Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).
Anibal Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).
Lavaka
Lavaka (rus. лавака, ing. lavaka) — rütubətli tropiklərdə suffozion- erozion mənşəli mənfi relyef forması; günbəzvari yüksəkliyin qabarıq yamacına, bəzən isə platonun kənarlarına kəsilmiş olur. Uzunluğu 150 — (2 km-dək), eni 100 — (300 m-dək), dərinliyi 30 — olur.
Tuvalu
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir.
Tarako
Tarako (たらこ, 17 dekabr 1960, Ota[d], Qunma prefekturası, Yaponiya – 4 mart 2024[…]) – Yaponiya seyyusu, aktrisası və müğənnisi. 1990–2024-cü illər ərzində "Chibi Maruko-chan" anime serialının baş qəhrəmanı olan Momoko Sakura personajını səsləndirməsinə görə tanınır. 17 dekabr 1960-cı ildə Yaponiyanın Qunma prefekturasında doğulmuşdur. Seyyu karyerasına 1981-ci ildə başlamışdır. "Urusei Yatsura" onun seyyu kimi iştirak etdiyi ilk anime olmuşdur. 1990-cı ildə yayımlanmağa başlayan "Chibi Maruko-chan" animesinin yaradıcısı Momoko Sakura tərəfindən baş qəhrəmanı səsləndirmək üçün seçilmişdir. Sakura onu seçməsinin səbəbi kimi səsinin onun səsinə oxşamasını göstərmişdir. Tarako 34 il boyunca Maruko-çanı səsləndirmişdir. Tarako "Hunter x Hunter", "Inuyasha" kimi anime seriallarında, "Nausicaä of the Valley of the Wind", "My Neighbor Totoro" və "Castle in the Sky" kimi anime filmlərində personajlar səsləndirmişdir. 2016-cı ildə "Danganronpa" franşizinin talismanı olan Monokumanı səsləndirmək üçün seçilmişdir.
Akaku
Ağdam (əvvəlki adı: Akaku) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Akaku kəndi Ağdam kəndi adlandırılmışdır. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağdam kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə əvəz etmişdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmışdır. Tədqiqatçıların əksəriyyəti bu oykonimi "mənası aydın olmayan" adlar sırasına daxil edir. 1933-cü ildə həmin kənd Ataqut inzibati ərazi vahidinin tərkibində verilmişdır. Türk dillərində "aka" sözü "baba, böyük qardaş, ata" mənalarını ifadə edir. Eyni zamanda həm "ku", həm də "ut" komponentlərinin hər ikisi "davamçı; vəliəhd, şahzadə; arxasınca gedən" mənalarında işlənmışdir.
SAVAK
SAVAK (Farsca: ساواک, سازمان اطلاعات و امنیت کشور Sāzemān-e Ettelā'āt va Amniyat-e Keshvar üçün qısa form, Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) — İranın Məhəmməd Rza Pəhləvi dövründə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) köməyi ilə təsis edilmiş gizli polis, daxili təhlükəsizlik və kəşfiyyat xidməti SAVAK Pəhləvi sülaləsi devrilənə qədər, 1957-ci ildən 1979-cu ilə qədər fəaliyyət göstərirdi.
Hayuma Tanaka
Hayuma Tanaka (d. 31 iyul 1982) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hisasige Tanaka
Tanaka Hisaşiqe (ing. Hisashige Tanaka; 16 oktyabr 1799, Kurume[d], Fukuoka prefekturası – 7 noyabr 1882) — Yaponiya alimi, mühəndis və ixtiraçı. == Həyatı == Tanaka Hisaşiqe 16 oktyabr 1799-cu ildə Yaponiyanın Çikuqo vilayətinin Kurume şəhərində (indiki Fukuokada) anadan olmuşdur. Sano Tsunetaminin dəvəti ilə Saqa hanına köçmüşdür. Tanaka Hisaşiqe məşhur "Toshiba Corporation" şirkətinin banilərindən biri, yapon tədqiqatçısı və ixtiraçısıdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kazuaki Tasaka
Kazuaki Tasaka (d. 3 avqust 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Koci Tanaka
Koci Tanaka (d. 2 noyabr 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 3 qol vurub.
Koiçi Tanaka
Koyçi Tanaka (3 avqust 1959[…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002). == Həyatı == == Fəaliyyəti == Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar. Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür. Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın.
Koyçi Tanaka
Koyçi Tanaka (3 avqust 1959[…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002). == Həyatı == == Fəaliyyəti == Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar. Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür. Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın.
Lusitaniya Tatafu
Lusitaniya Tatafu (20 fevral 1998) — Tonqalı oxatan. Lusitaniya Tatafu Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lusitaniya Tatafu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Çang Hye-Jin ilə üz-üzə gəldi. Həmin görüşdə Lusitaniya Tatafu rəqibinə 0:6 hesabı ilə uduzdu.
