Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Pəşəng
Pəşəng (Fars: پشنگ / Pashang) - Firdovsinin Şahnamə əsərində əfsanəvi Turan xaqanı. Alp Ər Tonqanın (Əfrasiyabın) atası və Tur xanın nəvəsi. == Həyatı == Həyatı haqqında məlumatlar fars şairiFirdovsinin Şahnamə adlı əsərində mövcuddur. Şahnamədə Pəşəng xan haqqında çox məlumat yoxdur və sadəcə Turan xaqaxı Əfrasiyabın (Alp Ər Tonqanın) atası və İran kralı Fəridunun üç oğlundan ( digər oğulları: Səlm və İrəc ) biri olan Turun nəvəsi kimi qarşımıza çıxır.
Regent
Regentlik (lat. regens, "idarə edən") — monarxın yoxluğu və ya azyaşlılığı dövründə dövlət başçısı funksiyasını yerinə yetirən şəxs (regent) və ya kollegial orqan (regent şurası). == Tarixi == İlk dəfə regentlik İngiltərədə baş verib.Kral III Georq(1738 - 1820) ruhi xəstə olduğu üçün oğlu VI Georq(1762 - 1830) taxta çıxır.Və krallığı o idarə etməyə başlayır.Onun dövründə İngiltərə daha təkmilləşmiş, incəsənət , dizayn , moda və arxitektura və texnika daha çox irəliləmişdir.
Tüfəng
Tüfəng — odlu silah olub, uzun lüləyə malikdir. Lüləyinin uzunluğu ən azı 30 sm ölçüsündə olur. Onun ümumi uzunluğu isə ən azı 60 sm-dir (qundaq, çaxmaq, lülək). Tüfəngdən hücum, müdafiə, siqnal vermək, ov, idman və ya oyunlarda istifadə edilə bilər. Tüfənglər adətən atəş zamanı əldə tutulduğundan onlara əl silahı da deyirlər. == Tarixi haqqında == Bu gün bizə məlum olan tüfəng hələ 1300-cü ildə məlum olan atəşli silahın əsasında inkişaf etdirilmişdir. İlk vaxtlarda bu tökmə yolu ilə hazırlanmış borudan ibarət idi. Bu boru kiçik deşikdən alovlandırılırdı. İlk əl boruları çox qeyri dəqiq idi. XVI əsrin ortalarında hazırlama texnologiyasının inkişafı nəticəsində onların dəqiqliyi artır.
Xəfəng
Xəfəng — Pəncərənin və ya qapının üst hissəsi.Xəfəng pəncərə yerinın iki doldurulmasından biri adlandırıla bilər. Loru dilində xəfəng həmçinin pəncərə çərçivəsinin aşağı açılan (qatlanan) yuxarı hissəsini adlandırırlar, hansı ki, tez-tez uşaqların təhlükəsizliyi və yelçəkənsız havalandırma üçün istifadə olunur, çünki çöldəki soyuq hava enənken, tədricən istiləşilır. "Xəfəng" sözü qapılara münasibətdə istifadə edildikdə, adətən evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə və ya çardağa çıxmaq üçün tavandan açılan kiçik qapılara aiddir. Şüşəli xəfənglər otağı bəzəmək və işıqlandırmanı yaxşılaşdırmaq üçün xidmət edir.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866 və ya 1866, Bratislava – 30 mart 1934 və ya 1934, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. == Əsərləri == Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
Əhəng
Əhəng — əhəng daşı və təbaşir kimi karbonat dağ süxurlarının, müəyyən dərəcədə yandırılması nəticəsində əmələ gəlir. Kimyəvi tərkibinə görə, o demək olar ki tamamilə, əsasən СаО(Bax Kimya-7ci sinif 2015)tərkibli sərbəst kalsium və maqnezium oksidlərindən ibarətdir. Tikintidə, eləcə də müxtəlif kimyəvi maddələrin alınması üçün istifadə olunur. Əvvəllər bir çox yerdə kustar üsullarla istehsal edilirdi, evlərin interyerinin və eksteryerinin rənglənməsi, ağacların dezinfeksiyası və bəzi dərman məhlulları üçün istifadə olunurdu. Azərbaycanda Bakı yaxınlığındakı Suraxanı kəndində tarixən əhəng istehsalı ilə məşğul olublar. Bunun üçün yerin təkindən çıxan odun bişirdiyi əhəng daşı və təbaşirdən istifadə edirdilər.
