Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Kazimir Maleviç
Kazimir Severinoviç Maleviç (rus. Казими́р Севери́нович Мале́вич, pol. Kazimierz Malewicz; 11 (23) fevral 1879, Kiyev, Kiyev quberniyası, Rusiya imperiyası[…] – 15 may 1935[…], Leninqrad, RSFSR, SSRİ[…]) — polyak mənşəli rus-sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof. Müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi. == Həyatı == Kazimir Maleviç 23 fevral 1879-cu ildə anadan olmuşdur. Ailəsi Kiyev şəhərində "Bulonski" küçəsində yaşayıb. Atası da elə Kiyevdə dəfn olunub. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi.
Sir Halevin
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əfsanədən biridir. "Sir Halevin" novellasının mövzusunu Şarl de Koster bir flamand xalq balladasından götürmüşdür. Qadın qatili Halevin haqqında xalq nəğmələri hələ qədim dövrlərdən başlayaraq xalq arasında çox geniş yayılmışdı və bu mövzu bu gün də Belçikada populyardır. Bu mövzuya əsasən müasir dramaturqlar müraciət edirlər. Bu novella topluya daxil olan ən iri həcmli əsərdir. Novellanın baş qəhrəmanı qəddar bir feodaldır. O, tabeliyində olan kəndliləri qarət edir, onların qızlarını məhv edir, azad şəhərlilərin hüquqlarını tapdalayır. Mehtelt adlı bir gözəl qız onu qətlə yetirir və ölkəni bəladan qurtarır.
Tatevik Sazandaryan
Tatevik Sazandaryan (erm. Տաթևիկ Սազանդարյան; 20 avqust (2 sentyabr) 1916, Xınzırək, Zəngəzur qəzası – 6 oktyabr 1999, İrəvan) ― 1958-ci ildə SSRİ Ali Sovetinin üzvü olmuş sovet və erməni opera mezzo-soprano ifaçısı. 1937-1961-ci illərdə İrəvan Opera Teatrında solist kimi çıxış etmişdir. 1916-cı il sentyabrın 2-də indiki Syunik mərzinin Xınzırək kəndində anadan olan Sazandaryan Bakıda böyümüşdür. O, 10 yaşından məktəb xorunda solistlik edirdi. O, 16 yaşında Moskvaya köçmüşdür, burada bir sıra həvəskar tamaşalarda ifaçılıq edirdi. İstedadı tanındıqdan sonra təhsilini Moskvada Ruben Simonovun yanında davam etdirdi. 1933-cü ildə konsertlərdə çıxış etməyə başladı. 1937-ci ildə Moskvadakı Ermənistan SSR-in yanında mədəniyyət evində vokal dram studiyasını bitirdi. Daha sonra o, Ermənistana qayıtdı və Sergey Barxudaryanın yanında İrəvanın musiqi və dram məktəbində oxudu.
Yəhuda Haləvi
Yəhuda Haləvi (təq. 1075, Tudela – təq. 1141, Qüds) — orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış tanınmış yəhudi alimi və mütəfəkkiri. Tanınmış yəhudi ilahiyyatçı və şairi Yəhuda Haləvi 1075-ci ildə müsəlman İspaniyasının Tudela şəhərində doğulmuşdur. O, öz dövrünə görə mükəmməl təhsil almış, ərəb və yəhudi dillərini öyrənmişdir. Təhsilini İshaq Əlfazidən almışdır. Haləvinin digər məşhur yəhudi mütəfəkkiri İbn Əzra ilə yaxın münasibətləri olduğu tədqiqatçılara məlumdur. O, daha sonra İspaniyanın ən böyük mədəniyyət mərkəzi olan Qranada şəhərinə köçmüşdür. Burada uzun müddət yaşayıb-yaradan mütəfəkkir daxili müharibələr nəticəsində Əndəlüsü tərk etmiş, Toledo, Sevilya, Kordova, Lusena şəhərlərində yaşamışdır. Həyatının sonlarına yaxın Fələstini ziyarət etmək niyyətinə düşmüş, lakin İsgəndəriyyədə xəstəlikdən vəfat etmişdir.
