Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Riçard Vilyam Trost
Riçard Vilyam Trost (14 noyabr 1833 - 8 noyabr 1905) — Amerikalı rəssam. Riçards 1833-cü il noyabrın 14-də Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, 1846 və 1847-ci illərdə yaşadığı yerdə Mərkəzi Liseydə oxuyub. Riçardsın qatıldığı ilk ictimai sərgi 1858-ci ildə rəssam Albert Bayerstadın Nyu Bedfordda təşkil etdiyi sərgi olub. 1861-1899-cu illərdə Milli Dizayn Akademiyasında, 1863-1885-ci illərdə Bruklin İncəsənət Assosiasiyasında Riçardsın əsərləri sərgiləndi. Riçard 1881-ci ildə Rod-Aylend ştatının Ceymstaun şəhərində məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb. O, 1905-ci il aprelin 17-də Rod-Aylend ştatının Nyuport şəhərində vəfat edib.
Dieu et mon droit
Dieu et mon droitFransızca tələffüz: [djø e mɔ̃ dʁwa]Fransızca tələffüz: [djø e mɔ̃ dʁwa], qəd. fr. Deu et mon droit), bu şüar Birləşmiş Krallıq monarxlarının mottosudur. Bu şüara Böyük Britaniya gerbinin üstündəki qalxanının altında rast gəlmək olar . Şüarın ilk dəfə I Riçard (1157 – 1199) tərəfindən döyüşdə istifadə edildiyi və onun fransız əcdadına (həqiqətən də o, fransız və oksitanca danışırdı, lakin yalnız əsas ingiliscə bilirdi) və monarxın ilahi mənşəli idarəetmə hüququna istinad olduğu güman edilir. Kral V Henri (1386 – 1422) tərəfindən İngiltərənin kral şüarı kimi qəbul edilmiş, "və mənim hüququm" ifadəsi ilə Fransa tacına mənsub olduğu iddiasına istinad edilmişdir.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
PROMT
PROMT tərcümə proqramı (Project MT) — "Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərcümə proqramı vasitəsilə istənilən mətn tərcümə edilə bilər. Tərçümə istiqamətləri: İngilis-Rus,Rus-İngilis Alman-Rus, Rus-Alman Fransız-Rus, Rus-Fransız İspan-Rus, Rus-İspan İtalyan-Rus "Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir. Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir. İstənilən həcmdə fərdi sözlərin və mətnlərin tərcüməsi. Struktur və formatlaşdırma ilə sənədlərin tərcüməsi. Bütün populyar formatlar dəstəklənir: doc(x), xls(x), ppt(x), rtf, html, xml, txt, ttx, pdf (skan edilmiş daxil olmaqla), odt, ods, jpeg, png, tıff. Struktur və hiperlinklərin qorunması ilə bütün saytların tərcüməsi.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da, kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının (oyun kartları) ilkin variantıdır. Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Termit
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Torii
Torii (yap. 鳥居 — "quşlar oturan yer") — yapon dini olan sintonun məbədləri – dzindyanın qarşısında qurulan ritual qapılar. Onlar qapısı olmayan, qırmızı rəngə boyanmış iki dirəkdir. Yuxarıdan iki dirəklə də birləşirlər. Yuxarı dirək "kasaqi" (笠木), aşağı dirək "nuki" (貫) adlanır. Hesab edilir ki, toriilər "digər, o dünya" olan kamiyə girişdir. Orada isə hər bir kəs ruhlarla görüşə bilər. Keçmişdə yaponlar inanırdılar ki, ölənlərin ruhunu quşlar aparırlar və tez-tez belə qapılarda dincəlirlər.
Trdat
Trdat (parf 𐭕𐭉𐭓𐭉𐭃𐭕, Tīridāt; qra. Տրդատ, Trdat) — İran mənşəli söz. Mənası – "tanrı Tir tərəfindən verilmiş". I Tiridat (Parfiya çarı) (e.ə. 211). II Tiridat, hakimiyyəti təq. e.ə. 30–26. III Tiridat, hakimiyyəti təq. e.ə.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Trofi
Trofi İsrail Müdafiə Qüvvələri tərəfindən istifadə edilən aktiv müdafiə sistemidir. Həm ağır, həm də yüngül zirehli maşınlara yaxınlaşan raketləri və ya döyüş raketlərini zərərsizləşdirmək üçün istehsal olunur. Trophy, RAFAEL və İsrailin Elta şirkəti ilə müştərək şəkildə hazırlanmışdır. İstehsalçılara görə, bu model silah texnologiyasında bir etalon olacaqdır. Bu sistem əvvəlcə İsrail istehsalı Merkava əsas müharibə tankını tamamlamaq üçün istehsal edilmişdir. Dizaynında F/G lent atışa nəzarət sistemi olan sistemin avtomobildə 4 düz polad panel antenası var. Bu antenalar 360° bucaq altında maşının ətrafını müşahidə altında saxlayır. Hər hansı bir silahdan atəş edildikdə, daxili kompüter gələn silahın yaxınlaşma bucağını tapır. Yaxınlaşan silah tam müəyyən edildikdən sonra, kompüter təxmini vaxtı və onu təsirsiz hala gətirmək üçün lazım olan bucağı hesablayır. Avtomobilin hər iki tərəfində növbə ilə işləyən rampalar var.
