Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Bir-əl-Cir
Bir-əl-Cir (ərəb. بئر الجير‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin şərq ətrafıdır. Mütləq hündürlüyü dəniz səviyyəsindən 153 metrdir.Bir-əl-Cir ölkənin paytaxtı Əlcəzairdən təxminən 340 kilometr qərb-cənub-qərbdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 152,151 nəfər nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Vəhran əs-Seniya hava limanı şəhərin cənubunda yerləşir.
Pir Miyan Mir
Mir Məhəmməd Muayyinul İslam (11 avqust 1550, Lahor – 11 avqust 1635, Lahor) – Qadiri təriqətinə məxsus sufi piri. == Həyatı == O Sevastan (Sind)-də 11 avqust 1550-ci ildə anadan olmuşdur. Ömrünü Lahor ətrafında yaşamışdır. Beşinci siqh qurusu Arcun Dev yaxın dostu kimi onu Harmandir Sahibin (Qızıl Məbədin) əsasını qoymağa dəvət edib (yanvar, 1588). O vaxtlar bütün Hindistanda məşhur sufi şeyxi kimi şöhrət qazanmışdır. Böyük Moğol imperatoru Cahan Miyan Mirə yaxın idi. O, 17 Rəbiulavvəl (fevral-mart) 1045 Hicri tarixində (1635-ci il) vəfat edib və Haşimpur kəndində dəfn edilmişdir. Onun ən məşhur şagirdi İmperator Şah Cahanın böyük oğlu Dara Şikuh idi. Onun istəyilə Miyan Mirin qəbrinin üzərində böyük türbə inşa olunub. == Miyan Mir və siqhizm == Miyan Mir siqhlər tərəfindən hələ də yüksək hörmətlə anılır.
Kinq (şir)
Kinq (azərb. Kral‎; d. 1967, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 25 iyul 1973, Moskva, Rusiya SFSR, SSRİ) – Azərbaycan SSR-də Bərbərovlar ailəsi tərəfindən saxlanılan erkək şir. Kinq müxtəlif filmlərdə də çəkilmişdir: "İtalyanların Rusiyada ağlasığmaz macəraları", "Qız, oğlan və şir", "Şir evdən getdi". Sakit təbiəti və itaətkarlığı ilə seçilən Kinq 1974-cü ildə Moskvada yaratdığı panika zamanı öldürülmüşdü. == İlk illəri == Bakıdakı mənzillərində vəhşi heyvanlar, şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə o zamanlar bütün SSRİ-də məşhur idi. Bərbərovlar ailəsində ilk şir təsadüf nəticəsində peyda olmuşdu. Nina Bərbərova qızı Yeva ilə Bakı zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memar olan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir.
Qızıl Şir
Qızıl Şir (it. Leone d'Oro) — Venesiya Film Festivalında 1949-cu ildən etibarən ən yaxşı filmlərə verilən mükafat. Hazırda film sənayesində təqdim edilən ən nüfuzlu mükafatlardan biridir.
Sir (Urmiya)
Sir (fars. سير‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (32 ailə).
Sir Chloe
Sir Chloe — Vermontdan olan amerikan indi-rok qrupu. Üzvləri Dana Fut, Teddi O'Miara, Palmer Fut və Ostin Holmsdur. Qrupun, "Michelle" mahnısı TikTok sosial şəbəkəsində viral olduqdan sonra geniş populyarlıq qazandı.
Sir Halevin
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əfsanədən biridir. "Sir Halevin" novellasının mövzusunu Şarl de Koster bir flamand xalq balladasından götürmüşdür. Qadın qatili Halevin haqqında xalq nəğmələri hələ qədim dövrlərdən başlayaraq xalq arasında çox geniş yayılmışdı və bu mövzu bu gün də Belçikada populyardır. Bu mövzuya əsasən müasir dramaturqlar müraciət edirlər. Bu novella topluya daxil olan ən iri həcmli əsərdir. Novellanın baş qəhrəmanı qəddar bir feodaldır. O, tabeliyində olan kəndliləri qarət edir, onların qızlarını məhv edir, azad şəhərlilərin hüquqlarını tapdalayır. Mehtelt adlı bir gözəl qız onu qətlə yetirir və ölkəni bəladan qurtarır.
Sir nahiyəsi
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. == Tarixi == Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Şir (astrologiya)
Şir (♌︎) (yun. Λέων) — Zodiakın beşinci bürcü. Şir bürcünə aiddir və Xərçəngdən sonra və Qızdan əvvəl gəlir. Ənənəvi Qərb bürcü, Şiri 23 iyul - 22 avqust arasındakı dövrlə əlaqələndirir. Fəza koordinat sisteminin 120 ilə 150 dərəcəsini əhatə edir. Şir atəşlə əlaqələndirilir və modalı sabitdir. Tropik bürc altında Günəş bu bölgəni hər il orta hesabla 23 iyul - 22 avqust tarixləri arasında keçir. Sidereal bürc altında isə təxminən 16 avqust - 15 sentyabr arasında keçir. Şir bürcü mifoloji Nemey şiri ilə əlaqələndirilir. Şirin əks işarəsi Dolçadır.
Şir (bürc)
Şir (lat. Leo) — zodiakal bürc.
Şir (dəqiqləşdirmə)
Şir — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Şir (bürc) (lat. Leo) — zodiakal bürc. Şir (astrologiya) — Zodiakın beşinci bürcü.
Şir Ürəklilər
Şir Ürəklilər (ing. Sherdils) — Pakistan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1972-ci 17 avqust tarixində qurulmuşdur. 2010-cu ilə qədər Cessna T-37 Tweet təyyarələri istifadə olunub. Hal-hazırda Hongdu JL-8 təyyarələri istifadə olunur.
Sənə bir sirr verəcəyəm
== Məzmun == Serialda Sevgi adında bir qadının qızı Dərya oğurlanır. Çünki qızının xüsusi bacarığı olur və Dəryanın bu gücündən yararlanmaq üçün istifadə etmək istəyirlər. Dəryanın gələcəyi görəbilmə bacarığından nə özünün, nə də anasının xəbəri olmur. Beləliklə, Sevgi təşvişə düşmüş və 3 ay boyunca hər gün polisə gedib bir xəbər olacağı ümidi ilə gözləyirdi. Bu vaxt qarşısına Mehmet çıxır, ona arxa olaraq Dəryanı tapmağa kömək edir və digər xüsusi bacarıqlı valideynsiz uşaqları da gizli dağətəyi evdə gizlədirlər.
Bir rəssamın portreti - Mir Nadir
"Bir rəssamın portreti" sənədli filmi Azərbaycanın Xalq Rəssamı, unudulmaz Mir Nadir Zeynalovun xatirəsinə həsr olunmuşdur. == Məzmun == Bakı Abadlıq Xidmətinin maliyyə dəstəyi ilə istehsal olunmuş filmin çəkilişləri rəssamın ölümündən bir neçə ay əvvəl lentə alınıb.Film Mir Nadir Zeynalov haqqında çəkilmiş yeganə filmdir və mərhum sənətkar filmin ilkin versiyasını görə bildi.Filmdə rəssamın həyatının bir günü təsvir olunur. Ekranda göstərilən fotoları belə qəhrəman özü seçib. Tamaşaçı onun emalatxanasına daxil olur, iş prosesini müşahidə edir və onun xatirələrini, habelə həyat və sənət haqqındakı fikirlərini eşidir. O, uşaqlığından, gəncliyindən, məhəbbətindən, sənət dostlarından – Qorxmaz Əfəndiyev və Cavad Mircavadovdan danışır, gənclik arzusunun yerinə yetməsindən – Şimal Qütbünə səyahətindən söhbət açır, yaradıcılığında xüsusi yer tutan Qala kəndinin küçələri ilə gəzir. == Həmçinin bax == “Bir rəssamın portreti” - Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı [1] "Bir rəssamın portreti" [2] “Bir rəssamın portreti” sənədli filminin premyerası keçiriləcək [3] "Портрет художника" – фильм, снятый за несколько месяцев до кончины Мир Надира Зейналова [4] Yarat.