Makoto Tanaka
Makoto Tanaka (d. 8 avqust 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Mina Tanaka
Mina Tanaka (d. 28 aprel 1994) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 14 qol vurub.
Savako Yasumoto
Savako Yasumoto (d. 6 iyul 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tuvalu bayrağı
Tuvalu bayrağı — Tuvalunun Dövlət bayrağı
General Tanaka
Hidetoşi Tanaka
Hidetoşi Tanaka (田中英壽, Tanaka Hidetoşi, 6 dekabr 1946, Aomori – 13 yanvar 2024) – Nihon Universitetinin şura sədri və həvəskar sumoçu. 2013–2017-ci illərdə Yaponiya Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur. == Həyatı == Hidetoşi Tanaka 1946-cı ildə Yaponiyanın Aomori prefekturasında doğulmuşdur. 1965-ci ildə Nihon Universitetində təhsil almağa başlamış və 1969-cu ildə iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra universitetdə işləməyə başlamışdır. 1999-cu ildə Nihon Universitetinin şura üzvü, 2008-ci ildə isə şuranın sədri olmuşdur. Tanaka həyatının son dövrlərində vergidən yayınma skandalına görə gündəmə gəlmiş, 2021-ci ildə bu səbəbdən saxlanılmışdır. Skandaldan sonra sədr vəzifəsindən istefa etmişdir. Tokio Rayon Məhkəməsi ona bir illik şərti məhkumluq cəzası vermiş və 52 milyon yenlik gəlir vergisindən yayındığına görə 13 milyon cərimə cəzası təyin etmişdir. O, 118,2 milyon yenlik gəliri gizlətməklə ittiham olunmuşdu. == Sumo == Tanaka 1983-cü ildə Nihon Universitetin sumo klubunun direktoru olmuş və bir çox sumoçu yetişdirmişdir.
Kimiyo Tanaka
Fuciko Fucima (藤間 藤子, Fucima Fuciko, 31 oktyabr 1907, Tokio – 14 oktyabr 1998, Tokio) – Yaponiya rəqqasəsi və xoreoqrafı. O, yaşayan milli xəzinə elan olunmuş ilk rəqqasədir. == Həyatı == Fuciko Fucima 31 oktyabr 1907-ci ildə Tokioda Kimiyo Tanaka adı ilə doğulmuşdur. 8 yaşında olan ənənəvi yapon məktəbinin Fucima məktəbinin İemoto qolunun rəhbəri olan II Kanemon Fucimanın şagirdi olmuşdur. Bu dövrdən etibarən məktəbin aparıcı üzvlərindən biri olmuş, hətta məktəbin növbəti iki rəhbərinin müəllimi olmuşdur. 1926-cı ildə səhnə adını qəbul etmişdir. Fucimanın ən məşhur rəqsləri gənclik bulağından bəhs edən bir Çin əfsanəsinə əsaslanan "Kikucido" və Kiotadakı sevgilisini ziyarət edən döyüşçüdən bəhs edən "Kakeqiyo" rəqsləri olmuşdur. "Kakeqiyo" onun ən məşhur rəqslərindən biri olmuş, bu rəqsə görə 1955-ci ildə Təhsil Nazirliyinin Teatr Festivalı Mükafatına layiq görülmüşdür. Fucima kabuki tamaşaları üçün tokivazu rəqslərinin xoreoqrafiyası ilə məşğul olmuşdur (məsələn, "Masakado" və "Seki no To" tamaşaları üçün). O, 1985-ci ildə Yaponiya hökuməti tərəfindən yaşayan milli xəzinə elan olunmuşdur.
Mavaki abidəsi
Mavaki abidəsi (真脇遺跡, Mavaki iseki) – Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən, Comon dövrünə aid arxeoloji abidə. == Tarixi == Abidə 1982–1983-cü illərdə kanal tikintisinin tədqiqat işləri zamanı təsadüfən kəşf edilmişdir. Mavaki abidəsi 1989-cu ildə Yaponiyanın Milli Tarixi Yeri elan olunmuşdur. Burada aşkarlanmış 219 arxeoloji artefakt 1991-ci ildə əhəmiyyətli mədəni mülk statusu almışdır. Abidə ərazisində arxeoloji park yaradılmışdır. Burada Mavaki Arxeologiya Muzeyi (真脇遺跡縄文館, Mavaki iseki Comonkan) fəaliyyət göstərir. == Xüsusiyyətlər == Arxeoloji abidədə balıqqulağı qalıqları, kütləvi qəbirlər, bir çox dulusçuluq məmulatları, terrakotta fiqurları, qaban, maral, dovşan sümükləri, eləcə də, bitki toxumları tapılmışdır. Burada tapılmış yüzlərlə delfin sümüyü Comon dövrünün yerli əhalisinin delfin ovladığını sübut etməklə yanaşı delfin sümüklərindən alət kimi istifadə etdiyini, hətta digər yaşayış yerlərindən olan insanlarla mübadilə vasitəsi kimi istifadə etdiyini göstərir. Mavaki abidəsindən tapılmış gil maska Yaponiyada tapılmış ən qədim belə maskadır və şaman ritualları üçün hazırlandığı güman olunur. Abidənin ön plana çıxan xüsusiyyəti 10 ədəd şabalıd ağacının gövdəsindən ibarət dairəvi strukturun qalıqlarıdır.
