Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dipelta
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Spelta
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Canarium kipella
Canarium kipella (lat. Canarium kipella) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserakimilər fəsiləsinin canarium cinsinə aid bitki növü.
Salvia sipylea
Salvia fruticosa (lat. Salvia fruticosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı ildə Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər adlı rus bədii cizgi filmi buraxıldı.
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Triticum spelta subsp. vavilovii
ZSU-23-4 Şilka
23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksi (rusca:Зенитная Самоходная Установка; ЗСУ-23-4 «Ши́лка») yüngül zirehlə və radar sistemi ilə təchiz edilmiş olan SSRİ istehsalı özüyeriyən zenit-raket kompleksidir. 1960-cı illərdə ZSU-57-2 özüyeriyən zenit-raket komplekslərinin yerini alması üçün yaradılmış və adını Rusiyada axan Şilka çayından götürmüşdür. 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik topa sahibdir. İstehsalçı: SSRİ İstehsalçı fima: MMZ (Mıtişçi adına Maşın Zavodu) Tip: Özüyeriyən zenit-raket kompleksi İstehsal tarixi: 1964 – 1982 Xidmətə giriş ili: 1965 – günümüzə Ekipaj: 4 nəfər İstehsal sayı: 6500 ədəd Ağırlığı: 21 ton Uzunluğu: 6.535 mm Eni: 3.125 mm Hündürlüyü: 2.576-3.572 mm Klirens: 0.4 m Zireh qalınlığı: 9.2–15 mm qalınlıqda yayılmış polad Tüstü bombaları Dalış dərinliyi: 1 m Xəndək keçmə: 2.5 m Divar dağıtmaq: 0.7 m Qalxma dərəcəsi: 30º Motor: V-6R dizel, sıralı altı silindr, 4 gedişatlı havasız inyeksiya sistemli su ilə soyudulan 20 litrlik dizel At gücü: 280 at gücü Güc nisbəti: 14.7 at gücü/ton Yanacaq çəninin tutumu: 520 litrl Mənzili: 450 km Dayandırılması (Asqı tipi): hidravlik amortizatorlu fərdi burulma bar Maksimal sürət: 50 km/saat (şosedə), 30 km/saat (yolsuzluq şəraitində) Gediş məsafəsi: 450 km (şosedə), 300 km (yolsuzluq şəraitində) Yanacaq çəninin tutumu: 520 litr 100 km məsafədə yanacaq sərfiyyatı: 80 litr (şosedə), 130 litr (yolsuzluq şəraitində) 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik top Kalibr: 23x152 mm Lülənin qalxma bucağı: -4º... +85º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 980–1000 m/s Atış tezliyi: 3400-4000 atış/dəqiqədə Hədəfi məhvetmə hündürlüyü: 0.5–2 km Hədəfi məhvetmə uzaqlığı: 0.2–2.5 km Atəş məsafəsi: 3 km Mərmi sayı: 2000 ədəd Mərmi növü: zirehdələn-yandırıcı-izburaxan (БЗТ), qəlpəli-fuqaslı-yandırıcı (ОФЗ), qəlpəli-fuqaslı-yandırıcı-izburaxan (ОФЗТ), – 8 ədəd 72 mm çapında 9K38 “İgla” daşına bilən yer-hava tipli zenit-raket kompleksi Kalibr: 72 mm Uzunluğu: 1680 mm Raketin ağırlığı: 10.6 kq Döyüş başlığının çəkisi: 1.3 kq Döyüş başlığı: Qəlpəli-fuqaslı İdarəetmə sistemi: Spekt infraqırmızı görüntüləmə (İİR) Raketin başlanğıc sürəti: 570 m/s Uçuş hündürlüyü: 3 km Atəş məsafəsi: 6 km Hədəfin sürəti: 320–360 metr/saniyə Hədəfi məhvetmə hündürlüyü: 0.10–3.5 km Hədəfi məhvetmə uzaqlığı: 5 km Raket 6 saniyədə konteynerə yerləşdirilə və sistem 13 saniyədə növbəti atışa hazır ola bilər.