TARAC

is. [ fars. ] Qarət, çapovul, talan; talama.
□ Tarac etmək1) talan etmək, qarət etmək, çapıb talamaq.
Külli-varin etdilər tarac, yəğma, tarümar. M.V.Vidadi;

2) məhv etmək, dağıtmaq, yox etmək, puç etmək, puça çıxarmaq. Pulunu tarac etmək.
Tarac olmaq1) talan olmaq;
2) məhv olmaq, dağılmaq, yox olmaq, puç olmaq.
[Nurəddin ağa:] Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolda tarac olur sərmayə. N.Vəzirov.
Bəylərin, xanların – qansoranların; Taxtı tarac oldu tamam onların! S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TARAC qarət — çapqın — soyğun — talan

Etimologiya

  • TARAC Farscadır, tar-mar sözü ilə eyni kökə malikdir. “Dağıtmaq” “soyğunçuluq”, “ta­lançılıq” deməkdir.(Bəşir Əhmədov
TAR-MAR
TARAKAN

Digər lüğətlərdə