Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silvia Toffano
Silvia Toffano (d. 5 yanvar 1985; Venesiya, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Silvia Toffano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Torfeno Branişte
Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir. Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamır və yosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır. Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir. Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıc və qaragilə və dağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir.