Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Medison skver
Medison skver (ing. Madison Square) — Manhettenin Fletayron rayonunda ictimai park. Park Beşinci prospekt, Brodvey, Şərqi 23-cü küçə, Medison prospekti və 26-cı küçə ilə sərhədlənib. 1686-cı ildə Nyu-York Qubernatoru Tomas Donqan, parkın indi yerləşdiyi ərazilərin çoxunun bələdiyyə mülkiyyətinə verildiyi şəhər nizamnaməsini təsdiqlədi. 1794-cü ildə bu sahədə yoxsullar üçün qəbiristanlıq quruldu. Üç il sonra o, indiki Vaşinqton Skver Parka köçürüldü. XIX əsrin əvvəllərində parkın indi əhatə etdiyi ərazi 97 hektarlıq sahəyə daxil edildi, orada hərbi baraklar, arsenal və kasıblar üçün bir qəbiristanlıq yerləşirdi. 1814-cü ildə bu əraziyə ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adı verildi və 36 hektara qədər azaldıldı. meydanın ətrafında tikilmiş malikanələrdə ABŞ-nin 26-cı prezidenti Teodor Ruzvelt, yazıçı Edit Varton və Vinston Çörçillin anası Cenni Çörçill kimi tanınmış şəxslər doğulmuşdular. 1857-ci ildə meydanın qərb hissəsində Meksika-ABŞ müharibəsində iştirak edən general Vilyam Uortun məzarı üzərində obelisk qoyuldu.
Portsmut-skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Portsmut Skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Tayms-skver
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır. 1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır. == Xarici keçidlər == Times Square Photos Arxivləşdirilib 2008-01-20 at the Wayback Machine Live Streaming Cameras in Times Square 40°45′24″ şm. e. 73°59′11″ q.
Akkan Suvər
Akkan Suvər — Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidenti, "Tərəqqi" medalı laureatı. == Həyatı == Akkan Suvər 1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Aleksandr Sever
Mark Avreli Sever Aleksandr (lat. Marcus Aurelius Severus Alexander), Roma tarixşünaslığında daha çox Aleksandr Sever kimi tanınır (1 oktyabr 208 – 19 mart 235) — 13 mart 222-ci ildən 19 mart 235-ci ilə qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Sever sülaləsinin sonuncu padşahı olmuşdur. Sever Helioqabalın əmisioğlu və xələfi olmuşdur. == Həyatı == Aleksandr Sever padşahlıq etməyə başlayanda onun on dörd yaşı var idi. Hökumətə pretori prefekti hüquqşünas Ulpian rəhbərlik edirdi. İmperiyanın iqtisadi vəziyyəti çətin halda idi və imperator ordunun xərclərini azaltmağa çalışırdı. O, həm də sosial müdafiə və xeyirxahlıq siyasəti həyata keçirirdi. Sasanilərin şərqdə yüksəlişi onu sülh danışıqları aparmağa məcbur etmişdir. O, həmçinin Maynsda german tayfaları ilə danışıqlar aparmağa çalışsa da, legionerləri tərəfindən öldürülmüşdür.
Mislav Sever
Mislav Sever (d. 15 dekabr 1994) — Xorvatiyalı üzgüçü. Mislav Sever Xorvatiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mislav Sever birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.61 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 34-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Septimi Sever
Lusi Septimi Sever (lat. Lucius Septimius Severus Augustus; 11 aprel 146, Leptis-Maqna, Afrika[d], Roma imperiyası – 4 fevral 211) — 9 aprel 193-cü ildən 4 fevral 211-ci ilə kimi Roma imperatoru, Severlər sülaləsinin əsasını qoymuş Beş İmperator İli imperatoru.
Zeynəb Sevər
Zeynəb Sevər (türk. Zeynep Kübra Sever Demirel; d. 9 iyul 1989, İstanbul, Türkiyə) — "2009 Miss Belçika" gözəliZeynəb Sevər Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl ilə 21 sentyabr 2010-cu ildə evlənmişdir. Cütlüyün 8 fevral 2014-cü ildə Yade adında bir qız övladı anadan olmuşdur. Bir müddət səhnədən uzaq qalan Zeynəb 2016-cı ilin oktyabr ayında 6 illik fasilədən sonra İstanbul Moda Həftəsində çərçivəsində təşkil edilən dəfilədə yenidən podiuma çıxmışdır.
Flavi Sever
Flavi Valeri Sever (lat. Flavius Valerius Severus), Roma tarixşünaslığında daha çox II Sever (III əsr, İlliriya – sentyabr 307, Ravenna) — 306-307-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Sever İlliriya vilayətindən idi və imperator Qalerinin sevimlisi sayılırdı. 305-ci ildə Diokletian taxtdan imtina etdikdən sonra sezar titulu almışdır. 306-cı ildə I Konstansi vəfat etmiş, Qaleri Severi avqust rütbəsinə yüksəltmişdir və onu həmimperator elan etmişdir. O, qərb vilayətlərini Severə vermək niyyətində idi, lakin xəbər gəldi ki, pretorlar Maksimian Herkulinin oğlu Maksensini Romada imperator elan etmişdi. Qaleri Severi bu üsyanı yatırmaq üçün göndərmiş və ona əvvəllər Maksimianın rəhbərliyi altında döyüşmüş legionları verdi. İtaliyada yeni imperatoru görən legionerlər onun tərəfinə keçmişdir. Sever buna görə də Romadan çəkilməli olmuşdur. O, Ravennaya qaçmış və Maksimian tərəfindən mühasirəyə alınmışdır.
II Sever
Flavi Valeri Sever (lat. Flavius Valerius Severus), Roma tarixşünaslığında daha çox II Sever (III əsr, İlliriya – sentyabr 307, Ravenna) — 306-307-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Sever İlliriya vilayətindən idi və imperator Qalerinin sevimlisi sayılırdı. 305-ci ildə Diokletian taxtdan imtina etdikdən sonra sezar titulu almışdır. 306-cı ildə I Konstansi vəfat etmiş, Qaleri Severi avqust rütbəsinə yüksəltmişdir və onu həmimperator elan etmişdir. O, qərb vilayətlərini Severə vermək niyyətində idi, lakin xəbər gəldi ki, pretorlar Maksimian Herkulinin oğlu Maksensini Romada imperator elan etmişdi. Qaleri Severi bu üsyanı yatırmaq üçün göndərmiş və ona əvvəllər Maksimianın rəhbərliyi altında döyüşmüş legionları verdi. İtaliyada yeni imperatoru görən legionerlər onun tərəfinə keçmişdir. Sever buna görə də Romadan çəkilməli olmuşdur. O, Ravennaya qaçmış və Maksimian tərəfindən mühasirəyə alınmışdır.
Sen-Sever-dyu-Mutye
Sen-Sever-dü-Mutye (fr. Saint-Sever-du-Moustier, oks. Sent Sever) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Belmon-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12249. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 65 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 226 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 118 yaş arasında (15-64 yaş arasında) 89 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə bu 61.9%).
Sen-Sever-dü-Mutye
Sen-Sever-dü-Mutye (fr. Saint-Sever-du-Moustier, oks. Sent Sever) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Belmon-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12249. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 65 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 226 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 118 yaş arasında (15-64 yaş arasında) 89 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə bu 61.9%).
Dornelas (Sever do Vouga)
Dornelas — Portuqaliyanın Sever do Vouga kommunasında yerləşən rayon. Ərazisi 7.68 km2-dir. 2001-ci il məlumatına görə əhalisi 662 nəfərdir.
Dornelaş (Sever-du-Voqa)
Dornelas — Portuqaliyanın Sever do Vouga kommunasında yerləşən rayon. Ərazisi 7.68 km2-dir. 2001-ci il məlumatına görə əhalisi 662 nəfərdir.
Eşq təsadüfləri sevər (film, 2011)
"Eşq təsadüfləri sevər" (türk. Aşk tesadüfleri sever) — rejissor Ömər Faruk Sorağın filmi. == Məzmun == Ömər Faruk Sorağın çəkdiyi məhəbbət filmidir. İki gəncin sevgisində baş verən təsadüflər göstərilir. == Film haqqında == Film ilk dəfə 4 fevral 2011-ci il tarixində nümayiş etdirilmişdir. Filmin saundtrek albomu da film göstərildiyi tarixdə yayımlanmışdır.
Kəvər (şəhər)
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri.Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz)Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü.Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Osver
Osver (alm. Åsvær‎) — Norveçin Nordland bölgəsindəki Dyonna kommunasına aid kiçik alçaq adalar qrupu. Adalar Norveç sahillərindən 15-20 km, Lovunn kəndindən təxminən 15 km cənubda və Dyonna adasından 12 km şimal-qərbdə yerləşir. == Sənaye əhəmiyyəti == Tarixən Osver adaları balıq ovu üçün mühüm yer olmuşdur. Dekabrın əvvəlində balıqçılıq prosesini təmin etmək üçün bu adaların ətrafında siyənək balığı daim kütləvi şəkildə toplanır; yanvar-dekabr aylarında adaların əhalisi minimal olur. == Görməli yerləri == Adalrın ən görməli yerlərindən biri Osver mayakıdır. Adalardan birində 1919-cu ildə tikilmişdir, 1876-cı ilin ilkin binası əvəz edən Osver mayakı quraşdırılmışdır.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Rover
Rover — planetin və ya başqa səma cisminin səthində hərəkət etmək üçün hazırlanmış kosmik kəşfiyyat gəmisidir.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. == Sözün mənşəyi == Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Təlmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. === Atalar sözləri === Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.