Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dupnisa mağarası
Dupnisa (türk. Dupnisa, bolq. Дупница, «дупка» — «çüxur», «deşik») — Türkiyənin qərbində yerləşən karst mağarası. Mağara Şərqi Frakiyada, Yıldız (Stranca) dağlıq massivində yerləşir. == Ümumi məlumat == Dupnisa mağarası Kırklareli ilində, Demirköy şəhərindən on km qərbdə yerləşir. Mağara bir biri ilə əlaqəli olan üç mağaradan ibarətdir. Mağaraya güriş sayı üçdür. Girişlər iki fərqli səviyyədə yerləşib. Girişlər arasında hünüdürlük fərqi 30 metrdir. Mağaradan bir çox mənbələrə görə Rezovska çayı öz başlanğıcını götürür.
Şueişa
Şueişa Inc. (yaponca: 株式会社集英社, Hepbörn: Kabushiki-gaisha Shūeisha, hərfi tərcümədə İntellekt Toplama Nəşriyyatı MMC) — Çiyoda, Tokyo mərkəzli bir yapon şirkəti. 1925-də yapon naşiri Şoqakukanın əyləncə nəşrləri diviziyası kimi yaranan kompaniya növbəti il müstəqil bir şirkətə çevrilmişdir. Şueişa tərəfindən nəşr olunan manqa jurnallarına şonen jurnalları Weekly Shōnen Jump, Jump SQ və V Jump, seynen jurnalları Weekly Young Jump, Grand Jump və Ultra Jumpın da nəşr olunduğu Jump xətti daxildir. Bunlardan başqa, həmçinin Non-no kimi bir sıra digər jurnallar da Şueişa tərəfindən çap olunmaqdadır. Şoqakukan ilə birlikdə Şueişa Şimali Amerikada manqalar yayımlayan Viz Medianın sahibidir.
Supsa
Supsa (gürc. სუფსა) — Gürcüstanda kənd. Quriya vilayətinin Lançxuti bələdiyyəsində yerləşir. Supsa çayının sahilində, dəniz səviyyəsindən 7 metr yüksəklikdə yerləşir. Supsa kənd icmasının (Supsa, Axalsopeli, Qriqoleti, Maltakva, Tabanati, Çkuni və Xidmağala kəndləri) mərkəzidir. 2014-cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 273 nəfərdir. Əhalinin əksəriyyətini gürcülər təşkil edir. Supsa kifayət qədər inkişaf etmiş infrastruktura və iqtisadiyyata malik kənddir. Kənddə torf və neft yataqları var, kənd təsərrüfatı inkişaf etmişdir. C12 beynəlxalq magistralı kəndin ərazisindən keçir.
Chamaesyce supina
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Euphorbia supina

Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.
Xamesike supina
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Conocarpus supina
Conocarpus erectus (lat. Conocarpus erectus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin konokarpus cinsinə aid bitki növü. == Sinonimləri == Conocarpus acutifolius Willd. ex Schult. Conocarpus erectus var. arboreus DC. Conocarpus erectus var. argenteus Millsp. Conocarpus erectus f. erectus Conocarpus erectus var. erectus Conocarpus erectus var.
Populus supina
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.
Bakı-Supsa neft kəməri
Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri) — Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilmişdir. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanmış və 1999-cu ilin martına qədər davam etmişdir. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənmişdir. QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.
Bakı–Supsa neft kəməri