Aşokanın şir kapitalı
Aşokanın şir kapitalı (hind अशोकस्य चतुर्मुखसिंहस्तम्भः )müxtəlif heyvan təsvirləri ilə bəzədilmiş təmələ malik, bir-birinə arxalarını söykəmiş dörd Asiya şiri heykəlidir. 1950-ci ildə heykəlin qrafik təsviri Hindistan gerbi kimi rəsmi təsdiqlənmişdir. Heykəl, mühüm buddist ziyarətgahı olan Sarnatda e.ə. 250-ci ildə imperator Aşokanın sifarişi ilə Aşoka dirəyi kimi tanınan abidənin zirvəsində ucaldılmışdır. Bəzən Aşoka sütunu da adlandırılan dirək hazırda ucaldıldığı yerdə olsa da, vaxtilə onun zirvəsində yerləşən heykəl Hindistanın Uttar Pradeş ştatındakı Sarnat muzeyində saxlanılır. Təməllə birlikdə 2.15 metr hündürlüyə malik olan əsər, dövrümüzə çatmış digər kapitallarla müqayisədə daha mürəkkəb quruluşa malikdir. Aşokanın sifarişi ilə hazırlanmış və üzərində Aşoka qanunları həkk edilmiş bu sütunlar bütün Hindistan ərazisinə səpələnmişdir. Onların bəzilərinin üzərində tək heyvan fiqurları, Sançi məbədindəki sütunun üzərində isə zədələnmiş dörd şir heykəli vardır.Kapital yaxşı yonulmuş qumdaşından hazırlanmış və həmişə sütundan ayrı detal olmuşdur. O, bir-birinə arxasını çevirmiş dörd Asiya şiri fiqurundan ibarətdir. Onlar, üzərində fillər, qaçan atlar, buğa və aslanlar təsvir edilmiş frizlik abak üzərində dayanır.
Aşşurbanipalın şir ovu
Aşşurbanipalın şir ovu (ing. Lion Hunt of Ashurbanipal) - Nineva şəhərinin Şimal sarayından aşkarlanmış məşhur saray relyeflərinə verilmiş ümumi addır. Relyeflər hazırda Britaniya muzeyinin 10a zalında sərgilənir. Bu relyeflər mütəxəssislər tərəfindən “Assur incəsənətinin yüksək şah əsərləri” kimi qiymətləndirilmişdir. Relyeflərdə Aşşurbanipalın (çarlıq dövrü e.ə. 668 – 631/627) ritual xarakterli formal “şir ovları” təsvir edilib. Ritual zamanı əvvəlcədən tutulmuş Asiya şirləri xüsusi arenalarda qəfəsdən buraxılırdı ki, çar onları qovaraq qılıncla, oxla və xəncərlə öldürsün. E.ə. 645-635-ci illərdə hazırlanmış relyeflər sarayın müxtəlif hissələrində yerləşdirilmişdi. Böyük ehtimal ki, orijinalda müxtəlif boyalarla rənglənmiş relyeflər, sarayın parlaq dekorasiyasının tərkib hissəsi olmuşdur.Daş plitələr 1852-1854-cü illərdə Hörmüzd Rəssam, 1854-1855-ci illərdə isə Uilyam Loftus tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış və tədqiq edilmələri üçün birbaşa Britaniya muzeyinə göndərilmişlər.
Kiçik Şir (bürc)
Kiçik Şir (lat. Leo Minor) — göyün şimal yarımkürəsində bürc.
Qızardılmış şir kəllələri
Qızardılmış şir kəllələri — Kələm yarpaqlarının yanında olan qızardılmış ət parçaları şir kəlləsinə bənzədiyinə görə yemək belə adlanır. Rəvayətə görə, yeməyin müəllifi Yançjoudakı bir qadınmış. == İnqradientlər == mal əti - 500 qram iri çiy krevetkalar - 7-8 ədəd qurudulmuş "şiitake" göbələkləri - 10 ədəd balaca kələm - 1 ədəd toyuq bulyonu - 150-200 ml göy soğan - 3-4 ədəd zəncəfil kökü - 3 sm şəkər tozu -1 xörək qaşığı ağ şərab - 1 xörək qaşığı küncüt yağı - 2 çay qaşığı nişasta duz istiot == Hazırlanma üsulu == Şiitake göbələklərini qaynar suda 30-60 dəqiqə saxlayın, sonra xırda doğrayın. Krevetkalarıt iri tikələrlə doğrayın. Soğanı da bu formada doğrayın. Zəncəfili təmizləyin və xırda doğrayın. Mal ətini kiçik tikələrə kəsib blenderdə farş vəziyyəti alana qədər doğrayın. Ora krevetka, göbələk, göy soğan, şəkər tozu, zəncəfil, ağ şərab, soya sousu və bir qədər nişasta əlavə edin. Duzlayın və zövqünüzdən asılı olaraq, istiot əlavə edin. Farşı yaxşıca qarışdırıb yarım saatlığa soyuducuya qoyun.
