Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taras Dutko
Taras Dutko (tam adı: Тарас Романович Дутко; d.
Taras Kuzyo
Taras Kuzyo (ing. Taras Kuzio) — Birləşmiş Krallıq akademiki və eksperti. O, Ukrayna siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi üzrə ixtisaslaşmışdır. Kuzyo 2010-cu ildə Krımın Rusiya tərəfindən ilhaq ediləcəyini proqnozlaşdırmışdır. Onun Birləşmiş Krallıq vətəndaşlığı var, lakin Kanadanın paytaxtı Toronto şəhərində yaşayır. == Təhsili == Taras Kuzyo Sasseks Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi, London Universitetində svetşünaslıq üzrə magistr dərəcəsi və Birminhem Universitetində politologiya üzrə doktorantura dərəcəsinə malikdir. O, Yel Universitetinin doktorantı olmuşdur. == Karyerası == Kuzyo 1986-cı ildə Ukrayna SSR-də cari hadisələr haqqında məlumat toplamağa və onları tərcümə etməyə başlamış, bu məlumatları Birləşmiş Krallıqda yerləşən Ukrayna Press Agentliyi (UPA) vasitəsi ilə mediaya vermişdir. UPA ayda iki dəfə çap olunan "Sovet Milliyyətləri Araşdırması" və aylıq "Sovet Ukrayna İşləri" publikasiyalarını nəşr edən Sovet Milliyyətləri Araşdırmaları Cəmiyyətinin bir qolu idi. Kuzyo 1992–1993-cü illərdə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda elmi işçi kimi çalışmış, 1993–1995-ci illərdə isə "Ukrayna Biznes İcmalı"nın redaktoru olmuş və Ukrayna Biznes Agentliyinə rəhbərlik etmişdir.
Taras Şamba
Taras Şamba (29 iyul 1938, Suxumi – 13 oktyabr 2020, Moskva) — Abxaziya və Rusiya ictimai-siyasi xadimi, hüquq elmləri doktoru (1985), Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetinin prorektoru (2002-2008), Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri. Qeyri-rəsmi olaraq ömürlük "Abxaziyanın xalq prezidenti" tituluna malikdir. Qardaşı Sergey Şamba Abxaziya Respublikasının keçmiş baş naziridir. == Bioqrafiya == 1963-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İş həyatına Suxumi Prokurorluğunun müstəntiqi olaraq başlamış, Sovet İttifaqı Kommunist Partiyası Abxaziya Regional Komitəsində təlimatçı işləmişdir. 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İK yanında Ali Partiya Məktəbini, 1975-ci ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. 1975-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dövlətin nəzəriyyəsi və praktikası, demokratiya və qanunun aliliyi, milli dövlət quruluşu və iş hüququ sahəsində mütəxəssisdir. Üstəlik bu mövzularda 300-dən çox nəşrin müəllifidir. 75-dən çox kitab və məqalənin müəllifi, Abxaziya Respublikası Konstitusiyası layihəsinin mətnini hazırlayanvə Abxaziya Respublikası Prezidentinin ilk populyar alternativ seçkilərinin təşəbbüskarı olan şəxsdir.
Taras Şevçenko
Taras Qriqoryeviç Şevçenko (ukr. Тара́с Григо́рович Шевче́нко; 9 mart 1814[…] – 10 mart 1861[…], Sankt-Peterburq) —Ukrayna şairi, yazıçısı, rəssamı. == Həyatı == Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, T. Şevçenko 9 mart 1814-cü ildə təhkimli kəndli ailəsində doğulmuşdur. İlk təhsilini kənd keşişindən almış, 1831-ci ildə sahibi ilə Peterburq şəhərinə gəlmişdir. İlk kitabı "Kovzar" 1840-cı ildə nəşr olunmuşdur. "Kor qadın", (1842), "Muzdur qadın", (1845), "Marina" (1848) və s. romanlarında, "Taras gecəsi" (1838) tarixi poemasında Şevçenko milli azadlıq mübarizəsinə toxunmuşdur. Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynamışdır. 1847-ci ildə xəyanət nəticəsində həbs edilmiş, Orsk qalasına sürgün edilmişdir. 10 il (1847–1857) sürgündə qalan Şevçenko yalnız I Nikolayın ölümündən sonra azad edilmişdir.
