TƏRƏF

is. [ ər. ]
1. Bir şeydən hər hansı istiqamətə doğru yerləşən sahə, yer; həmin istiqamətin özü; cəhət. Müxtəlif tərəflərə getmək. Çöl tərəfdən. Meşə tərəfə. Evə tərəf.
// Bir şeyin ortasından və ya orta xəttindən sağda və ya solda yerləşən sahə, yer; habelə bir adamdan və ya şeydən sağa və ya sola doğru olan istiqamət; cəhət. Sağ tərəfə dönmək.
– Məmmədhəsən əminin sol tərəfində oturan kişi bir məsələ saldı ortalığa. C.Məmmədquluzadə.

// Bir şeyin kənarlarında yerləşən sahə; kənar. Küçənin sol tərəfi. Çayın o biri tərəfi.
– İki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yol ilə gedirdik. A.Şaiq.
Kazarma küçənin o biri tərəfində idi. M.Hüseyn.

2. Hər hansı bir səbəblə bir-birinə qarşı duran şəxs və ya qruplardan hər biri. Mübahisə edən tərəflər. Danışıq aparan tərəflər. Tərəflər razılığa gəldilər.
– Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Çəmənzəminli.
Tərəflər dalğalandı; Qarşı-qarşıya gəldi. B.Vahabzadə.

3. Hər hansı bir şeyin üzlərindən hər biri. Parçanın üz tərəfi. Yeşiyin alt tərəfi.
4. Yer, ölkə (bu mənada çox vaxt cəm şəklində işlənir). Bizim tərəflərdə qar yağıb. Bu tərəflərdə az görünürsünüz.
– Sən bizim tərəfə xoş buyurmusan; Qardaşım, bir gün də mən sizə gəlləm. H.Hüseynzadə.

5. riyaz. Həndəsi fiqurun kənarında olan düz xətt kəsiyi. Düzbucaqlı üçbucağın tərəfləri. Çoxbucaqlının tərəfləri.
6. Bax tərəfdar.
[Fatma xala:] Kasıbın nəyi var ki, ona tərəf olan da ola? Ə.Əbülhəsən.

7. Aid olduğu sözlə birlikdə hərəkətin hansı istiqamətə yönəldiyini bildirir; …sarı, …doğru, …tərəfə.
Əhli-qəryə yüyürdü dağ tərəfə; Getməsin ta qoyun, quzu tərəfə. M.Ə.Sabir.
Əsəd vəldən enib kəndə tərəf baxır. C.Məmmədquluzadə.

◊ Tərəfində durmaq – bax tərəfini saxlamaq.
Kimi dindirsəydin Hikmətin tərəfində duracaqdı. Mir Cəlal.

Tərəfini saxlamaq (tutmaq) – tərəfdar olmaq, müdafiə etmək, tərəfində durmaq.
Qız ailədə həmişə anasının tərəfini saxlasa da, Ziba atasının tərəfini saxlamış və onun dediklərinə tərəfdar çıxmırdı. S.Rəhimov.

Dörd (hər) tərəf – ətraf.
[İzzəddin:] Burda məclis quraq, gözəl çəməndir; Hər tərəf nərgizdir, tər yasəməndir. M.Rahim.
Hər tərəf sükut içindəydi. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRƏF səmt — istiqamət — cəhət
  • TƏRƏF yan — kənar — qıraq — tay
  • TƏRƏF 1. TƏRƏF Örtük altındakı maşınlardan biri səssiz-səmirsiz yerindən tərpəndi, dayanmış maşınların sırasından çıxıb tələbəyə tərəf yönəldi (Anar); CƏHƏT
TƏRƏDDÜM
TƏRƏFDAR
OBASTAN VİKİ
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərəf (Heris)
Tərəf (fars. طرف‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (51 ailə).
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üçüncü tərəf proqramları
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Henley Tərəfdaşları Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. == Siyahı == 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.
Maşın tərəfindən oxunabilir
Maşın tərəfindən oxunabilir (ing.machine readable, ru. машиночитаемый)- kompüterə, onun giriş verilənləri (məsələn, ştrix-kodlar) kimi interpretasiya və istifadə edə bildiyi formada daxil edilən informasıya. İkilik formada kodlaşdırılmış və münasib daşıyıcıda, məsələn, maqnit lentində saxlanılan informasiyanı təsvir etmək üçün də bu termindən istifadə olunur. Getdikcə, verilənlərin təqdimolunma formatlarının daha geniş diapazonu maşın tərəfindən oxunabilir. Məsələn, əvvəllər kompüterlər ancaq bir standart şrifti oxuya bilirdi, indi isə skaner və simvolların optik tanınması proqram təminatı ilə təchiz olunmuş kompüter istənilən çap mətnini tanımağı öyrənə bilər (əlbəttə, yanlışlıqlar da ola bilər). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maşın tərəfindən oxunabilən
Maşın tərəfindən oxunabilir (ing.machine readable, ru. машиночитаемый)- kompüterə, onun giriş verilənləri (məsələn, ştrix-kodlar) kimi interpretasiya və istifadə edə bildiyi formada daxil edilən informasıya. İkilik formada kodlaşdırılmış və münasib daşıyıcıda, məsələn, maqnit lentində saxlanılan informasiyanı təsvir etmək üçün də bu termindən istifadə olunur. Getdikcə, verilənlərin təqdimolunma formatlarının daha geniş diapazonu maşın tərəfindən oxunabilir. Məsələn, əvvəllər kompüterlər ancaq bir standart şrifti oxuya bilirdi, indi isə skaner və simvolların optik tanınması proqram təminatı ilə təchiz olunmuş kompüter istənilən çap mətnini tanımağı öyrənə bilər (əlbəttə, yanlışlıqlar da ola bilər). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Melani Martines tərəfindən yazılmış mahnıların siyahısı
Melani Martines amerikalı müğənni-mahnı yazarıdır. Martines 2012-ci ildə ABŞ televiziya şousu The Voice istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb. O, 2014-cü ildə "Dollhouse" mini-albomunu buraxıb. Mini-albomda yer alan "Carousel" treki "American Horror Story: Freak Show" serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə buraxdığı ilk albomu olan "Cry Baby" ilə daha çox uğur qazanmışdır.
Mühasirəyə alınan tərəflər (film, 1992)
Ölümcül mühasirələr (ing. Dead end of Besiegers) — 1992-ci ildə döyüş filmi janrında çəkilən Honkonq filmidir. Filmin digər adı "Polad at" kimi səslənir. == Məzmun == Müxtəlif döyüş novləri üzrə müəllim öz ölkəsində Yaponiyada çətin həyat tərzi sürür. Ondan xoşları gəlməyən insanlar üzündən bu ölkəni tərk edir. Yaponiyanı tərk edəndən sonra Çinə gəlir. Burada Kunq Fu ilə məşğul olmağa başlayır. Lakin bəzi hadisələr səbəbindən yapon dəniz quldurlarının gəmilərinə düşür...
Orta Asiyanın monqollar tərəfindən istilası
