Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hərəm
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Kerem
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin — Yaşayış məntəqələri Qaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Digər Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Kərəm
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin — Yaşayış məntəqələri Qaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Digər Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Teorem
Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər. Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir . Teoremlərin dörd növü vardır: Düz teorem Tərs teorem Əks teorem Əks-tərs teorem Teoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.
Terek
Terek (çay)
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərək
Vərəm
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Dünyamalı Kərəm
Dünyamalı Kərəm (azərb. Dünyamalı Kərəm oğlu Əliyev‎; 28 aprel 1920, Qoçulu – 27 iyul 2024, Çapala, Kvemo-Kartli) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycanlı uzunömürlü. == Həyatı == Dünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub. === Təhsili === İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937–1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb. Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. == Yaradıcılığı == Bir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib. 1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub.
Fatih Terim
Fatih Terim (4 sentyabr 1953, Adana) — Qalatasarayın və Türkiyə millisinin keçmiş baş məşqçisi. Terim 2013–2017-ci illərdə İtaliyada (Milan və Fiorentina) və Türkiyədə bir neçə kluba, həmçinin Türkiyə milli futbol komandasına rəhbərlik edib. == Həyatı == 4 sentyabr 1953-cü ildə Adanada anadan olub. Futbolçu karyerasında Türkiyə millisinin və Qalatasarayda yarımmüdafiəçi kimi çıxış edib. == Karyera == Türkiyənin ən uğurlu məşqçisi Fatih Terim indiyədək xaricdə "Fiorentina" və "Milan" klublarının baş məşqçisi olub. 58 yaşlı mütəxəssis, 2013-cü ilin sentyabrın 24-nə qədər Qalatasaray klubuna rəhbərlik edirdi. Fatih Terim klub tərəfindən sentyabrın 24-ü istefaya göndərilmişdir və Türkiyə millisinin baş məşqçi postuna gətirilmişdir.
Humboldtia teres
Hərəm (serial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm (teleserial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Kerem Behnke
Kerem Behnke (alm. Kerem Behnke‎; d:1.5.1994) — Almaniyanın 4-cü liqasında çıxış edən "Neustrelitz" futbol klubunda oynayan Azərbaycan milli futbolçusu. "Volfsburq" klubunun yetirməsidir. U-21 Avropa çempionatının təsnifat mərhələsində Rusiya milisi ilə keçirilən görüşdə 2 dəfə fərqlənmiş və Azərbaycan millisi 3-0 hesabı ilə qalib gəlmidir.
Kerem Bursin
Kerem Bursin (4 iyun 1987, İstanbul) — türk aktyoru və prodüseri.Hollivudda çəkilən filmlərdə ingiliscə və türkcə rollar aparır.
Kerem Demirbay
Kerem Demirbay (3 iyul 1993) — Qalatasaray FK klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən Almaniyada doğulmuş Türkiyə futbolçusu. O, Türkiyə millisinin gənclər komandasında çıxış etsə də sonradan Almaniyanın əsas milli komandasını seçdi.
Kerem Kirsever
Kərəm Hacızadə
Kərəm Əmiralı oğlu Hadızadə — Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. == Həyatı == Kərəm Əmiralı oğlu Hadızadə 15 sentyabr 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivallarında iştirak edib. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. Dram və kino aktyorudur. Bir neçə televiziya filmində və reklamda çəkilmişdir. Evlidir. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Kərəm Hadızadə
Kərəm Əmiralı oğlu Hadızadə — Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. == Həyatı == Kərəm Əmiralı oğlu Hadızadə 15 sentyabr 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivallarında iştirak edib. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. Dram və kino aktyorudur. Bir neçə televiziya filmində və reklamda çəkilmişdir. Evlidir. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Kərəm Həsənov
Kərəm Əvəz oğlu Həsənov (2 avqust 1969, Cəlilabad rayonu) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri (2019-cu ildən), 1-ci dərəcə dövlət müşaviri. == Həyatı == Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1988–1989-cu illərdə Moskva şəhərində hərbi xidmət keçmişdir. 1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu (Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1992–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini kimi vəzifələrdə çalışmışdır. 16 sentyabr 2001-ci ildən 16 sentyabr 2005-ci ilədək isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışmışdır. 16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmış sədri isə Kərəm Həsənov təyin edilmişdir. O, bu vəzifəni 19 may 2009-cu ilədək daşımışdır.