Avtomat tüfəng
Avtomat tüfəng və ya avtomat silah — odlu silah. Atəş açılarkən əmələ gələn barıt qazı enerjisindən nəinki gülləyə (mərmiyə) hərəkət vermək, həmçinin silahı yenidən doldurmaq və atəş açmaq üçün istifadə olunur. == Tarixi == Amerikalı Requlus Pilon 1863-cü ildə ilk avtomat tüfəng quraşdırmışdır. Rusiyada ilk avtomat tüfəngi layihəsini 1887-c ildə D. A. Rudnitski vermişdir. == Xarakteristikası == Avtomat silah həm fasiləsiz, həm də tək-tək atəş açır. Yalnız yenidən doldurma əməliyyatı avtomatlaşdırılmış silah yarımavtomat və ya özüdolan avtomat silah adlanır. Avtomat silahın yüksək sürətlə atəş açması tez hərəkət edən hədəfi vurmağa və yüksək atış sıxlığı yaratmağa imkan verir. Patronlar avtomat silaha patronla dolu xüsusi mağazadan (tapança, avtomat, tüfəng, karabin, əl pulemyotu, ortakalibrli avtomat toplarda) və ya elastik metaldan hazırlanmış lent (qundaqlı pulemyot, irikalibrli pulemyot, kiçikkalibrli avtomat toplarda) vasitəsilə verilir. Avtomat tapança, tapança-pulemyot, avtomat və özüdolan tüfənglər, əl pulemyotu, irikalibrli (12,7–15 mm) pulemyot və avtomat top (kalibri 20 mm və daha artıq olan) avtomat silahlardır. == Növləri == Müasir avtomat silah aşağıdakı növlərə bölünür: Avtomatik rejimli lülə təpməsindən istifadəyə əsaslanan silahlar sistemi.
Avtomatik tüfəng
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.StG-44-ün açdığı yolda piyada tüfənginin anlayışı tamamilə dəyişdi.
Fetəng döyüşü
Fetəng döyüşü — Nadir şah ilə Xivə xanlığının hökmdarı II İlbars xan arasında Nadirin Mərkəzi Asiya yürüşü çərçivəsində baş vermiş döyüş. == Arxa plan == Nadir Hindistanda olarkən Xivə xanlığını döyüşçüləri vaxtaşırı olaraq hücum edib Xorasanı yağmalayırdılar. Buna cavab olaraq Xorasanda olan nadir şahın vəliəhdi şahzadə Rzaqulu Mirzə Əfşar Mərkəzi Asiyaya yürüş etdi və qələbə qazandı. Lakin Nadir ona hücumlarını davam etdirmyə icazə vermədi. Çünki məqsədi geri dönüb öz komandanlığı altında daha iri həcmli yürüş həyata keçirmək idi. Nadir Hindistanda böyük qələbə qazanıb geri döndükdən sonra Mərkəzi Asiyaya yürüşə başladı. Onun hədəfində Buxara hakimi Əbülfəz xan və Xivə hakimi İlbars xan var idi. 1740-cı ilin sonlarında Əbülfəz xan məğlub edildi. Nadirə məğlub olduqdan sonra tabe olacağını bildirən Əbülfəz xanın başına Türküstan hökmdarlığı şahı qoyuldu. Belə bir təklif İlbars xana edilsə də, o, bu təklifi rədd etdi.
Gəşəng qayışləçək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Kağız pələng
Kağız pələng (Çincə: 紙老虎; zhilaohu) — güclü görsənən,əslində isə zərərsiz olan obyektləri təsvir etmək üçün istifadə olunan Çin dilində ifadədir.Bu ifadə təhdid kimi görünən lakin özlüyündə zəif olan şeyləri təsvir etmək işlədilir. Çin lideri Mao Tszedun ABŞ və onun təmsil etdiyi imperializmini eyni zamanda bütün qərb blokunu bu ifadə ilə eyniləşdirmişdi.
Kuz Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Martin (tüfəng)
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Monoxrom, təkrəng
Monoxrom və ya monoxromatik bir şəkil, obyekt və ya palitrası tək bir rəngdən (və ya eyni rəngli dəyərlərdən) ibarətdir. Yalnız boz çalarları istifadə edən şəkillər boz şkala (adətən rəqəmsal) və ya ağ-qara (adətən analoq) adlanır. Fizikada monoxromatik işıq dar bir dalğa uzunluğu olan elektromaqnit şüalanmaya aiddir ki, bu da fərqli anlayışdır.
