Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Natalya Sneqovaya
Sneqovaya Natalya Yuryevna — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. == Həyatı == Sneqovaya Natalya Yuryevna 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası, Sneqovoy Yuriy Qriqoryeviç, anası Sneqovaya Valentina İvanovna. Sneqovaya Natalya 1979-cu ildə Bakı şəhəri 4 saylı orta məktəbinə, 1989-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş və 1994-cü ildə oranı bitirmişdir. 1994-cü ildə AMEA Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasının laborant olmuş, 2001-ci ildə "Abşeron su hövzələrinin çanaqlı amöb (Protozoa, Testacea) faunası" (Bakı) mövzusunda namizədlik, 2014-cü ildə "Qafqazın otbiçənləri (Arachnida, Opiliones) (faunası və ekologiyası)" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. == Elmi fəaliyyəti == N.Y.Sneqovaya 1994-cü ildə Zoologiya "Araxnologiya" laboratoriyasına laborant vəzifəsinə qəbul edilmişdir. 1999-cu ildə müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə keçirilmişdir. "Abşeron su hövzələrinin çanaqlı amöb (Protozoa, Testacea) faunası" mövzusunda namizədlik dissertasiyasını 2001-cı ildə AMEA Zoologiya institutunda müvəffəqiyyətlə müdafiə etmişdir. 2003-cü ildən Azərbaycan MEA Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır. N.Y.Sneqovaya işlədiyi dövrdə 8 tematik işin əsas icraçılarından biri olmuşdur.