Entoni Şirli
Ser Entoni Şirli (d. 1565, İngiltərə krallığı — ö. 1635, Madrid, İspaniya krallığı) — ingilis səyyahlarından biri. Səfəvi imperiyasında da fəaliyyət göstərmiş, I Abbasla yaxın olmuşdur. 1603-cü ildə onun kral I Ceyms tərəfindən həbs edilməsi İngiltərə Nümayəndələr Palatasının özünün imtiyazlarından biri olan və üzvlərinin həbs edilməməsini nəzərdə tutan qanunu qəbul etməsinə yol açdı. Bu qanun Üzr istəmə və Məmnuniyyət Forması (ingiliscə:The Form of Apology and Satisfaction).
== Ailəsi ==
Entoni Şirli Ser Tomas Şirli ilə Ser Tomas Kempenin qızı Enn Kempenin evliliyindən dünyaya gəlmişdir. O, Tomas Şirlinin böyük, Ser Robert Şirlinin kiçik qardaşıdır. Onların sağ qalmağı bacarmış 6 bacısı da olmuşdur.
== Fəaliyyəti ==
Oksford Universitetində təhsil alan Şirli ingilis ordusu tərkibində Niderlandda döyüşmüş və Fransannı şimalına edilən 1591-ci il yürüşündə iştirak etmişdir.