Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sıravan
Sıravan (fars. سیراوند‎, (az-əbcəd. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.