Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Soverni
Soverni (fr. Sauverny) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01397. Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 120 km şərqdə və Burk-an-Bres şəhərindən 70 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1078 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 740 nəfər (15-64 yaş) arasında 544 nəfər iqtisadi fəal, 196 hərəkətsiz (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə 71.0%) olmuşdur. Aktiv 544 sakindən 506 nəfər (272 kişi və 234 qadın) işləyir, 38 nəfər işsizdir (24 kişi və 14 qadın).
Severnı (Əbyəlil)
Severnı kəndi (başq. Северный) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Severnı kəndinin milli tərkibi: ruslar (33 %), başqırdlar (44 %). Məsafələr: rayon mərkəzindən (Askorovo): 38 km., kənd sovetliyindən (Selin): 17 km. ən yaxın dəmiryol stansiyasından (Suxoe Ozero stansiyası): 4 km. Совет муниципальных образований Республики Башкортостан.
Nikolay Şvernik
Nikolay Şvernik (19 may 1888, Sankt-Peterburq – 24 dekabr 1970, Moskva, SSRİ, RSFSR[d]; rus. Николай Шверник) — sovet partiyasının üzvü və dövlət xadimi. Stalin hakimiyyətinin son dövründə, 1946-1953-cü illərdə o ən yüksək dövlət vəzifəsini - SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (1927-1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1935-1938), SSRİ Ali Sovetinin deputatı (1937-66). 1952-1953 və 1957-1966-cı illərdə Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro) üzvü, 1939-1952 və 1953-1957-ci illərdə üzvlüyə namizəd olub. Sosialist Əməyi Qəhrəmanı (1958). Nikolay Şvernik 1888-ci il mayın 7-də Sankt-Peterburqda anadan olub. O, böyük fəhlə ailəsində böyüyüb. Kilsə məktəbindən sonra isə peşə məktəbini bitirib. On dörd yaşlı yeniyetmə ikən 1902-ci ildə Duflon və Konstantinoviç elektromexaniki zavodunda tornaçı köməkçisi kimi işləməyə başladı.
Severni Velebit Milli Parkı
Severni Velebit Milli Parkı (xorv. Nacionalni park Sjeverni Velebit) — Xorvatiyada yerləşən və adını Xorvatiyanın ən böyük dağı olan Velebit dağından alan milli park. Velebit dağının ətrafındakı təbiətin müxtəlifliyinə görə 1999-cu ildə bu ərazi milli park statusu almış və sentyabrdan fəaliyyət göstərməyə başlamışdır. Velebit dağının özü təbiət parkı statusuna malikdir. Velebit dağının cənub hissəsində isə Paklenitsa Milli Parkı yerləşir. Milli park qorunur və ziyarətçilərin ancaq təyin olunmuş marşrutlar üzrə hərəkətinə icazə verilir. Milli parkda iki botanika qoruğu vardır: Visibaba və Zavişan-Balinovaç-Velika botanika qoruğu. Visibaba botanika qoruğunda Xorvatiyanın endemik növlərindən olan Sibiraea altaiensis bitir. İkinci botanika qoruğunu dağ bitkiləri ilə zəngindir. Ərazidə farmakoloq Fran Kuşan tərəfindən 1967-ci ildə qurulmuş Velebit botanika bağı yerləşir.