Taras Barovets
Taras Dmitroviç Barovets (təxəllüsləri:Тарас Бульба, Чуб, Гонта, Taras Bulba-Borovets kimi məşhurdur; 9 mart 1908 – 15 may 1981, Nyu-York, Nyu-York ştatı) — Ukrayna millətçisi, Polesye Seçi (Bulbovtsi) lideri (1941-ci ilin avqustundan 1944-cü ilə qədər Volın və Polesiyada mövcud olmuş Ukrayna millətçilərinin silahlı təşkilatı). == Həyatı == === Müharibədən əvvəlki dövr === Taras Barovets, Volın vilayətinin (Rusiya imperiyası) Rovno rayonunun Bistriçi kəndində (indiki Rovno vilayətinin Bereznovski rayonunda) anadan olub. O, Dmitri Yuliyanoviç Borovetsin oğlu idi və doqquz uşaqlı bir ailədə böyümüşdü. Uşaq ikən böyük qardaşları onu kartofa bənzəyən burnuna görə “Bulba” ləqəbi ilə çağırırdılar. Borovets özü sonradan bu günləri xatırlayaraq yazırdı ki, bu ləqəb onu Qoqolun "Taras Bulba" əsərini oxuyana qədər çox incitdi,amma sonra ləqəbi ilə fəxr edib. 1932-ci ildə, öz ifadəsinə görə, o, Sovet Ukraynası ərazisində kəşfiyyat məlumatlarının toplanması işini ona həvalə edən keçmiş UMR ordusunun polkovniki İ.Litvinenko ilə görüşüb. 1933-cü ildə Polşa polisi Bıstrıçidə UMR yazısı olan bayraq asan Taras Borovetsin başçılıq etdiyi 5 nəfərlik Ukrayna hərbi təşkilat dairəsinin olduğu barədə məlumat yayıb. 1934-cü ilin yayında Borovetsin kəşfiyyat işi, onun Ukrayna Millətçiləri Təşkilatı ilə əlaqələrinə görə Polşa polisi tərəfindən həbs edilməsi səbəbindən dayandırıldı. O, 3 il müddətinə azadlıqdan məhrum edilib, lakin 1935-ci ilin yazında “nümunəvi davranışa görə” həbsdən azad edilib. 1935-ci ilin payızından 1937-ci ilin qışına kimi Korpilovka kəndində daş karxanası işinin təşkili ilə məşğul olub.
Taras Proxasko
Taras Proxasko (ukr. Тара́с Богда́нович Проха́сько; 16 may 1968, İvano-Frankovsk) — müasir ukraynalı nasir, Stanislav fenomeninin simalarından biri. == Bioqrafiyası == Taras Boqdanoviç Proxasko 16 may 1968-ci ildə İvano-Frankovskdə anadan olub. 1992-ci ildə İvan Franko Lvov Dövlət Universitetinin (indiki İvan Franko Lvov Milli Universiteti) biologiya fakültəsini bitirmişdir. İxtisasca — bioloq. 1989-1991-ci illərdə tələbə hərəkatının üzvü. Əvvəlcə İvano-Frankovsk Karpat Meşə Təsərrüfatı İnstitutunda işləyib. Sonra müəllim, gözətçi, “Veja” radiosunda aparıcı olub, rəsm qalereyasında, qəzetdə, televiziya studiyasında işləyib. Lvovdakı "Express" və "Postup" qəzetləri ilə əməkdaşlıq etdi. Ukrayna Yazıçılar Birliyinin üzvü.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. == Tarixi == Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. == Coğrafiyası == Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Taraz
Taraz şəhəri (qaz. Тараз; до 1997 — Cambıl, 1993-ci ilədək — Cambul, 1938-ci ilədək — Mirzoyan, 1936-cı ilədək — Avliyé-Ata) — Qazaxıstan ərazisində yerləşir. == Tarixi == Mahmud Qaşqarlının Divani-lüğət-it-türk adlı əsərində Taraz şəhərinin Talas və Tıraz variantları mövcuddur. == İstinadlar == == Xarici keçidlər == Сайт Акимата Жамбылской области Электронная карта города Тараза Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Объявления города Тараз Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine Город Тараз. Информационный портал Областная газета "Новый регион" Тараз на WikiMapia — аннотированные спутниковые снимки Путешествие по Казахстану: Тараз Гумилев Л. Н. Древние тюрки.
