SIRALANMAQ

f. Bir-birinin yanınca sıra ilə dal-dala düzülmək, sıra ilə düzülmək. Natiq … sıralanıb baxan uşaqları göstərdi.
– Bunlar, – dedi, – bu yeni nəsil səadət üçün, həyat və işıqlıq üçün doğulmuşdur. Mir Cəlal.
Fabriklər, zavodlar sıralandı yan-yana; Xoşbəxt həyat verməkçün azad olmuş insana. R.Rza.

SIRALANMA
SIRALANMIŞ

Digər lüğətlərdə