Əminə Sırtlanova
Əminə (Əminə xanım) Mahmudovna Sırtlanova (frans. Amina Hanum Syrtlanoff, doğulanda Şeyxəliyeva və ya Şeyx Əli soyadını daşıyırdı; 25 iyul 1884, Ufa, Ufa quberniyası, Rusiya imperiyası – ən tezi 1940, Fransa) — ictimai xadim, mərhəmət bacısı, teosof, Le Droit Humain Ordenin 840 nömrəli "Avrora" adlı Paris mason lojasının möhtərəm ustadı.
1884-cü ildə general-mayor Mahmud Maqomedoviç Şeyx Əlinin (Şıxəliyev) və mülkədar Magiparvaz Şeyxəliyevanın (qız soyadı Alkina) ailəsində anadan olub. Fəxri ümdə özdəni, podpolkovnik, Stavropol quberniyası müsəlman xalqlarının baş məhkəmə məmuru Dövlət-Mirzə Şıxəliyevin (Şeyx Əli) qardaşıqızıdı, eləcə də tanınmış ictimai xadimləri İbniamin Alkinin və Seid Girey Alkinin bacısıqızıdı.
III Rusiya Dövlət Dumasının deputatı Galiaskar Syrtlanovın həyat yoldaşı idi. Onun 1912-ci ildə faciəli ölümündən sonra ictimai həyatda fəal iştirak etməyə başlamışdı. "Petroqradsk müsəlman maarifçilik cəmiyyətinin" sədri olub və "Petroqrad və Ufadan olan savadlı müsəlmanlar arasında geniş nüfuza" malik idi.
Birinci Dünya Müharibəsi başlayandan sonra, cəbhəyə kömək üçün müsəlman xeyriyyə cəmiyyətinin birləşdirməyə çalışan Rusiya müsəlman ictimai təşkilatlarının Mərkəzi komitəsinin üzvlərindən biri olub. 1916-cı ilin yayında qabaqcıl mövqeyə göndərilən Rusiya müsəlmanlarının sanitar dəstəsinə başçılıq edib.
Rus İnqilabından sonra Sırtlanova Finlandiyaya mühacirət etdi.