Yaraş
Yaraş (mac. járás) — Macarıstan inzibati-ərazi bölgüsü vahidi. 2013-cü ildə Yaraş "kistershegami" (kistérség) adlanan əvvəlki inzibati ərazi vahidlərini əvəz etdi. == İnzibati ərazi iyerarxiyasının yeri == Hal-hazırda Macarıstan 19 medye (və şəhərlərə, bərabər olan medye - Budapeştə ) bölünən 7 regiona bölünür və medye isə - 175 rayon-yaraşlara bölünür (mac. járás), rayonlar - icmalara (mac. község) daxildir. == İstinadlar == == Xarici keçidlər == 2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról. In:2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Taras Bulba (roman)
Taras Bulba - rus yazıçısı Nikolay Qoqolun 1835-ci ildə yazdığı romanıdır. Romanda(Taras Bulba)XV əsrdə Ukrayna kazaklarının müharibələrindən və zəfərlərindən söz açılır. == Hekayə == Taras Bulbanın Andrey və Ostap adındakı iki oğlu Ortodoks məktəbindən qayıdır. Bütün kazaklarda olduğu kimi, onların da tam yetişməsi üçün kazakların əsas ər meydanı olan Zaporejyeyə gedirlər. Çünki, bir kazak ancaq zəfərləri ilə xatırlanır və əsl kazak olur. Onların yeganə misyası dinlərini və millətlərini katolik polyaklardan, tatarlardan, yəhudilərdən və türklərdən qorumaqdır. Daha sonra lexlər üzərinə yürüş edilir. Taras Bulba hər iki oğlunun komandir ola biləcəyini düşünür. Amma Andrey Kiyevdə polyak qızının da mühasirədə olduğunu görür.Onu görmək üçün qalaya gəlir. Duyğuları ona üstün gəlir və kazaklara tərəf dəyişdirdiyini bildirir.
Bense Talas
Cennifer Tamas
Cennifer Tamas — keçmiş ABŞ voleybolçusu 1982-ci ildə Kaliforniya ştatında anadan olan voleybolçu 2001-ci ildən milli komandaya çağırılır. 191 sm boyu olan Cennifer Pekin-2008-in gümüş, dünya kubokunun və Panamerika Oyunlarının bürünc medalına sahib olub. Onun ən böyük uğuru bu il keçirilən Dünya Qran-prisinin finalına təsadüf edib və Tamas yığma ilə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amerikalı voleybolçu 2009/2010 mövsümünü Puerto-Riko çempionatında keçirib. O, "Llanares of Toa Baja" klubunun şərəfini qoruyub və komandası ölkə çempionatını 2-ci yerdə başa vurub. 2010-cu ildə Azərreyl Bakı komandasına transfer olub. Son komandası isə daha sonradan bu klubun əsas komandası çevrilən Azəryol olmuşdur. 2013-cü ildə bu klubda karyerasını başa vurmuşdur.
Faras Qalereyası
Varşava Milli Muzeyindəki professor Kazimierz Mixalovski Faras Qalereyası, Nubianın erkən xristian sənətini təqdim edən Varşavadakı Milli Muzeydə daimi bir qalereyadır. Qalereyada professor Kazimierz Mixalovski'nin rəhbərlik etdiyi bir arxeoloji missiya tərəfindən kəşf edilmiş Faras Katedralı'nın unikal divar əsərləri və memarlıq elementlərinin kolleksiyası var. == Qalereyanın tarixi == === Farasdakı arxeoloji işlər === Faras Qalereyasında nümayiş olunan sənət əsərlərinin əksəriyyəti Nubian Kampaniyası olaraq bilinən köhnə Nil hövzəsi mədəniyyətlərinin qalıqlarını qorumaq üçün beynəlxalq səylərdə iştirak edən arxeoloqların sayəsində orada tapıldı.Nubian Kampaniyası 1961-1964–cü illər arasında reallaşdı və UNESCO tərəfindən təşəbbüs edildi. Qazıntılar zamanı arxeoloqlar Sudan-Misir sərhəddinin yanında yerləşən Faras şəhərinin ərazisi daxilində bir-birinin üstünə qoyulmuş yaxşı qorunan ibadət yerlərinin qalıqlarını aşkar etdilər. Binalar VII-XIV əsrlərdən başlayaraq xristian dini mövzularını əks etdirən divar rəsmləri ilə bəzədilib. === Divar rəsmlərinin çıxarılması === Divar rəsmlərinin katedral divarlarından çıxarmaq və bunları özəl hazırlanmış ekranlara köçürmək,çatlamanın qarşısını almaq üçün səthin sağlamlaşdırılması və möhkəmləndirilməsi lazım idi.Bunun üçün rəsmlərin üzləri Yapon toxuma kağızı təbəqələri ilə örtülmüş və qalın mum-qatran qarışığı ilə hopdurulmuşdur.Rəsmlərin yuxarı hissələri üzərindəki kətan zolaqları basaraq düzəlirdi.Sonra şəkillər əlavə olundu, gips parçaları bıçaq və mişarlar istifadə edərək divarlardan kəsildi. Çıxarılan şəkillər daha sonra taxta ekranlara köçürüldü. Həddindən artıq gips rəsmlərin arxa hissəsindən çıxarılmalı və rəsmlər gips ilə möhkəmləndirilməli idi.Əsərlər pambıq ədyala bükülmüş, Varşava və Xartumdakı muzeylərə köçürülmüşdür. Orada kompleks bir bərpa prosesi keçib və sərgiyə hazırlanırdılar. Bundan sonra qoruyucu təbəqələr, şəkillərin arxasından orijinal sıva çıxarıldı və nazik (hamısı 2–3 mm) bir təbəqə süni bir arxa plana keçirildi.
