Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katsuyoşi Şinto
Katsuyoşi Şinto (d. 15 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Sinta Nuriya
Sinta Nuriya Vahid (həmçinin Sinta Vahid, 8 mart 1948) keçmiş İndoneziya prezidenti Abdurrahman Vahidin dul qadınıdır. 1999-cu ildən 2001-ci ilədək İndoneziyanın birinci xanımı idi.Sinta 1948-ci ildə Combanq inzibati ərazisində 18 uşağın ən böyük qızı olaraq dünyaya gəldi. 13 yaşındaykən İslam internat məktəbinə daxil olan Sinta orada müəllim olan Vəhidə aşiq olur. Peşəkar xəttat olan atası evlilik təklifini rədd etdi,atası Nəhdlətul Uləmanın lideri olan Vahid xaricə təhsil almaq üçün getdi. Vahidə Bağdaddan təklif edilərkən Sinta Vahidin babasının vəkil olaraq olduğu bir mərasimdə İndoneziyaya onun qayıdışından üç il əvvəl onları evləndirdi..1992-ci ildə Sinta beldən aşağısını şikəst edən qəza keçirdi. O qollarını hərəkət etdirmədən əvvəl bir il fiziki müalicə aldı. İndoneziya Universitetində universitet işçiləri tərəfindən binanin dördüncü mərtəbəsinə qədər qaldırılan Sinta qadın kurslarını bitirdi.Ərinin impiçmentindən sonra Sinta orta İslamın açıq bir müdafiəçisi idi. Ramazan ayında dinlərarası yeməklərin keçirilməsi ənənəsini davam etdirdi. Vali Basuki Tahaca Purnamanın cəsarətini təriflədi və poliqamiyi (çoxarvadlılıq) ədalətsiz hesab etdi. Ekstremistlər tərəfindən təhdid edildikdən sonra, Banser milisləri tədbirlərini qorumaq üçün hərəkətə keçdi.
Sinti-metal
Sinti-metal (ing. Synth-metal) — heavy metal və elektronika elementləri özündə əks etdirir. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir.
Sinti-pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. == Xarici keçidlər == Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sinti pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. == Xarici keçidlər == Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sint-Estatius
Sint-Estatius (nid. Sint Eustatius) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən biri. Rəsmi dili Niderland dilidir. Ərazisi 21 km² olan bu adada 3,877 nəfər yaşayır. Paytaxtı Oranyestad şəhəridir.
Sint-Marten
Sint-Marten (nid. Sint Maarten) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizində yerləşir. Paytaxtı Filipsburq şəhəridir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 37 km²-dir. == Əhalisi == 2011-ci ilin məlumatına görə halisi 33,609 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Official website of the Sint Maarten government Philipsburg Jubilee Public Library St. Maarten Chamber of Commerce and Industry (official site). St.
Filipsburq (Sint-Marten)
Filipsburq (nid. Philipsburg) — Sint-Martenin paytaxtı, yeganə şəhəri və əsas limanıdır. == Əhalisi == 2006-cı ildə əhalisi 1338 nəfər olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Philipsburg Jubilee Library, Public Library of St.
Oranyestad (Sint-Estatius)
Oranyestad (nid. Oranjestad) — Sint-Estatiusun paytaxtı və ən böyük şəhəri. == Məsafələr == Oranyestaddan Amsterdama məsafə 6.998 km-dir. Oranyestaddan Karib Niderlandındakı digər şəhərlərə – Bottoma məsafə 32 km, Kralendeykə isə 814 km-dir. == İstinadlar == == Xarici keçidlər == St. Eustatius Historical Foundation Museum Arxivləşdirilib 2011-12-12 at the Wayback Machine St.
SENTO
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Santr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Sentr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Sibth.
Con Sibtorp (ing. John Sibthorp; 28 oktyabr 1758, Oksford – 8 fevral 1796, Bath, Somerset qraflığı) — ingilis botaniki. == Bəzi elmi əsərləri == Sibthorp, J. (1794). Flora oxoniensis. 422 p. Sibthorp, J.; Smith, J.E. (1806—1813). Florae Grecae prodromus. 2 vols. Sibthorp, J.; Smith, J.E.; Lindley, J. (1806—1840). Flora graeca.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sinam
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. == Tarixi == Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. == Rəhbərlik == Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
Sindi
Sindi (est. Sindi) - Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. == Tarix == Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Sinek
Sinek - rok qrupudur. Onların musiqi alternativi rokun və pop musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Adem Polat, Uğur Koçoğlu, Gökhan Çevir, Sabri Uluhan və Gökhan Taşkın ibarətdir. Uğur Koçoğlu qrupun solistidir.
Sinif
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sinqa
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.
Sinql
Sinql (ingiliscə:Single – ayrıca) – musiqiçilərin çıxarmağa planlaşdırdığı albomlarından seçdikləri bir və ya bir neçə parçadan ibarət olan musiqi albomudur. A və B üzlərindən ibarət olaraq 2 hissədən ibarətdir. A üzündə original mahnılar, B üzündə isə bu mahnıların remiksləri yazılmışdır. "Sinql" termini ilk dəfə 1950-ci illərdən meydana gəlmişdir. Hal-hazırda sinqllar CD və DVDdə çıxarılır. == İstinadlar == ^ Marcus 2005 (1), p. 145 ^ "Pop single still hits right note". Sydney Morning Herald. 2004–08–26. http://www.smh.com.au/articles/2004/08/25/1093246622880.html.
Şinci
Şinci — ad.
Şinço
Şinço (新潮, Shinchō; Yeni dalğa) — "Shinchosha" tərəfindən nəşr olunan Yaponiya aylıq ədəbi jurnalı. 1904-cü ildə fəaliyyətə başlamasından bəri bir çox aparıcı yapon yazıçılarının əsərlərini nəşr etdirmişdir. Bu, Yaponiyanın aparıcı beş ədəbi jurnalından biridir. Jurnalda Yaponiya ədəbi əsərlərinin ingilis dilinə tərcümələri dərc olunur. Jurnal "Şinço ədəbi mükafatı"nı təqdim edir.
Kinto
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Sınaq
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.