Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. ASE, VII cild, Bakı, 1983. səh. 481.
Şpatel
Şpatel yemək, dərman, gips və boya daxil olmaqla materialı qarışdırmaq, yaymaq və qaldırmaq üçün istifadə olunan enli, yastı, əyiləbilən bir bıçaqdır.
Spartel burnu
Spartel burnu (isp. Espartel, ərəb. رأس سبارتيل‎) — Mərakeşin Cəbəllütariq boğazı sahillərində yerləşən burun. Tanjer şəhərindən 10 km aralıdadır. Burundan bir qədər aralıda 12 min il öncə batnış Spartel adası yerləşirdi. Bəzi tətqiqatçılar bu adanın Altantida olması fikirini irəli sürürlər. burundan cənuba doğru dünyanın ən uzun çimərliklərindən (47 km) biri yerləşir. Herkules mağaraları buradadır. Atlantik okean və aralıq dənizi arasında bir ərazidə yerləşməsi onun əhəmiyyətini artırır. 1782-ci ilin oktyabrında ABŞ İstiqlal müharibəsinə aid britaniyalılarla ispanlar arasında Spartel burnu döyüşü baş vermişdir.