Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hərəm
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Kerem
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin —Yaşayış məntəqələriQaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.DigərKərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Kərəm
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin —Yaşayış məntəqələriQaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.DigərKərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Teorem
Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər. Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir . Teoremlərin dörd növü vardır: Düz teorem Tərs teorem Əks teorem Əks-tərs teoremTeoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.
Terek
Terek (çay)
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərək
Tərək — yağda qovurulmuş şəkər və undan hazırlanan halva növü.
Vərəm
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Abano-Terme
Abano-Terme — İtaliyada Venesiya əyalətinin Padua bölgəsində balneoloji bir kurort şəhərciyi. Paduadan 8 km cənub-qərbdə yerləşir. Əhalisi — 19,2 min nəfər. (2007). Sahəsi 21 km². 10 avqustda yad olunan Müqəddəs Lavrentiy kommunanın himayədarı sayılır. == Tarixi == Abano termlərindən Klavdiy Klavdianın əsərində bəhs olunur. Romalılar burada Aponium (Aqua-Patavinorum) yaşayış məskənini qurdular . Ostqotlar kralı Theodorixin bir məktubunda termlərin təsviri yer alır. Termlər VI əsrdə lombardlar tərəfindən məhv edilmişdir və 12-ci əsrdə Abano Bagni muxtar bir kommunaya çevrildiyi zaman bərpa edildi.
Acianthera teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Bulbophyllum teres
Bulbophyllum teres (lat. Bulbophyllum teres) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dünyamalı Kərəm
Dünyamalı Kərəm (azərb. Dünyamalı Kərəm oğlu Əliyev‎; 1920, Qoçulu, Bolnisi bələdiyyəsi) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycanlı uzunömürlü. == Həyatı == Dünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub. === Təhsili === İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937-1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb. Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. == Yaradıcılığı == Bir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib. 1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub.
Fatih Terim
Fatih Terim (4 sentyabr 1953, Adana) — Qalatasarayın və Türkiyə millisinin keçmiş baş məşqçisi. Terim 2013–2017-ci illərdə İtaliyada (Milan və Fiorentina) və Türkiyədə bir neçə kluba, həmçinin Türkiyə milli futbol komandasına rəhbərlik edib. == Həyatı == 4 sentyabr 1953-cü ildə Adanada anadan olub. Futbolçu karyerasında Türkiyə millisinin və Qalatasarayda yarımmüdafiəçi kimi çıxış edib. == Karyera == Türkiyənin ən uğurlu məşqçisi Fatih Terim indiyədək xaricdə "Fiorentina" və "Milan" klublarının baş məşqçisi olub. 58 yaşlı mütəxəssis, 2013-cü ilin sentyabrın 24-nə qədər Qalatasaray klubuna rəhbərlik edirdi. Fatih Terim klub tərəfindən sentyabrın 24-ü istefaya göndərilmişdir və Türkiyə millisinin baş məşqçi postuna gətirilmişdir.
Humboldtia teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Hərəm (serial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm (teleserial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Kerem Behnke
Kerem Behnke (alm. Kerem Behnke‎; d:1.5.1994) — Almaniyanın 4-cü liqasında çıxış edən "Neustrelitz" futbol klubunda oynayan Azərbaycan milli futbolçusu. "Volfsburq" klubunun yetirməsidir. U-21 Avropa çempionatının təsnifat mərhələsində Rusiya milisi ilə keçirilən görüşdə 2 dəfə fərqlənmiş və Azərbaycan millisi 3-0 hesabı ilə qalib gəlmidir.
Kerem Bursin
Kerem Bursin (4 iyun 1987, İstanbul) — türk aktyoru və prodüseri.Hollivudda çəkilən filmlərdə ingiliscə və türkcə rollar aparır.
Kerem Demirbay
Kerem Demirbay (3 iyul 1993) — Qalatasaray FK klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən Almaniyada doğulmuş Türkiyə futbolçusu. O, Türkiyə millisinin gənclər komandasında çıxış etsə də sonradan Almaniyanın əsas milli komandasını seçdi.
