Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Raphus
Raphus (lat. Raphus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Tadmur
Tədmur Bölgəsi (ərəb : منطقة تدمر , rum. manṭiqat Tadmur) — Suriyanın mərkəzində Homs əyalətinə bağlı bir rayon. İnzibati mərkəzi qədim Palmira/Tadmor yaxınlığında yerləşən Tadmur şəhəridir. 2004-cü il siyahıyaalınmasında rayonun 76,942 nəfər əhalisi var idi.
Tanbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Şahpur
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Kaphar
Kaphar — türklərin Hələbdən Qüdsə mallarını ticarət edən xristian tacirlərə qoyduğu rüsum idi. Termin ərəbcə "müdafiə" və ya "qoruma" mənasını verən kifhara terminindən yaranmışdır. Bu postları idarə edən şəxslər və ya tacirlərə mühafizə təklif edən silahlı qrupların rəhbərləri də Kaphar kimi hüquq iddia edirdilər. Kapharı xristianlar Müqəddəs Torpağa nəzarət edərkən özləri təqdim etdilər. Ödənişlər əvvəlcə ərəblərin talan edilməsinin qarşısını almaq üçün daha çətin keçidlərdə yerləşdirilən qoşunları və qüvvələri dəstəklədi. Lakin rüsumları davam etdirən və hətta artıran türklər bu adətdən sui-istifadə edərək, xristian tacirlərindən və səyyahlarından özbaşına pul tələb edirdilər. Bu, onları tez-tez anlaşdıqları ərəblərdən qorumaq bəhanəsi ilə idi və hətta onların talan edilməsinə üstünlük verirdilər.
Anhur
Anhur — Erkən Misir mifologiyasında tanrı. Onun titullarından biri Düşmən Qatili idi. Anhur saqqallı kişi, bəzən isə şir başlı tanrı (güc və qüdrəti ifadə edən) kimi təsvir olunur, əynində xalat və dörd lələkli baş geyimi var, əlində nizə və ya nizə tutur. Bəzi təsvirlərdə xalat daha çox ətək kimi görünürdü. == Rollar == === Müharibə tanrısı === Döyüş tanrısı mövqeyinə görə o, qədim Misir ordusunun himayədarı və kral döyüşçülərinin təcəssümü idi. Doğrudan da, onun şərəfinə keçirilən festivallarda istehzalı döyüşlər təşkil edilirdi. Roma dövründə İmperator Tiberius Misir məbədlərinin divarlarında fərqli dörd lələkli Anhur tacı taxaraq təsvir edilmişdir. Yunanlar Anhuru öz döyüş tanrısı Aresə bərabər tuturdular. Tayfondan qaçan və Misirdə heyvan şəklini alan Olimpiya tanrılarının əfsanəsində Aresin Lepidotus və ya Onuris kimi balıq şəklini aldığı deyilirdi. === Göy daşıyıcısı === Anhurun adı Göy Daşıyıcı mənasını da verə bilərdi və ortaq baş geyiminə görə Anhur daha sonra Şu ilə eyniləşdirildi və Anhur-Şu oldu.
Sahur
Sahur (ərəb. سحور‎‎ / saḥūr) — oruc tutmadan öncə, səhər açılmamışdan yeyilən yemək. Məhəmməd peyğəmbər "Sahurda oyanın, sahurda bərəkət vardır" deyə buyurmuşdur. Sahur kəliməsi ərəb dilindədir. Sahurun azərbaycan dilindəki əsl adı obaşdanlıqdır.
Tapir
Tapir (lat. Tapirus) — təkdırnaqlılar dəstəsindən otyeyən heyvan cinsi. Formasına görə donuzu xatırlatsa da, tutmağa qabil olan qısa xortuma malikdir. Kabuslarla bəslənir. Donuza bənzəsə də maral kimi buynuzu var.
Tahir
Tahir — ad.
Nasir Ətapur
Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir. Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir. 1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir.
Raphus cucullatus
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
Takhır (Əbyəlil)
Takhır (başq. Таҡһыр) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Takhır kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 18 km., kənd sovetliyindən (Qusev): 17 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 53 km. Совет муниципальных образований Республики Башкортостан.
Tayfur Əliyev
Tayfur Əliyev (1 yanvar 1997, Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu. Tayfur Əliyev 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Bu onun nüfuzlu beynəlxalq turnirlərdə debütü idi. Təsnifat mərhələsindən azad olan Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Nicolae Andreyana ilə üz-üzə gəldi. Həmin görüşdə Tayfur Əliyev rəqibi üzərində qələbə qazandı (3:0). Bununla da Tayfur Əliyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Danimarka nümayəndəsi Frederix Yensen oldu. İyunun 22-də baş tutan görüşdə Tayfur Əliyev rəqibinə qalib gəldi (2:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Bəxtiyar Nəzirov oldu. İyunun 24-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tayfur Əliyev rəqibinə məğlub (1:2).
Tayfur Havutçu
Tayfur Havutçu (d. 23 aprel 1970-ci il, Almaniya) — Almaniya vətəndaşı olan, yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş türk futbolçusu və məşqçisi. Futbol karyerasına Almaniyada başlayan Tayfur Havutçu SV Darmstadt 98 forması ilə meydanlara peşəkar addım atıb. 2. Bundesliqa komandası liqanın 7-ci həftəsində Darmstadtda ilk oyununu Vuppertaler SV ilə keçirib. Havutçu 10-cu həftədə bir daha əldə etdiyi formanı mövsümün sonuna qədər tərk etməyib və 35 matçda forma geyinib. SV Meppen və 1. FSV Mainz 05 hərəyə bir qol vurub. Bununla belə, onun komandası mövsümün sonunda liqada sonuncu yer kimi aşağı liqaya düşüb. Karyerasında ilk və sonuncu dəfə DFB-Pokal matçında da çıxış etdi, lakin 2-ci raundda mübarizədən kənarlaşdırıldılar.