Takako Doi
Takakoi Doi (土井 たか子, Doi Takako, 30 noyabr 1928[…], Kobe – 20 sentyabr 2014[…], Hyoqo prefekturası) – Yaponiya siyasətçisi və Yaponiya Sosialist Partiyasının əsas liderlərindən biri. O, Yaponiya Nümayəndələr Palatasının ilk qadın spikeri və Yaponiyada əsas siyasi partiyalardan birinə başçılıq edən ilk qadın siyasətçi olmuşdur. Takako Doi 1928-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Atası həkim, anası məktəb müəllimi idi. İkinci Dünya müharibəsi zamanı yaralı bir şəxsin qolunun kəsilməsində atasına kömək etdikdən sonra pasifist olmağa qərar vermişdir. 1955-ci ildə Doşişa Universitetindən konstitusiya hüququ ixtisası üzrə məzun olmuş, daha sonra universitetin professoru olmuşdur. 1969-cu ildə Hyoqo prefekturasının 2 saylı seçki dairəsindən Yaponiya parlamentinin Nümayəndələr Palatasına seçilmişdir. Parlament deputatı olduğu müddət ərzində ot kökləri hərəkatında iştirak edərək Yaponiya konstitusiyasını və qadınlarını müdafiə etmişdir. 1986-cı ildə Yaponiya Sosialist Partiyası Doini partiya sədri seçmişdir. Beləliklə, Doi Yaponiyada əsas partiyalardan birinin rəhbəri olan ilk qadın siyasətçi olmuşdur.
Koşiro Tanaka
Koşiro Tanaka (田中小四郎, Tanaka Koşiro, 1940, Taqava[d], Fukuoka prefekturası) – Yaponiya döyüş sənətləri ustası. 1985-ci ildə könüllü şəkildə Yaponiyanı tərk edərək Əfqanıstan müharibəsində sovet əsgərlərinə qarşı döyüşməyə yollanmışdır. Bu səbəbdən "Əfqan samuray" ləqəbini qazanmışdır. == İlk illəri == Koşiro Tanaka 1940-cı ildə Fukuoka prefekturasının Taqava şəhərində doğulmuşdur. Kiçik yaşlardan etibarən döyüş sənətlərini öyrənməyə başlamış və kyokuşin karatedə qara kəmər qazanmışdır. Eyni zamanda döyüş sənətləri üzrə müəllim kimi işləmişdir. Cüdo, cukendo, kendo, kunqfu kimi döyüş sənətlərini öyrənmiş, hiko ryu adlı döyüş üslubunu yaratmışdır. Kanaqava Universitetinin hüquq və iqtisadiyyat fakültəsindən məzun olmuşdur. === Əfqanıstan müharibəsi === İkinci Dünya müharibəsindən sonra Kuril adaları SSRİ-nin tərkibinə daxil olmuş, Yaponiya ilə SSRİ arasında mübahisəli əraziyə çevrilmişdir. Bu səbəbdən Tanaka SSRİ-ni düşmən ölkə kimi görürdü və Yaponiyanın torpaqları uğrunda döyüşməli olduğu fikrini müdafiə edirdi.
Havasu şəlaləsi
Havasu şəlaləsi — ABŞ-nun Arizona ştatında, Böyük Kanyonda şəlalə. == Coğrafiyası == Havasu şəlaləsi gəzinti yolundan görünür. Hündürlüyü 30 metrə çatan konstruktiv şəlalə Havasu dərəsində ikinci ən yüksək şəlalədir. Havasu şəlaləsi Supaidən 1,5 mil (2,4 km) məsafədə yerləşir. Bu, Havasu çayı boyunca daha çox tanınan və ən çox ziyarət edilən şəlalədir. O, 90–100 fut (27–30 m) şaquli uçurumdan bir sıra kiçik hovuzlara enən bir əsas kanaldan ibarətdir. Suda kalsium karbonatın yüksək konsentrasiyası ona canlı mavi-yaşıl rəng verir və şəlalənin yaxınlığında müxtəlif yerlərdə baş verən təbii travertin bəndləri əmələ gətirir. Daşqınların təsiri nəticəsində Havasu şəlaləsinin hovuzlarının görünüşü dəfələrlə dəyişmişdir. 1910-cu il daşqınından əvvəl su demək olar ki, davamlı olaraq axırdı və Fata şəlaləsi kimi tanınırdı. Suyun axdığı çentik ilk dəfə 1910-cu ildə yaranıb və o vaxtdan bəri bir neçə dəfə dəyişdirilib.