrlərdə Topplistan və Hitlistan adlarıyla tanına İsveçin rəsmi hit paradı.
Swiss Singles Chart
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
UK Singles Chart
UK Singles Chart — Böyük Britaniyanın rəsmi hit paradı. Hit parad nüfuzuna görə yalnız ABŞ -ın Billboard Hot 100 hitparadı ilə müqayisə edilə bilər.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
European Hot 100 Singles
European Hot 100 Singles — Billboard and Music & Media jurnalları tərəfindən 1984-cü ilin martında yaradılmış hit parad. Hit parad 15 Avropa ölkəsində rəsmi sinql satışlarının nəticələrinə əsaslanır.
Visionary: The Video Singles
Visionary: The Video Singles — Maykl Ceksonun 2006-cı ildə işıq üzü görən albomu.