Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tritoniya
Bu cinsin adı yunanca "triton" sözündən götürülmüşdür, mənası "flüger" deməkdir. O, çiçəklərinin dağınıq formasına görə belə adlandırılmışdır. Tritoniya cinsinin 50-yə yaxın növü məlumdur. Onlardan 6-sı gülçülükdə geniş istifadə olunur. Zəfərançiçəkli tritoniya (bağ montbresiyası) (T.x. crocosmaeflora) mülayim iqlim zonalarında bitən soyuğa davanmsız, soğanaqlı ot bitkisidir. Çiçək qrupu qollu-budaqlıdır və üzərində çoxlu çiçəyi vardır. Narıncı-qırmızı çiçəyi mərkəzə yaxın sıxlaşır. Tritoniya istisevən bitki olduğundan hər il payızda onu çıxarıb sərin yerdə saxlamaq lazımdır. Mayda tritoniyanın soğanağını 5-7 sm dərinliyə əkirlər.