Orta Asiyanın monqollar tərəfindən istilası — 1219-cu ildə başlanmış fütuhat. == Tarixi == Monqollar Kulun-Bukir gölündən Altay dağlarının qərb hissəsinə qədər olan ərazidə yaşayırdılar. XII əsrdə bu ərazidə kerait, merkit, oyort, noyman, tatar və digər tayfalar məskunlaşmışdı. XII əsrin sonunda köçəri maldarların tayfa ittifaqları yarandı. Bu ittifaqlardan birinin başçısı Timuçin 1155-ci ildə Onon çayının sağ sahilindəki Dulun-Boldaq adlı yerdə anadan olmuşdu. Onun atası Yesugey kiyat tayfasından idi. Monqol mənbələrində deyilir ki, Timuçin Çingiz xanın atasının uşaq doğulmamışdan əvvəl məğlub etdiyi tayfalardan birinin başçısının adı olmuş və atası həmin adı oğluna qoymuşdur. Monqol rəvayətlərinə görə, uşaq ovcunda qurumuş qan ləkəsi ilə doğulmuşdur. Atası öləndə Timuçinin 12 yaşı var idi. Temuçin, kiçik qardaşları və anası ovla və balıq tutmaqla dolanmalı olmuşlar.
Qafqaz arxeoqrafiya komissiyası tərəfindən toplanmış aktlar
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Qafqazın bu tərəfinin xəbəri (qəzet)
"Qafqazın bu tərəfinin xəbəri" (qəzet)— 1845-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan qəzet. == Haqqında məlumat == "Zaqafqazski vestnik" qəzeti nəşr olunanda Rusiyanın Qafqaz əmirliyi bu qəzetin də yerli dillərdə nəşrinin vacibliyini nəzərə almışdı. "Zaqafqazski vestnik"in Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin xəbəri" adlanırdı və o, 1845-ci ildə işıq üzü gördü. Tədqiqatçı A.Z.Abramişvili həmin qəzetin birinci nömrəsini arxivdən aşkarlayaraq, foto-surətini mətbuatda çap etdirmişdir. Həmin foto-surətdən və müəllifin verdiyi məlumatdan aydın olur ki, "Qafqazın bu tərəfinin xəbəri" qəzeti 1845-ci ildə nəşr edilmişdir. Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar. == Qəzetdə dərc olunan məqalələr == Qəzetin birinci nömrəsində ilk səhifədə senatın fərmanının bir hissəsi dərc edilmişdir. Fərmanda göstərilir ki, “hərgah mənzilbəmənzil gönədrilən məhbuslar yolda fövt olalar, lazımdır ki, vilayət hakimləri onları dəfn etsinlər”. Fərmanda dəfn xərcinin ödənilməsi, qəza məhkəmələrinin və hərbi hissələrin bu məsələ ilə əlaqədar vəzifələri qeyd olunmuşdur. Həmin səhifədəki başqa bir yazıda Qara dənizin şərqində, Kuban və İnqur çaylarının arasındakı gömrükxanalarda vergisiz mal gətirməyə izin verildiyi bildirilir.
Qərb tərəfin hekayəsi (dəqiqləşdirmə)
Qərb tərəfin hekayəsi (film, 1961) — 1961-ci ildə çəkilmiş Amerika musiqili filmidir.
Qərb tərəfin hekayəsi (film, 1961)
Qərb tərəfin hekayəsi — 1961-ci ildə çəkilmiş Amerika musiqili filmidir. Artur Laurentsin kitabından müvafiqləşdirilən filmin musiqisini Leonard Bernşteyn bəstələmişdir. Kinodan əvvəl ilk musiqili nümayişi 1957-ci ildə etdirilmişdir. Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin müasir versiyası olan film nümayiş olunduğu dövrdə böyük əks-səda yaratmış, daha sonra dəfələrlə musiqili şou olaraq nümayiş etdirilmişdir. Qərb tərəfin hekayəsi 10 Akademiya Mükafatı və Qremmi Mükafatı ilə bərabər 20-dən çox mükafat qazanmışdır. “Qərb tərəfin hekayəsi” 1997-ci ildə Konqres Kitabxanası tərəfindən “mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli” filmlərdən biri olaraq seçilmiş və filmin ABŞ Milli Film Reyestrində saxlanılmasına qərar verilmişdir. Manhettendə iki fərqli küçə quldur dəstəsinin etnik fərqlərə görə çəkişməsindən bəhs edən filmin baş rolları; Natalie Wood, Richard Beymer, Russ Tamblyn tərəfindən paylaşılmışdır. Stiven Spilberq tərəfindən yenidən çəkilmiş Qərb tərəfin hekayəsi filminin ABŞ-də 18 dekabr 2020-ci ildə buraxılması planlaşdırılır.
Qərb tərəfin hekayəsi (film, 2021)
Qərb tərəfin hekayəsi (ing. West Side Story) — Stiven Spilberqin rejissoru olduğu və Kristie Macosko və Krieger Kevin McCollum ilə müştərək prodüserlik etdiyi, 10 dekabr 2021-ci ildə nümayişi planlaşdırılan musiqili ABŞ filmidir. Bu, 1961-ci ildə buraxılmış Qərb tərəfin hekayəsi filminin remeykidir.
Rodosun genuyalılar tərəfindən işğalı