Kerem Kirsever
Kerem Kirsever (19 avqust 1994) — Türkiyəli oxatan. Kerem Kirsever Türkiyəni 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Kerem Kirsever birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 174-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Kərəm Kərimov
Kərimov Kərəm Təbriz oğlu — tibb elmləri dоktоru. == Həyatı == Kərimov Kərəm Təbriz oğlu 1947-ci ildə anadan olub. 1974-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət tibb institutunu bitirmişdir, 1974-1975 illərdə Azərbaycan Elmi-Tədqiqat oftalmologiya institutunda internatura kursunu keçmişdir, 1975-1977-ci illərdə Naxçıvan Respublika göz xəstəxanasında həkim-okulist işləmişdir, 1977-1979-cu illərdə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda kliniki ordinaturada hazırlıq keçdikdən sonra, 1979-cu ildə bu instituta baş laborant vəzifəsinə qəbul edilmişdir və sonralar ardıcıl şəkildə həmin institutun təşkilati-metodik şöbəsinin müdiri, görmə üzrə əlillərin reabilitasiyası şöbəsinin müdiri, qlaukoma şöbəsinin müdiri, əlillərin reabilitasiyası və qlaukoma üzrə Respublika Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 1998-ci ilin iyun ayından K.T.Kərimov Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda refraksiya cərrahiyyəsi şöbəsinin elmi rəhbəridir. 1985-ci ildə K.T.Kərimov "Azərbaycan Respublikasında görmə üzrə ilkin əlillik və korların və zəifgörənlərin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə "Azərbaycan Respublikasında görmə üzvünün patologiyası nəticəsində korluğun və əlilliyin sosial-gigiyenik, kliniki-oftalmoloji, ekspert-reabilitasiya problemləri və tibbi-sosial reabilitasiyanın yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildə K.T.Kərimovun təşəbbüsü ilə institutda təşkil edilmiş əlillərin tibbi-sosial reabilitasiyası şöbəsinin əsasında 1993-cü ildə xüsusi elmi-metodik və praktik reabilitasiya Mərkəzi yaradılmışdır. Bu strukturlarda uzun illər ərzində K.T.Kərimovun rəhbərliyi altında respublikada görmə üzvünün müxtəlif xəstəlikləri nəticəsində görmə üzrə əlilliyin və korluğun yayılması, strukturu, səbəbləri, profilaktikası, mübarizə tədbirləri, əlillərin erqonomik göstəricilərinin yaxşılaşdırılması yollarının axtarışı, tibbi və sosial reabilitasiyasının imkanları, əlillərdə süni büllurun implantasiyasının xüsusiyyətləri kimi problemlər işlənilir. Bundan əlavə, axırıncı illərdə K.T.Kərimov qlaukoma və şəkərli diabet nəticəsində gözün tor qişasının zədələnmələrinin lazer müalicəsi, gözün optik qüsurları olan miopiyanın, hiprmetropiyanın, astiqmatizmin eksimer-lazer korreksiyası problemlərinin işlənilməsi ilə də yaxından məşğuldur. K.T.Kərimov 132 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və 8 metodik tövsiyənin müəllifidir, bir neçə onluq elmi əsəri xarici ölkələrdə çap olunub.
Kərəm Mirzəyev
Kərəm Mirzəyev (20 may 1960, Qubadlı – 1 oktyabr 1992, Mazutlu, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür.
Kərəm Mustafayev
Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı. == Həyatı == Kərəm Mustafayev 1 iyul 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. 1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub. Ailəlidir. 1 oğlu, 2 qızı var. == Təltif və mükafatları == Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.
Kərəm Məmmədov
Məmmədov Kərəm Hətəm oğlu (22 fevral 1965, Gəyliyən, Dmanisi rayonu – 10 iyun 2023, Bakı) — Azərbaycan tarixçisi, etnoqraf, tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi (2019). == Həyatı == Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1983–1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilmişdir. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin "Antropologiya və Etnoqrafiya" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir. 1991–1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Azərbaycanın qədim dövr və orta əsrlər tarixi" kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993–1996-cı illərdə əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir. "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.