ƏKSƏR

sif. [ ər. ] Ən çox, lap çox, həddən ziyadə, ümumiyyətlə. Əksər hallarda (çox hallarda).
– Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xalq əvamdır, bişək. S.Ə.Şirvani.
Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. C.Məmmədquluzadə.

// Təsirlik halda: əksəri – çoxu, çoxusu, əksəriyyəti. Camaatın əksəri. Tələbələrin əksəri yaxşı oxuyur.
– Bu gün kəndlilərin əksəri işə çıxmamışdı. T.Ş.Simurq.
Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. C.Məmmədquluzadə.
[Sultan:] …Tiflisdə və qeyri yerlərdə oxumuş qızların əksəri məişətə və zindəganlığa bu təhər baxırlar. N.Nərimanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏKSƏR çoxu — əksəriyyət
ƏKSETMƏ
ƏKSƏRƏN

Digər lüğətlərdə