Rodosun fəthi və ya Rodosun genuyalılar tərəfindən işğalı — 1248–1250-ci illərdə Rodos şəhərinin və eyniadlı adanın Genuya Respublikasının nəzarətində olduğu dövr. Səlibçilərə dəstək olmaq üçün Misirə yola çıxan genuyalılar Nikeya imperiyasından asılı olan şəhər və adanı 1248-ci ildə gözlənilməz bir hücum nəticəsində fəth edir. Buna baxmayaraq, nikeyalılar adaya ekspedisiya qüvvəsi göndərir və genuyalıları mühasirəyə alır. Bu müddətdə Axeya knyazlığından dəstək alan genuyalılar 1250-ci ildə təslim olur və adanı tərk edir. == Zəmin == XIII əsrin əvvəllərində, ehtimal ki, Konstantinopolun 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən ələ keçirilməsindən əvvəl Rodos və yaxınlıqdakı adalar mərkəzi Bizans hakimiyyəti nəzarətindən çıxmış, sezar Lev Qavalasın hökmranlığı altında olmuşdu. Qavalas bəzi illərdə Bizans yunan dövlətinin əsas davamçısı olan Nikeya imperiyasının ağalığını qəbul etmişdi, lakin Rodos praktik baxımdan müstəqil şəkildə idarə olunurdu. Lev Nikeyanın təsirini tarazlaşdırmaq və mövqeyini möhkəmləndirmək məqsədi ilə 1234-cü ildə, sonradan isə 1236-cı ildə Venesiya Respublikası ilə müqavilələr bağlayır. Buna baxmayaraq, Levin 1240-cı illərdə vəfat etməsi ilə onun taxta gələn qardaşı İoann Qavalas nisbətən daha zəif bir vəziyyətdə olduğu üçün qısa müddət ərzində Nikeya imperatoru III Duka İoann Vatasın hökmranlığını tanıyır. Bunun müqabilində o, yüksək dərəcəli sevast və meqaduka titullarını almış və bir imperator qohumu ilə, çox güman ki, Vatasın bacılarından biri ilə evlənmişdir. Eyni zamanda, Dördüncü Səlib yürüşü zamanı əldə edilən qənimətlərdən məhrum qalan və ticari təsir məsələsində Konstantinopol şəhərində Venesiya tərəfindən məğlub edilən Genuya Respublikası Şərqdə dayaq yerləri əldə etməyə can atırdı.
Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarının ilhaqı referendumu
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir. Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir. 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər.
Sakit okean Tərəfdaşlığı
Trans-Pacific Partnership (TPP'), və ya Trans-Pacific Partnership Agreement, Avstraliya, Avstraliya, Bruney], Kanada, Çili, Yaponiya, Malayziya], Meksika, Meksika, Yeni Zelandiya, Peru, Peru, Sinqapur, Vyetnam] arasında təklif olunan ticarət sazişi, Kanada, Kanada, Çili, Amerika, Amerika arasında 2016-cı il fevralın 4-də imzalanmış müqavilə olmuşdur. Yeni seçilmiş Prezident Donald Tramp 2017-ci ilin yanvarında ABŞ-nin TPP-dən çəkilməsindən sonra, müqavilə tələb olunduğu kimi ratifikasiya edilə bilmədi və qüvvəyə minmədi. Qalan ölkələr trans-Sakit okean tərəfdaşlığı üçün Hərtərəfli və Tərəqqi Sazişi adlı yeni ticarət sazişi ilə bağlı danışıqlar edilər. Bu saziş TPP-nin əksər maddələrini özündə cəmləşdirir və 30 dekabr 2018-ci ildə qüvvəyə mindi. TPP 2005-ci ildə Bruney, Çili, Yeni Zelandiya və Sinqapur tərəfindən imzalanmış Trans-Sakit okean Strateji İqtisadi Tərəfdaşlıq Sazişinin (TPSEP və ya P4) genişləndirilməsi kimi başlamışdır. 2008-ci ildən etibarən daha geniş razılaşma üçün əlavə ölkələr müzakirəyə qoşuldu: Avstraliya, Kanada, Yaponiya, Malayziya, Meksika, Peru, ABŞ və Vyetnam. Bununla da, müzakirə edən ölkələr on ikiyə çatdılar. 2017-ci ilin yanvarında ABŞ sazişdən geri çəkildi. Digər 11 TPP ölkəsi 2017-ci ilin may ayında onu ilin yanvar ayında razılığa gəldi. 2018-ci ilin mart ayında 11 ölkə Trans-Sakit okean Tərəfdaşlığı üçün hərtərəfli və mütərəqqi saziş adlanan sazişin yenilənmiş variantını imzalayıb.
Stabilizatorun arxa tərəfi
Stabilizatorun arxa tərəfi, hər hansı bir qanad profili üstündən axan havanın qanadı tərk etdiyi kənara, yəni art kənara verilən addır. Flap, qanadcıq kimi komponentlər stabilizatorun arxa tərəfində yerləşir.
Sülh Naminə Tərəfdaşlıq
Sülh Naminə Tərəfdaşlıq (ing. Partnership for Peace; PfP) — Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Avropanın digər dövlətləri və postsovet ölkələri arasında etimadın yaradılmasına yönəlmiş NATO proqramı; 20 dövlət bura üzvdür. İlk dəfə Bolqarıstanın "Novae" cəmiyyəti tərəfindən müzakirə edilmişdir. Bu, 20–21 oktyabr 1993-cü ildə Almaniyanın Travemünde şəhərində keçirilən NATO Müdafiə Nazirlərinin görüşündə ABŞ təşəbbüsü kimi təklif edilmiş və 10–11 yanvar 1994-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən NATO sammitində rəsmi olaraq fəaliyyətə başlamışdır. ABŞ Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə görə, prezident Bill Klinton Sülh Naminə Tərəfdaşlığı "NATO üzvlüyünə aparacaq yol" və "Avropanı bir neçə yüz mil şərqə doğru ayıran başqa bir xətt çəkməyən" yol kimi təsvir etmişdir. NATO təlimlər, fəlakətlərin planlaşdırılma və cavab tədbirləri, elmi və ətraf mühit məsələləri, peşəkar inkişaf, siyasətin planlaşdırılması və mülki hökumətlə əlaqələrdə əməkdaşlıq vasitəsilə tərəfdaşlarla əlaqələr qurur.
Transformerlər 3: Ayın qaranlıq tərəfi (film, 2011)
Transformerlər 3: Ayın Qaranlıq Tərəfi (ing. Transformers: Dark of the Moon) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Maykl Beyin rejissorluq etdiyi filmin baş rollarında Şaya LaBaf və Rouzi Hantinqton-Uaytli çəkilmişlər. Transformerlər: Məğlubların qisası filmin davamı. == Məzmun == 1961-ci ildə avtobotlar və deseptikonlar arasındakı müharibəni bitirə biləcək bir kəşf daşıyan Saybetron kosmik gəmisi Ark vurularaq Ayın qaranlıq üzünə çırpılır. Qəza NASA tərəfindən aşkarlanır və ABŞ prezidenti Kenedi kosmik gəmini tədqiq etmək üçün Aya insan göndərmək təklifini qəbul edir. 1969-cu ildə Apollo-11 Aya enir və heyət Arkı araşdırmağa başlayır. Prezident Riçard Nikson bu tapşırığın detallarının gizli saxlanılması əmrini verir. Misir Müharibəsindən 3 il sonra Avtobotlar ABŞ ordusuna dünya miqyasında böyük toqquşmaları qabaqlamaq üçün kömək edir. Şühbəli yadplanetli texnologiyasını araşdırmaq üçün Ukraynanın Çernobil əyalətindəki bir əməliyyatda Deseptikon alim Şokveyv və nəhəng soxulcan robotu Driller tərəfindən hücuma məruz qalırlar.
Tərəfdaş (film, 2007)
Tərəfdaş — rejissor Devid Dhauan tərəfindən 2007-ci ildə çəkilmiş bədii və tammetrajlı Hind filmi. Film KSS Limit və Sohail Xan şirkətinin dəstəyi ilə çəkilib. Bədii filmdə Salman Xan, Qovinda, Lara Dutda, Katrina Kef və başqaları rol alıb. Ssenari Sancay Çhel, Devid Dhauan, Yunus Scaval tərəfindən yazılıb. Filmin prodüserləri Shoil Xan, Paraq Sanqhvidir. == Məzmun == Prem (Salman Xan) müştərilərinin sevgi məsələlərini həll edən Sevgi Qrupunun təşkilatçısıdır. Bhaskar Diwakar Chaudhary (Qovinda) qız sevir və sevgi həyatında yardım üçün Premin yanına gəlir. Bhaskar Priya Jaisinghi (Katrina Kef) sevir, lakin o, zəngin iş adamı qızı olduğu üçün, o, qıza sevgisini ifadə edə bilmir. Prem ona kömək etməyə razıdır. Ancaq Prem Taylanddadır.
Tərəfsiz Dövlətlər Hərəkatı
Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) — özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropadandır.
Tərəfə ibn əl-Əbd
Tərəfə ibn əl-Əbd (təq. 543, Bəhreyn – təq. 569) — ərəb şairi. == Həyatı == Tərəfə ibn əl-Əbd ərəblərin çox istedadlı şairlərindən biri olmuşdur. Belə ki, cəmi 26 il ömür sürməsinə baxmayaraq, ərəblərin fuhul şairlərindən sayıla bilər. Tərəfə əslən Bəkr ibn Vail qəbiləsindən idi. O, 600-cü ildə dünyaya gəlmişdir. Onun həyatı ağır keçmişdir. Belə ki, hələ uşaqkən, atası dünyasını dəyişmişdi. Qəbilə qanunlarına görə ailənin mülkiyyəti əmilərinin nəzarəti altına keçirilmişdi.
Şərq Tərəfdaşlığı
Şərq Tərəfdaşlığı - Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna. "Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir.

Digər lüğətlərdə