Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yelena Stasova
Yelena Dmitriyevna Stasova (rus. Елена Дмитриевна Стасова; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; 3 (15) oktyabr 1873 və ya 15 oktyabr 1873, Sankt-Peterburq – 31 dekabr 1966, Moskva) — Rusiya və SSRİ siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il), Sosilaist Əməyi Qəhrəmanı (1960). Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb.
Nadejda Stasova
Nadejda Vasilyevna Stasova (rus. Наде́жда Васи́льевна Ста́сова; 12 (24) iyun 1822, Puşkin[d], Sankt-Peterburq quberniyası[d] – 27 sentyabr (9 oktyabr) 1895, Sankt-Peterburq) — Rusiya ictimai xadimi, 1860-1895-ci illərdə Rusiyada qadın hərəkatının rəhbəri. O, Vladimir kurslarının (SP, 1870-1875) və Bestujev kurslarının (SP, 1878-1918) açılması ilə başa çatan qadınlar üçün ali təhsil uğrunda mübarizənin təşkilatçısı olub. Rusiyada ilk uşaq bağçalarından birinin yaradıcısı. Memar Vasili Stasovun qızı, Vladimir və Dmitri Stasovun bacısı. İnqilabçı Sosialist Əməyi Qəhrəmanı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il) Yelena Stasovanın doğma xalası. Nadejda Vasilyevna Stasova 12 (24) iyun 1822-ci ildə Çarskoye seloda zadəgan ailəsində anadan olub.: İmperator sarayı memarı və rəssamı olan atası Vasili Stasov qızının estetik zövqünün inkişafına ciddi diqqət yetirərək evdə onun yaxşı təhsil almasına diqqət yetirib. Lakin musiqi, oxuma və rəsm biliklərinin yetərli olmadığını hiss edən, Nadejda Vasilyevna ömrünün sonuna qədər incəsənət sahəsində təkmilləşməyə davam etdi. Ev şəraitində mükəmməl təhsil alan Stasova dörd xarici dil bilirdi. Rusiyanın ictimai həyatına Nadejda Stasova 1850-ci illərin sonlarında qoşulub.