Sir Bani Yas
Sir Bani Yas adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi ərazisinə daxildir. Ölkənin cənub-qərbində yerləşir. Əbu-Dabidən 250 km aralıda yerləşir. == Təbiət == Sir Bani Yas adasının sahəsi 87 km²-dir. Ən iri yaşayış məntəqələri: Zar və Dasa. Adanın ərazisi əasən düzənlikdir. Ən hündür nöqtəsi 131 metrlik Karn Bu Naydar dağıdır.
Sir Əbu Nuayr
Sir Əbu Nuayr adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Şarja əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi sahilindən 65 km, Əbu-Dabi şəhərindən 80 km şimalda, Dubaydan isə 103 km qərbdə yerləşir. Şarja əmirliyinə daxildir. Sir Əbu Nuayr adası öz növbəsində bir dairəni xatırladır. Adanın diametri 4 km-dir. Daha dəqiq olaraq isə sanki bir damladır. Maqmatik dağ suxurlarından və qumdan təşkil olunmuşdur. Adanın cənub-şərqində kiçik havan və hava limanı vardır.
Şir və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır.Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir. Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütununu, dövləti və islam dinini təmsil edirdi.
Şir və Təkbuynuzlu
Şir və Təkbuynuzlu - folklorda, ədəbiyyatda istifadə edilən folklor obrazıdır. Bu obrazlar mədniyyətinə görə bir-birindən fərqlənir. Şir və Təkbuynuzlu obrazı Böyük Britaniyanın rəzmlərindən biri sayılır.
Şir şah Suri
Şir şah Suri və ya Şir xan (1486 – 22 may 1545)— Dehli sultanlığında son xanədan olan Surilərin qurucusu və ilk hökmdarı (1540-1545). Redyard Kiplinqin "Cəngəllik kitabı" əsərində baş antaqonist pələng Şirxanın prototipidir.
Sir-Bani-Yas
Sir Bani Yas adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi ərazisinə daxildir. Ölkənin cənub-qərbində yerləşir. Əbu-Dabidən 250 km aralıda yerləşir. == Təbiət == Sir Bani Yas adasının sahəsi 87 km²-dir. Ən iri yaşayış məntəqələri: Zar və Dasa. Adanın ərazisi əasən düzənlikdir. Ən hündür nöqtəsi 131 metrlik Karn Bu Naydar dağıdır.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
ИХР-388 aşqarı
ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır. == Xassələri == ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5–12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdirdir. == Alınması == ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600–800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7–10%, kükürdün miqdarı – 2,5–3,0%, fosforun miqdarı – 1,5–1,7%. == Tətbiqi == ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərrikin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərrikin işinin etibarlılığı və uzunmüddətliliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.
141-сi şərq meridianı
Qrinviçin şərqindəki 141-ci şərq meridian— Şimal qütbündən Şimal Buzlu okeanı, Asiya, Sakit okean, Avstraliya, Hind okeanı, Cənub okeanı, Antarktidadan cənub qütbünə keçən və qərb uzunluğunun 39-cu meridianı ilə ortodromiya təşkil edən uzunluq xətti. 141-ci şərq meridian, 39-cu meridianın qərb ilə böyük bir dairə meydana gətirir. == Sərhəd == Yeni Qvineya adasında meridian, qərbdə İndoneziya ilə şərqdə Papua-Yeni Qvineya ilə arasındakı quru sərhədinin bir hissəsini təyin edir.Flay çayı 141-ci meridianın qərbindən axdığı ərazini təşkil edir. Flayın cənubu sərhədi meridianın şərqindən bir qədər,paralel olaraq uzanır (bax. İndoneziya - Papua Yeni Qvineya münasibətləri). Avstraliyada Cənubi Avstraliya əyalətinin şərq sərhədi, Kvinslend və Yeni Cənubi Uels ilə həmsərhəddir.