Maraş döyüşü
Maraş döyüşü (türk. Maraş muharebesi, fr. Bataille de Maras) və ya Maraşın müdafiəsi (türk. Maraş savunması, fr. Défense Maras) — Birinci Dünya Müharibəsində məğlub olduğuna görə, Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı 1920-ci ilin Yanvar ayının 21-də başlayan və 1920-ci ilin fevral ayının 12-də tarixində işğalın ortadan qalxması ilə nəticələnən döyüş. == Südçü İmam Hadisəsi == Döyüşün ilk qığılcımı 1919-cu ilin Oktyabr ayının 31-də Südçü İmam Hadisəni idi. Erməni və fransız legionu əsgərləri Uzunoluq Hamamından çıxan örtüklü türk qadınlarına əl uzatmaları nəticəsində qiyam qaldıran türklər, ermənilərə və fransızlara hücum etməyə çalışsalar da erməni və fransız əsgərləri, hadisəyə müdaxilə etmək istəyən Çaxmaqçı Səidi yaraladılar. Südçü İmamın cavabı, erməni və fransız əsgərlərinə atəş açmaq idi. Bu hadisədən qısa müddət sonra bir dava reallaşdı. === Bayraq Hadisəsi === 1919-cu ilin Noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün bir rəqs tərtib edilmişdir.
Puerto-Varas
Puerto Varas — Çilidə şəhər. Əhalisi 32912 nəfərdir (2002). Ərazisi — 4065 km², əhali sıxlığı — 9,2 nəfər/km²-dir.
Puerto Varas
Puerto Varas — Çilidə şəhər. Əhalisi 32912 nəfərdir (2002). Ərazisi — 4065 km², əhali sıxlığı — 9,2 nəfər/km²-dir.
Qaraş Mədətov
Qaraş Əli oğlu Mədətov (10 fevral 1928, Qarabağlar, Naxçıvan MSSR – 1 iyul 1993, Bakı) — AMEA-nın müxbir üzvü (1983), AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941–1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru (1965), professor (1968), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). == Həyatı == AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. Qaraş Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1957–1958-ci illərdə AMEA Tarix İnstitutunda elmi katib, 1958–1968-ci illərdə baş elmi işçi olmuş və 1968-ci ildən ömrünün sonunadək "Azərbaycanın müasir dövr tarixi" şöbəsinə rəhbərlik etmişdir. Naxçıvan MR-in yaranması, Azərbaycan İkinci dünya müharibəsində mövzularında tədqiqatlar elmi fəaliyyətində əsas yer tutur. 5 monoqrafiyanın və bir neçə kitabçanın, 150-dən çox elmi məqalənin və s. əsərlərin müəllifidir. Qaraş Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941–1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönətlmişdir.
Qaraş Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Qaraş Əmirov
Qaraş Əmirov (26 sentyabr 1926, Tatar, Zəngilan rayonu – 22 mart 1973, Şamaxı rayonu) — tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Qaraş İbrahim oğlu Əmirov 26 sentyabr 1926-cı ildə Zəngilan rayonunda anadan olmudşdur. Əmək fəaliyyətinə Bibiheybətdə qazma kontorunda qazmaçı köməkçisi kimi başlamışdır. Gənc Qaraş Əmirov burada Ağa Nemətulla, Hacı Temirxanov və başqa tanınmış ustalarla çiyin-çiyinə işləyib, tezliklə dərin quyular qazan qabaqcıl ustalardan biri oldu. Faşist Almaniyasının üzərində qələbədən sonra neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Azərbaycan SSR-nin Neft Sənayesi naziri Süleyman Vəzirov bu məqsədlə respublikanın Şirvan zonasında kəşfiyyat quyuları qazmaq üçün nazirliyin ən bacarıqlı geoloqlarını və neft ustalarını bu işə cəlb etdi. Onların arasında Qaraş Əmirov da vardı. O, Kür ovalığında açılan yeni perspektivli neft yatarqlarını istifadəyə vermək üçün 1957-ci ildə oraya göndərilmişdi. "Kürovdağ", "Mişovdağ", "Qarabağlı", "Kursəngi" və başqa bu kimi iri neft yataqları bilavasitə onun iştirakı ilə kəşf edilmişdir. Elə həmin illərdə Qaraş Əmirov bacarıqlı təşkilatçı, mahir usta kimi tanındı.
Rafiq Tarar
Məhəmməd Rafiq Tarar (2 noyabr 1929, Qucranvala, Britaniya Hindistanı – 7 mart 2022, Lahor) — Pakistan İslam Respublikasının 9-cu prezidenti.
Tadas Duşkinas