Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tribuna
Əsas Tribuna — natiq üçün çıxış yeri; Tribuna — tamaşaçıların əyləşməsi və seyr etməsi üçün yüksək, pilləli yer; Tribuna — Məcazi mənada fikir bildirmə yeri.
Tribunal
Tribunal (latın tribunal-divanxana; Məhkəmə; əsas mənası: Qədim Romada mühüm vəzifəli şəxslərin-konsulların, pretorların xidməti vəzifələrini yerinə yetirməkdən ötrü oturduqları hündür yer, təpə) İnqilab dövründə, bəzi dövlətlərdə (Böyük Fransa İnqilabi, Böyük Oktyabr İnqilabı) — əksinqilaba və xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə aparmaq üçün təsis edilmiş fövqəladə Məhkəmələr; Hərbi Tribunallar -hərbi cinayətləri: hərbi qüvvələrin təhlükəsizliyi; hərbi nizam, hərbi xidmət qayda pozuntularını araşdıran Məhkəmələr; Beynəlxalq Hərbi Tribunallar -İkinci Dünya Müharibəsi bitdikdən sonra (1945), SSRİ, ABŞ, İngiltərə və Fransa dövlətlərinin birgə razılığı ilə təsis olunmuş, əsas hərbi canilərini təqib edən və cəzalandıran Məhkəmələr (Nyurnberq və Tokio prosesləri); Fransada, İtaliyada birinci instansiya Məhkəməsi və barışdırıcı Məhkəmənin baxdığı işlər üzrə appelyasiya Məhkəmə instansiyası; bəzi Ali Məhkəmələrin adı.
Tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Chicago Tribune
Chicago Tribune - ABŞ "Tribune Company" şirkəti tərəfindən istehsal edilən və ABŞ ölkəsində 8 ən çox oxunan qəzetlərdən biridir. Çikaqoda İllinoys şəhərində buraxılır. Əsası Ceyms Kelli, Con E. Uiler ve Cozef K.C. Forrest tərəfindən qoyulmuş və ilk hazırlanma tarixi 10 iyun 1847-ci il tarixində gərçəkləşdirilmişdi.
Hərbi tribunal
Hərbi məhkəmə (Azərbaycan) — Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
Plebey tribunu
Xalq tribunları (plebey tribunları) (lat. tribuni plebis) — Qədim Romada plebeylərdən (e.ə. 494 ildən) seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə xalq tribunları əslində real əhəmiyyətlərini itirdilər.
Tribunat (Fransa)
Tribunat (fr. le Tribunat) — 1799-cu il konstitusiyasına görə Fransadakı dörd idarəetmə orqanlarından biri; qanunverici hakimiyyəti qanunverici orqanla bölüşən 100 üzvlü bir qurum; digər iki qurum Dövlət Şurası və Qoruma Senatıdır. İlk prezident tarixçi Pyer Don (1761-1840) idi; lakin müstəqilliyi 1802-ci ildə prezident postunu tutan Napoleon üçün etiraz edildi. Məhkəmə heyəti 1807-ci ildə məhv edildi. Tribunat - VIII Cümhuriyyətin 22-ci frimerinin (1799) Fransa konstitusiyasına görə, qanun layihələrini müzakirə etmək və tənqid etmək üçün yaradılmışdır. Milli seçki hüququ siyahısına daxil olanlar arasından Senat tərəfindən təyin edilmiş, ən azı 25 yaşı olan yüz nəfərdən ibarət idi. Məhkəmə heyətinin tərkib hissəsi hissə-hissə yenilənməli idi: hər il üzvlərinin ümumi sayının 1/5 hissəsi çıxdı və yeniləri ilə əvəz olundu və milli siyahıda qeyd olunduqları müddətdə qeyri-müəyyən sayda qalanları yenidən seçməyə icazə verildi. Tribunate'nin ilk işə salınması respublikanın yalnız ilində başlamalı idi. Məhkəmə üzvləri 15 min frank maaş alırdılar. Məhkəmə hökuməti tərəfindən təklif olunan qanun layihələrini müzakirə etdi, sonra qəbul və ya rədd edilməsinə səs verdi, ancaq dəyişiklik olmadan.
Xalq tribunu
Xalq tribunları (plebey tribunları) (lat. tribuni plebis) — Qədim Romada plebeylərdən (e.ə. 494 ildən) seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə xalq tribunları əslində real əhəmiyyətlərini itirdilər.
Hərbi tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Konsulyar tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
İnqilab tribunu (film, 1934)
Kinoxronikanın xüsusi buraxılışı Sergey Kirovun xatirəsinə həsr olunmuşdur. Film saxlanılmayıb.
