Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.