Ferdi Tayfur
Ferdi Tayfur (15 noyabr 1945, Adana) – türkiyəli müğənni, oyuncu, rejissor, şair, bəstəkar, yazıçı və müsəlman iş adamı, Türkiyənin ən uğurlu və məşhur simalarından biri. Musiqi və oyunculuq dünyasında 30-dan çox musiqi və film albomu olsa da, 1982-ci ildə Ferdifon Müzik musiqi şirkətini qurdu. O, həmçinin 2009-cu ildə İmran Sənayesinə daxil olub. Arabesk Kralı (türkcə: Arabesk'in Kralı) türk xalqı tərəfindən ona verilən məşhur bir tituldur. Onu Fərdi Baba olaraq də tanıyırlar. Sorğuya görə, 2021-ci ildə Türkiyənin ən populyar musiqi siması adını məşhur televiziya proqramı olan Şarkılar Bizi Söylər qazanıb. Həmçinin Türkiyə musiqisi'nin qurucularından və qabaqcıllarından biridir.
Tayfur Sökmen
Tayfur Sökmen (1892, Adana - 3 Mart 1980) 1892-ci ildə İstanbulda anadan olan türk siyasətçi və hərbçidir. O, Hatayın müstəqillik mübarizəsinin lideri kimi tanınır. Onun Hatayın Türkiyəyə qoşulmasında mühüm rolu olub. Tayfur Sökmen 1911-ci ildə Hərbi Akademiyanı bitirib. Balkan müharibələri və I Dünya Müharibəsi illərində Osmanlı Ordusunda xidmət etmişdir.Qurtuluş savaşında da müxtəlif cəbhələrdə vuruşub. Birinci Dünya Müharibəsindən sonra Hatay fransızlar tərəfindən işğal edildi. Tayfur Sökmen Hatayın müstəqilliyi uğrunda mübarizəyə başladı. 1932-ci ildə Hatay Millət Məclisinə deputat seçildi. O, parlamentdə Hatayın müstəqilliyi üçün intensiv iş apardı. Hatay Dövləti 1937-ci ildə qurulub.
II Şapur
II Şapur — Böyük Şapur 9-cu Sasani şahənşahı, İran və Aniran (qeyri-İran) hökmdarı. 309–379-cu illərdə hakimiyyətdə olmuşdur. Onun dövrü imperiyanın ən güclü dövrünə təsadüf edir. II Şapurun dövründə Ktesifon şəhəri salınmış və Kəsra sarayı tikilmişdir. == Hökmranlığı == Azər Narseh atası II Hörmüzdü öldürdükdən sonra onun da hakimiyyəti çox sürmədi. Bundan sonra hələ doğulmamış II Şapur şahənşah elan olundu. Hakimiyyətinin ilk illərində dövlət işləri ilə maraqlana bilməyən II Şapurun adından dövləti anası və digər əyanlar idarə edirdi. Yalnız 17 yaşında hakimiyyəti ələ almış və 70 il hökmranlıq etmişdir. II Şapur İran tarixində gördüyü böyük işlərə görə Böyük Şapur deyə anılır. === İslahatları === II Şapurdan əvvəl dövlətin paytaxtı Firuzabad şəhəri idi, II Şapur isə Ktesifon (Mədain) şəhərini saldıraraq paytaxtı ora köçürtmüşdür.
I Şapur
I Şapur (fars. شاپور اول‎; II əsr, Firuzabad, Fars ostanı – 272[…], Bişapur[d], Fars ostanı) — ikinci Sasani şahı. == İlk illəri == Şapur 215-ci ildə doğulmuşdu. Atası I Ərdəşir, anası isə Arşakilər sülaləsindən Miroddur. 240-cı ildə artıq atası ilə birgə hökmdarlıq edirdi. 242-ci ildə Ərəb Filiplə sülh imzaladı və 500.000 dinar təzminat aldı. Lakin sülh tez pozuldu və 253-cü ildə Barbarissos döyüşündə Sasani ordusu 60000lik Roma ordusunu məhv etdi. == Hakimiyyəti == 252-ci ildə Şapurun əmri ilə Ermənistan çarı II Xosrov (Arşaki) öldürüldü, I Hürmüz Ermənistan taxtına gətirildi. Gürcüstan da işğal edilərək Sasanilər dövlətinə birləşdirildi. 260-cı ildə Roma-Sasani müharibələrində Roma ordusunu məğlub etdi.
Karina Kapur
Karina Kapur - Hindistan kino aktrisası. == Həyatı == Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karinanın böyük bacısı Karişma Kapur da məşhur hind aktrisasıdır .
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Mahur-Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq Qərai Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Mahur–Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq Qərai Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Orta Mahur
Orta Mahur – Azərbaycanda Rast ailəsinə daxil olan dəstgahlardan biridir. Bu dəstgah tar musiqi alətinin və xanəndə tessiturasının orta registrində ifa olunduğundan ona Orta Mahur deyilir. Hazırda "Əşiran" Orta Mahurda son şöbədir.
Rac Kapur
Ranbir Rac Kapur (ing. Raj Kapoor; 14 dekabr 1924, Pişəvər, Britaniya Hindistanı – 2 iyun 1988, Yeni Dehli) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor. Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Ranbir Kapur
Ranbir Kapur - (d. 28 sentyabr 1982, Mumbay, Hindistan) Bollivud filmlərində rol alan tanınmış Hindistanlı aktyor. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır.