Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Nensi Pelosi
Nensi Pelosi (ing. Nancy Pelosi; 26 mart 1940[…], Baltimor, Merilend) — 2019-cu ildən, daha əvvəl isə 2007-2011-ci illərdə ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışan amerikalı siyasətçi. O, 1987-ci ildən Kaliforniyadan ABŞ nümayəndəsi kimi fəaliyyət göstərir. Demokratlar Partiyasının üzvü olan Pelosi ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini icra edən yeganə qadındır.
Amar Pelos Dois
Amar Pelos Dois (azərb. İkimiz üçün də sevirəm‎) — Portuqaliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Salvador Sobral "Amar Pelos Dois" mahnısı ilə Portuqaliyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmiş və ölkəsinə Avroviziya tarixindəki ilk qalibiyyətini qazandırmışdır. Mahnı Salvadorun bacısı Luiza Sobral tərəfindən bəstələnmişdir.