Kərəm Kərimov
Kərimov Kərəm Təbriz oğlu — tibb elmləri doktoru. == Həyatı == Kərimov Kərəm Təbriz oğlu 1947-ci ildə anadan olub. 1974-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət tibb institutunu bitirmişdir, 1974–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat oftalmologiya institutunda internatura kursunu keçmişdir, 1975–1977-ci illərdə Naxçıvan Respublika göz xəstəxanasında həkim-okulist işləmişdir, 1977–1979-cu illərdə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda kliniki ordinaturada hazırlıq keçdikdən sonra, 1979-cu ildə bu instituta baş laborant vəzifəsinə qəbul edilmişdir və sonralar ardıcıl şəkildə həmin institutun təşkilati-metodik şöbəsinin müdiri, görmə üzrə əlillərin reabilitasiyası şöbəsinin müdiri, qlaukoma şöbəsinin müdiri, əlillərin reabilitasiyası və qlaukoma üzrə Respublika Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 1998-ci ilin iyun ayından K. T. Kərimov Z. Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda refraksiya cərrahiyyəsi şöbəsinin elmi rəhbəridir. 1985-ci ildə K. T. Kərimov "Azərbaycan Respublikasında görmə üzrə ilkin əlillik və korların və zəifgörənlərin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə "Azərbaycan Respublikasında görmə üzvünün patologiyası nəticəsində korluğun və əlilliyin sosial-gigiyenik, kliniki-oftalmoloji, ekspert-reabilitasiya problemləri və tibbi-sosial reabilitasiyanın yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildə K. T. Kərimovun təşəbbüsü ilə institutda təşkil edilmiş əlillərin tibbi-sosial reabilitasiyası şöbəsinin əsasında 1993-cü ildə xüsusi elmi-metodik və praktik reabilitasiya Mərkəzi yaradılmışdır. Bu strukturlarda uzun illər ərzində K. T. Kərimovun rəhbərliyi altında respublikada görmə üzvünün müxtəlif xəstəlikləri nəticəsində görmə üzrə əlilliyin və korluğun yayılması, strukturu, səbəbləri, profilaktikası, mübarizə tədbirləri, əlillərin erqonomik göstəricilərinin yaxşılaşdırılması yollarının axtarışı, tibbi və sosial reabilitasiyasının imkanları, əlillərdə süni büllurun implantasiyasının xüsusiyyətləri kimi problemlər işlənilir. Bundan əlavə, axırıncı illərdə K. T. Kərimov qlaukoma və şəkərli diabet nəticəsində gözün tor qişasının zədələnmələrinin lazer müalicəsi, gözün optik qüsurları olan miopiyanın, hiprmetropiyanın, astiqmatizmin eksimer-lazer korreksiyası problemlərinin işlənilməsi ilə də yaxından məşğuldur. K. T. Kərimov 132 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və 8 metodik tövsiyənin müəllifidir, bir neçə onluq elmi əsəri xarici ölkələrdə çap olunub.
Kərəm Mirzəyev
Kərəm Mirzəyev (20 may 1960, Qubadlı – 1 oktyabr 1992, Mazutlu, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür.
Kərəm Mustafayev
Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024). == Həyatı == Kərəm Nəriman oğlu Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Evlidir. 3 övladı var. 1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında taqım, bölük və tabor komandiri kimi xidmət edib. 1991–1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələri sıralarında tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqada komandirinin müavini — briqadanın qərargah rəisi, əlahiddə gücləndirilmiş motoatıcı briqada Komandiri və 705-ci əlahiddə gücləndirilmiş motoatıcı diviziyanın komandiri vəzifələrində xidmət edib. 1992–1994-cü illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 dekabr 1998-ci ildə Beşinci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub. 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin olunub.
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.