İvelina Taleva
İvelina Taleva (25 mart 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. İvelina Taleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Herzi Halevi
Herzi Halevi (ivr. ‏הרצל "הרצי" הלוי‏‎; 17 dekabr 1967, Qüds) — İsrail Silahlı Qüvvələrinin General-leytenantı, yəhudiəsilli hərbçi. 2023-cü ilin 16 yanvar tarixindən etibarən İsrail Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildən etibarən ölkəsinin silahlı qüvvələrində xidmət edən Halevi, əvvəllər Cənub Komandanlığının komandiri, Hərbi Kəşfiyyat İdarəsinin rəisi, 35-ci Paraşütçülər Briqadasının komandiri və İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalı rəhbəri vəzifələrində çalışıb. Halavi Hərbi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş ilk ortodoks yəhudi kimi tarixə keçib. == Həyatı == Herzi Halevi 1967-ci ilin 17 dekabr tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Atası Şlomo İrqun Dilin Müdafiəsi Batalyonu təşkilatının üzvü olmuş Haim Şalom Halevinin oğlu idi. Ana tərəfdən olan babası Dov Baar Kohen ölkənin baş ravvini kimi xidmət edib. Herzi adı Altıgünlük müharibədə doğumundan bir necə ay əvvəl həlak olmuş əmisinin şərəfinə adlandırılımışdır. Halevinin anasının mənsub olduğu ailə 14 nəsil Yerusəlim şəhərində yaşamışdır, atasının valideynləri isə Rusiyadan köçmüşdür.
Vilyandi Tulevik FK
Viljandi JK Tulevik — Estoniyanın futbol klubu. 2 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Şükriyyə taleyim (roman)
Şükriyyə taleyim — Ülviyyə Tahirin Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad (Axundzadə) barədə tarixi romanı. Romanın adı Əhməd Cavadın güllələnməsindən sonra Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə sürgün edilən həyat yoldaşı Şükriyyə xanıma hələ sağlığında həsr etdiyi şeirindəki "Şükriyyə taleyim" sözlərindən götürülüb. Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, mühacirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular. Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapısı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qarşısına sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övladından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu.
Hökmdarın taleyi (film, 2008)
Hökmdarın taleyi — Film Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edir. Ekran əsərinin dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir. "Hökmdar və qızı" filminin musiqisi Polad Bülbüloğluna məxsusdur. Mürəkkəb və çətin süjetə malik olan gərgin dramatizmi ilə fərqlənən film Şəkidə lentə alınmışdır. == Məzmun == Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil Xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur. == Film haqqında == Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.
Onun taleyi (film, 1991)
Kinolentdə Biləsuvar bölgəsi Lenin Adına Kolxozun zəhmət adamlarından danışılır. Film Biləsuvar Rayonu Lenin Adına Kolxozun sifarişi ilə çəkilmişdir.
Taleyin qisməti beləymiş (film, 1996)
Ramiz Məlikov
Xəzərim mənim, taleyim mənim (film, 1991)
Haçiko, bir itin taleyi (film, 2009)
Haçiko, bir itin taleyi (ing. Hachi: A Dog's Tale və ya Hachiko: A Dog's Story) – 2009-cu ildə çəkilən və real hadisələrə əsaslanan Amerika dram filmidir. Bu film 1987-ci ildə çəkilən "Haçikonun taleyi" filminə əsasən çəkilmişdir. Filmin rejissoru Lasse Hallstrom və ssenarisi Stiven P. Lindsiyə məxsusdur. Filmdə baş rollarda Riçard Gir, Coan Allen və Sara Remer çəkilmişdir. Filmin premyerası 8 avqust 2009-cu ildə Yaponiyada olmuşdur. == Məzmun == Əsl Haçiko Yaponiyada olmuşdur və ilk Haçiko filmi də burada çəkilmişdir. Filmdə illər əvvəl Akita iti Birləşmiş Ştatlara Yaponiyadan göndərilir, ancaq onun qəfəsi Amerikan vağzalında arabadan düşür və bu vaxt onu Parker Vilson (Riçard Gir) tapır. Stansiya müfəttişi iti kötürməkdən imtina edəndə Parker iti evinə aparır. Keyt (Coan Allen) iti evlərində saxlamağa razı olur.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2012)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.