Tripura
Tripura — Hindistanın şərqində yerləşmiş kiçik ştatdır. Ərazisi 10 492 kvadrat kilometr, əhalisi 3 200 000-ə yaxındır. 1972-ci ildə təşkil edilmişdir. Mərkəzi və ən böyük şəhəri Aqartaladır.
Trigun
Trigun (yap. トライガン) — Satoşi Nişimura tərəfindən yaradılmış yapon anime serialı. Trigun "Vaş Qasırğa" adlanan qəhrəmanın və "Bernardelli Sığorta Cəmiyyəti"-nin iki işçiləri olan Meril Strayf və Milli Tompsonun macəralarının üstündə əsaslanıb. Vaş Qasırğa (ヴァッシュ・ザ・スタンピード, Vasshu za Sutanpīdo, ingilis versiyasında Vash the Stampede) seriyanın baş qəhrəmanı və "Humanoid Qasırğa" adlanan enerji mənbəyi. Meril Strayf (メリル・ストライフ, Meriru Sutoraifu, ingilis versiyasında Meryl Stryfe) və ya "Darrincer Meril", Bernardelli Sığorta Cəmiyyətinin işçisidir. Milli Tompson (ミリィ・トンプソン, Mirī Tonpuson, ingilis versiyasında Milly Thompson) və ya "Bayıltıcı silah Milli", Bernardelli Sığorta Cəmiyyətinin işçisi və Merilin köməkçisidir. Nikolas D. Vulfvud (ニコラス・D・ウルフウッド, Nikorasu Dī Urufūddo, ingilis versiyasında Nicholas D. Wolfwood), bəzən "Cəzalandırıcı Nikolas" kimi tanınır, Mayklın Gözü təşkilatının üzvüdür. 5 Centimeters Per Second Ninja Scroll Cowboy Bebop Trigun — Internet Movie Database saytında.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Salvia trijuga
Salvia trijuga (lat. Salvia trijuga) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Tripura Universiteti
Tripura Universiteti (benq. ত্রিপুরা বিশ্ববিদ্যালয়) — Hindistanın Tripura ştatının Suryamaninaqar şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1987-ci ildə qoyulmuşdur.
Abies trigona
Sitxin küknarı (lat. Picea sitchensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Şimali Amerikanın qərb hissəsində, Alyaskadan Kaliforniyaya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerikanın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir.
Triana Park
Triana Park (lat. Triānas Parks) — vokalist Aqnese Rakovska, gitaraçı Arturs Strautınış, təbilçi Edqars Vilyums və bassist Kristaps Erqlisdən təşkil olunan Latviyalı musiqi qrupu. Onlar Latviyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Triana Park qrupu Aqnese Rakovska və onun atası Aivars Rakovski tərəfindən yaradılmışdır. Daha sonra qrupa Edqars Vilyums və Kristaps Erqlis qoşulmuşdur. Onlar 2008, 2009, 2010, 2011 və 2012-ci illərdə Latviyanın LTV telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eirodziesma adlı milli seçim turunda iştirak etmiş və hər beş cəhd də qrup üçün məğlubiyyətlə nəticələnmişdir. Triana Park qrupunun EnterTainment adlı debüt albomu 2010-cu ildə işıq üzü görmüşdür. Triana Park 2017-ci ildə Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turu Supernova 2017-də "Line" mahnısı ilə iştirak etmiş və bu dəfə qrup yarışmada qalibiyyət əldə etməyə nail olmuşdur. Beləliklə Triana Park qrupu ifa etdikləri "Line" mahnısı ilə Latviyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. 9 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində qrup 18-ci yerdə qərarlaşaraq final mərhələsinə adlaya bilməmişdir.
Triba (biologiya)
Triba fəsilə və cins arasında yerləşən taksonomik qrupdur. Aralarında böyük taksonomik fərqlər olduqda və ya bir çox növün bir-birindən aydın şəkildə ayrılmadığı hallarda təsnifatı asanlaşdırmaq üçün istifadə olunur. Bəzən yetərli olmadıqda yarımtriba termini istifadə olunur. Digər taksonomik qruplar kimi, böyük hərflərlə başlayır və tək bir sözdən ibarətdir, lakin italiklə yazılmır. Triba çox böyükdürsə, yarımtribalara bölünə bilər. Tribanın elmi adının sonu belə müəyyən edilir: Botanikada – eae Zoologiyada – ini Məsələn, İtlər fəsiləsi (Canidae) Canini və Vulpini olan iki tribaya ayrılır.
Triba (dəqiqləşdirmə)
Tribadizm, əsasən bir qadının xüsusən klitoruna xəbərdarlıq edilməsi üçün vulvasını partnyoruna toxundurduğu bir seks pozasıdır Triba (biologiya) — Triba fəsilə və cins arasında yerləşən taksonomik qrupdur. Triba — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı.
Dirçəkkimilər (triba)
Dirçəkkimilər (lat. Ajugeae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçəkkimilər yarımfəsiləsinə aid bitki tribası.
Nürnberq Beynəlxalq Hərbi Tribunalı
Ruanda Beynəlxalq Cinayət Tribunalı
Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) (ing. International Criminal Tribunal for Rwanda (ICTR); fr. Tribunal pénal international pour le Rwanda) — 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada törədilmiş və ya qonşu dövlətlərdə Ruanda vətəndaşları tərəfindən törədilmiş Ruanda soyqırımı və beynəlxalq hüququn digər ciddi pozuntularını mühakimə etmək məqsədilə 1994-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Məhkəmə sonda 61 nəfəri məhkum etmiş, 14 nəfərə isə bəraət vermişdir. Tribunal 977 saylı qətnaməyə əsasən 1995-ci ildə Tanzaniyanın Aruşa şəhərində təşkil edilmişdi. 2006-cı ildən Aruşada həm də İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi yerləşirdi. 1998-ci ildə 1165 saylı qətnamə ilə tribunalın fəaliyyəti genişləndirildi. Sonralar Təhlükəsizlik Şurası daha bir neçə qətnamə ilə tribunalı 2004-cü ilin sonuna qədər araşdırmalarını, 2008-ci ilin sonuna qədər bütün məhkəmə işlərini, 2012-ci ildə isə ümumilikdə bütün fəaliyyətini başa çatdırmağa çağırmışdı. Tribunal genosid, insanlıq əleyhinə cinayətlər, Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun (daxili münaqişəyə dair) pozuntuları ilə bağlı yurisdiksiyaya malik idi. İlk məhkəmə işi Jan Pol Akayesu ilə əlaqədar olub 1997-ci ildə başlamışdı.
Uzaq Şərq beynəlxalq hərbi tribunalı
Uzaq Şərq beynəlxalq hərbi tribunalı — İkinci dünya müharibəsindən sonra baş tutmuş hərbi tribunal. Tribunalda Yaponiya imperatoru Hirohito və şahzadə Asakadan başqa müharibədə iştirak etmiş bütün yüksək rütbəli yaponlar mühakimə edilmişdir. 1946-cı il 3 may tarixində başlayan tribunal 1948-ci il 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində baş nazir Hideki Toco və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir. Məhkəmədə, İkinci dünya müharibəsində qalib gələn tərəf olan Antihitler koalisiyası tərəfindən müəyyənləşdirilmiş 11 hakim və 12 dövlət ittihamçısı yer almışdır.
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (KYBCT) (ing. International Tribunal for the Prosecution of Persons Responsible for Serious Violations of International Humanitarian Law Committed in the Territory of the Former Yugoslavia since 1991 (ICTY)) — Yuqoslaviya müharibələri zamanı törədilmiş hərbi cinayətləri təqib etmək və təqsirkarları mühakimə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Tribunal Niderlandın Haaqa şəhərində yerləşən ad hoc məhkəmə idi. KYBCT Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 25 may 1993-cü ildə qəbul edilmiş 827 saylı qətnaməsi əsasında yaradılmışdır. Tribunal 1991-ci ildən bəri keçmiş Yuqoslaviya ərazisində törədilmiş cinayətlərin dörd qrupu üzrə yurisdiksiyaya malik idi: Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə qanunlarının və ya adətlərinin pozulması, soyqırım və insanlıq əleyhinə cinayətlər. Tribunalın verə biləcəyi ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə idi. Müxtəlif dövlətlər azadlıqdan məhrumetmə cəzasının icrası məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə müqavilələr imzalamışdır. Tribunalın fəaliyyəti ərzində ümumilikdə 161 nəfərə qarşı ittiham irəli sürülmüşdür; yekun ittiham aktları 2004-cü ilin dekabrında verilmiş, sonuncusu isə 2005-ci ilin yazında təsdiqlənmişdir. Qoran Haciç cinayət təqibindən yayınan ən axırıncı şəxs kimi 20 iyul 2011-ci ildə ələ keçirilmişdir. Sonuncu hökm 29 noyabr 2017-ci ildə çıxarılmış və qurum 31 dekabr 2017-ci ildə rəsmi olaraq fəaliyyətini dayandırmışdır.