Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Tium
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Astragalus aaronii (Eig) Zohary Astragalus aaronsohnianus Eig Astragalus abadehensis Maassoumi & Podlech Astragalus abbreviatus Kar. & Kir. Astragalus aberrans Förther & Podlech Astragalus abharensis Maassoumi & Podlech Astragalus abnormalis Rech.f. Astragalus abolinii Popov Astragalus aboriginorum Richardson Astragalus absconditus Zarre & Podlech Astragalus absentivus Maassoumi Astragalus acanthocarpus Boriss. Astragalus acanthochristianopsis Rech.f. & Köie Astragalus acaulis Baker Astragalus acceptus Podlech & L.R.Xu Astragalus accidens S.Watson Astragalus acetabulosus C.C.Towns. Astragalus achundovii Grossh. Astragalus acicularis Bunge Astragalus acikirensis (Ekim) Aytaç & Hamzaoğlu Astragalus ackerbergensis Freyn Astragalus ackermanii Barneby Astragalus acmonotrichus Fenzl Astragalus acmophylloides Grossh.
Tin
Tin — etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi. == Həmçinin bax == Etrusklar Xarun == İstinadlar == == Xarici keçidlər == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kobərn Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi. 1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. == Tarixi == Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. == Tarixi irsi == Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. == Turizm == Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
Taun (roman)
Taun (fr. La Peste) — Alber Kamünün 1947-ci ildə yayımlanmış romanı. Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitabda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır. İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir. Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir. == Mövzusu == Taun Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur.
Taun həkimi
Taun həkimi (ing. Plague doctor) — taun xəstəliyindən əziyyət çəkən insanların müalicə edilməsi üçün fəaliyyət göstərən həkim. Taun həkimləri xüsusi ilə kənd və şəhərlərdə epidemiyaların yayılmağa başlamasından sonra müqavilə ilə müalicə üçün ərazilərə gətirilirdi. Bəzi taun həkimləri, daha çox gəlir əldə etmək məqsədi ilə insanlara saxta xüsusi müalicə üsulları təklif etməkləri ilə tanınmışdır. Bu həkimlər tibb təhsili almış peşəkar həkimlər deyildilər, əsasən bu işi sonradan öyrənib, əldə etdikləri təcrübələr əsasında insanlara yardım etməyə çalışırdılar. Taun həkimlərinin nadir hallarda olsa da, bəzi xəstələrə köməklik etdiyi məlumdur. Əsas məsələlərdən biri işini bilən həkimlərin çox az olması idi. Taun həkimləri xəstələri özləri tərəfindən hazırlanmış müqaviləyə uyğun formada müalicə etməyə üstünlük verirdilər. Bu müqavilə taun həkimi müqaviləsi adlanır və xidməti göstərən şəxs ilə şəhər və ya kənd şurası arasında imzalanırdı. Avropanın bir şəhərində eyni vaxtda iki və daha çox taun həkiminin işlədiyi hallar da mövcud idi.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Teun Biyleveld
Teun Biyleveld (27 may 1998-ci ildə Niderlandda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Klub karyerası == === Yonq AZ === Biyleveld AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Biyleveld öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Ceymi Yakobsu əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə AFC-ya 1-0 hesabı ilə qalib gəlmişdir. === Yonq Ayaks === Biyleveld 1 iyul 2017-ci ildə Yonq Ayaks klubuna transfer olmuşdur. O, klub ilə debütünü 18 avqust 2017-ci ildə etmişdir. O, 72-ci dəqiqədə Matusiva ilə əvəz olunmuşdur. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Kambuura 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Tium inyoense
Astragalus inyoensis (lat. Astragalus inyoensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tium inyoense (E.Sheld.) Rydb.
Tium nevinii
Astragalus nevinii (lat. Astragalus nevinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tium nevinii (A.Gray ex Lyon) Rydb. === Heterotipik sinonimləri === Astragalus nevinii var.
Tium obscurum
Astragalus obscurus (lat. Astragalus obscurus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tium obscurum (S.Watson) Rydb.
Tium panamintense
Astragalus panamintensis (lat. Astragalus panamintensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astragalus atratus var. panamintensis (E.Sheld. ex Coult.) Jeps. Tium panamintense (E.Sheld. ex Coult.) Rydb.
Tium traskiae
Astragalus traskiae (lat. Astragalus traskiae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tium traskiae (Eastw.) Rydb.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Tin (Hurand)
Tin (fars. تين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (11 ailə).
Tin (Xudafərin)
Tin (fars. طين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).
Tin Srbiç
Tin Srbiç (xorv. Tin Srbić;11 sentyabr 1996, Zaqreb) – Xorvat bədii gimnastı. == Haqqında == Üfüqi çubuqda hərəkətlər üzrə gimnastdır. 2017-ci ildə Montrealda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında qızıl medal qazandı. Srbiç 2019-cu ildə Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya Bədii Gimnastika Çempionatında gümüş medal qazandı.
Tin Surəsi
Tin surəsi (ərəb. سورة التين‎ (oxunuşu: surətət-tin) - əncir surəsi) - Quranın 95-ci surəsi. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surə adını ilk ayədə işlənən və əncir mənasını verən tin sözündən götürmüşdür.
Tın kilsəsi
Tın önündə Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tın kilsəsi (çex. Kostel Panny Marie před Týnem — Týnský chrám, ) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslubunda kilsə. Özünün təkrarolunmaz görünüşü və nəfis bədii tərtibatına görə, kilsə Praqanın Stare Mesto rayonunun əsas dominantlarından sayılır. == Tarix == Keçmiş zamanlarda Tın kilsənin yerində gömrük binası və xəstəxana ilə birgə kiçik roman üslubunda tikili yerləşirdi. Hazırda kilsə sayca üçüncüdür. Kilsənin tikintisi XIV əsrdə Lüksemburqlu Yanın son hakimiyyət dövründə başlamışdı və yalnız 1511-ci ilə inşa işləri sona çatdırılmışdı. Daha sonralar Yanın oğlu Karl dövlət başçısı oldu və artıq XV əsrin əvvəllərində Tın kilsəsi nəinki Köhnə Şəhərin dini mərkəzlərindən biri, həmçinin Praqanın əsas husit kostyollarından da sayılırdı. 1621-ci ildə kilsənin binası iyezuitlərin istifadəsinə verilir. Məhz bu zaman kilsənin fasadında quraşdırılmış və Reformasiyanın rəmzi sayılan heykəlin qızıl kasası ilə «Həqiqət qalib gəlir» yazısı yığışdırılmışdı. Kafedralın əsasında roman və erkən qotika fundamenti yerləşir.
Çıonq Tin
Çıonq Tin (vyet. Trường Chinh) və ya əsl adı ilə Danq Suan Khu (vyet. Đặng Xuân Khu; 9 fevral 1907 – 30 sentyabr 1988, Hanoy) — Vyetnam inqilabçısı, dövlət, siyasi və partiya lideri, Vyetnam Kommunist Partiyasının baş katibi və ölkənin Dövlət Şurasının sədri. O, Vo Nquyen Zyap ilə birlikdə Vyetnam Fəhlə Partiyasının politbürosunun əsas hərbi strateqlərindən biri olmuşdur. == Mükafatlar == "Qızıl ulduz" ordeni "Lenin" ordeni (22 yanvar 1982) "Oktyabr inqilabı" ordeni (02 iyun 1987) "Klement Qotvald" ordeni (20 fevral 1987) Kiyevin fəxri sakini == İstinadlar == == Xarici keçidlər == Чыонг Тинь // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.