Nəhəng aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Nəhəng dorsteniya
Nəhəng dorsteniya (lat. Dorstenia gigas) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Nəhəng fırtınaquşu
Nəhəng fırtınaquşu (lat. Macronectes) — Fırtınaquşukimilər dəstəsinə, Fırtınaquşular fəsiləsinə aid cins. Arealı — Cənub yarımkürəsi, Subantarktika və Antarktika. Cinsə iki növ daxildir: Nəhəng şimal fırtınaquşu (Macronectes halli) — Cənubi Georgiya, Çatem adası, Kergelen, Kroze adaları, Makkuori adası. Nəhəng cənub fırtınaquşu (Macronectes giganteus) — Antarktida, Folklend adaları, Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Cənubi Pataqoniya.Nəhəng fırtınaquşu cinsinə daxil növlər fırtınaquşular fəsilədinə daxil olan ən iri quşlardır. Qanadları arasında məsafə 2 metr, bədəninin uzunluğu 90 sm, çəkiləri isə 3–5 kq-dır.
Nəhəng gürzə
Nəhəng gürzə (lat. Macrovipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi. Bu cinsin nümayəndələri əsasən səhra və yarımsəhra ərazilərində yayılmışlar. Qəzəbli xüsusiyyətə malik olurlar və kifayət qədər zəhərə malikdirlər. Bu səbəbdən çox təhlükəlidirlər. == Klassifikasiya == Cinsə dörd növ daxildir: Macrovipera deserti Macrovipera lebetina — Livan gürzəsi Macrovipera mauritanica — Mavritaniya gürzəsi Macrovipera schweizeri — Milos gürzəsi == Yayılması == Bu cinsə daxil olan növlər: Şimali Afrika, Kipr, Türkiyə, Azərbaycan, Dağıstan, Ermənistan, İran, Əfqanıstan, Mərkəzi Asiyanın cənub ölkələrində, Pakistan və Hindistanın şimal-şərq hissələrində yayılmışdır. Mavritaniya gürzəsi əvvəllər Macrovipera deserti yarımnövü hesab edilirdi.
Nəhəng köstəbək
Nəhəng köstəbək (lat. Spalax giganteus) — Köstəbəkkimilər fəsiləsinə aid gəmirici növü. == Xariçi görünüş == Köstəbəkkimilər fəsiləsinə aid olan növlər arasında ən böyüyüdür. Uzunluğu 25–35 sm, çəkisi isə 1 kq təşkil edir. Üst hissəsi rəngarəng, boz və ya oxra-qonur rəngdə olur. Yaşlı fərdlərin başının üst hissəsi ağ rəngdə olur. Qarın nahiyyəsi tünd-boz rəngdə olur. == Yayılması == Nəhəng köstəbək endemik növ olaraq əsasən Ön Qafqaz ərazilərində yaşayırlar. Xüsusu ilə Kuma, Terek, Sulak çaylarının aşağı axarlarında rast gəlinir. Şimal arealı Kuma çayının ətrafları, cənub arealı isə Mahaçqala və Qudermes şəhərləri həmdəvərinə qədər uzanır.
Nəhəng maral
Nəhəng marallar (lat. Megaloceros) — Marallar fəsiləsinə aid nəsli kəsilmiş heyvan cinsi. Onlar əsasən Avrasiya və Şimali Afrika boyunca yayılmışdır. == Yayılması və növləri == Bu cinsə daxil olan növlər arasında Megaloceros obscurus alt pleystosen dövründə yaşamışdır. Onlar Böyük buynuzlu marala yaxınlığı ilə seçilir. Böyük buynuz marallar isə 400 000 il önçə yaranmış və 7 500 il önçə isə nəsli kəsilmişdir. Onların qalıqlarına Qərbi Avropa, Şimali Afrika, Sibir və hətta Çinə qədər olan ərazilərdə rast gəlinir. Xüsusi ilə İrlandiya və Almaniyanın bataqlıqlarında çoxlu qalıqlar aşkarlanmışdır. Bu onu göstərir ki, bu marallar təkcə çöllüklərdə deyil, həmdə seyrək meşələr və onların yaxınlığında da yayılmışdılar. Buzlaşma dönəmində artıq Avropada nəhəng marallar tükənmişdi.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.