Troitsk
Troitsk — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Tromp
Tromp (fr. Trompe - ov buynuzu, boru) ― konusun bir hissəsi şəklində konkav səthdir. Kvadrat kəsişməli və dörd dayaqlı tağlı çarpaz günbəzli bir tikilidən günbəzin silindrik tamburunun əsasına keçid təmin edən bir struktur elementidir. Kəsişmənin künclərindəki dörd tromp günbəzin və ya qüllənin ağırlığının yenidən bölüşdürülməsini təmin edir: fənər, künc dayaqlarında tiburium. Ərəb və İspan-Məğrib memarlığında tromplar pilləli niş şəklində əmələ gəlir və onlara “müqarnalar” və ya “stalaktitlər” deyilir. Tromplar ilk dəfə 8-6-cı əsrlərdə qədim İran memarlığında istifadə edilmişdir. E.ə. və eramızdan sonra Bizans və Zaqafqaziyada istifadə edilmişdirlər. Qədim rus memarlığında tromplar xüsusi bir forma almış və yelkən adlandırılmışdırlar.
Trоgir
Trogir (xorv. Trogir) — Xorvatiyanın Adriatik dənizi sahilindəki Splitskо-Dаlmаtinskаya bölgəsindəki tarixi şəhər və liman şəhəri. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,818 nəfərdir. Tarixi Trogir şəhəri Xorvatiya materiki və Ciovo adası arasındakı kiçik bir adada yerləşir. Split şəhərindən 27 kilometr qərbdə yerləşir. 1997-ci ildə Trogirin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi. 1797-ci ildə Trogir şəhəri Habsburq imperiyasının bir hissəsi oldu. 1806-cı ildən (şəhər İtaliyanın - Napoleon krallığının bir hissəsi idi), 1814-cü ildən Fransanın - Napoleon Bonapartın işğalı altında qaldı. Birinci Dünya Müharibəsi dövründə Trogir şəhəri İtaliya tərəfindən işğal edildi və Dalmasiya İtaliyan qubernatorluğuna daxil oldu. Birinci Dünya Müharibəsindən sonra Trogir şəhəri, daha sonra slovenlər, xorvatlar və serblər ilə birlikdə Yuqoslaviya dövlətinin bir hissəsi oldu.
Trоqir
Trogir (xorv. Trogir) — Xorvatiyanın Adriatik dənizi sahilindəki Splitskо-Dаlmаtinskаya bölgəsindəki tarixi şəhər və liman şəhəri. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,818 nəfərdir. Tarixi Trogir şəhəri Xorvatiya materiki və Ciovo adası arasındakı kiçik bir adada yerləşir. Split şəhərindən 27 kilometr qərbdə yerləşir. 1997-ci ildə Trogirin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi. 1797-ci ildə Trogir şəhəri Habsburq imperiyasının bir hissəsi oldu. 1806-cı ildən (şəhər İtaliyanın - Napoleon krallığının bir hissəsi idi), 1814-cü ildən Fransanın - Napoleon Bonapartın işğalı altında qaldı. Birinci Dünya Müharibəsi dövründə Trogir şəhəri İtaliya tərəfindən işğal edildi və Dalmasiya İtaliyan qubernatorluğuna daxil oldu. Birinci Dünya Müharibəsindən sonra Trogir şəhəri, daha sonra slovenlər, xorvatlar və serblər ilə birlikdə Yuqoslaviya dövlətinin bir hissəsi oldu.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Froot
Froot — Uels müğənnisi Marina Diamandisin üçüncü studiya albomu. Bu onun Marina and the Diamonds adı altında buraxdığı sonuncu albomudur. Albom 3 aprel 2015-ci ildə işıq üzü görüb.
Trogir
Trogir (xorv. Trogir) — Xorvatiyanın Adriatik dənizi sahilindəki Splitsko-Dalmatinskaya bölgəsindəki tarixi şəhər və liman şəhəri. Əhalisi 2021-ci il siyahıyaalma məlumatlarına görə 10150 nəfərdir. Tarixi Trogir şəhəri Xorvatiyanın əsas hissəsi ilə Ciovo adası arasındakı kiçik bir adada, Split şəhərindən 27 kilometr qərbdə yerləşir. 1997-ci ildə Trogirin tarixi mərkəzi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi. == Tarixi == 1797-ci ildə Trogir şəhəri Habsburq imperiyasının bir hissəsi oldu. 1806-cı ildən (şəhər İtaliyanın — Napoleon krallığının bir hissəsi idi), 1814-cü ildən Fransanın — Napoleon Bonapartın işğalı altında qaldı. Birinci Dünya Müharibəsi dövründə Trogir şəhəri İtaliya tərəfindən işğal edildi və Dalmasiya İtalyan qubernatorluğuna daxil oldu. Birinci Dünya Müharibəsindən sonra şəhər Yuqoslaviya dövlətinin bir hissəsi oldu. İosip Broz Titonun partizanları 1944-cü ildə şəhəri ələ keçirdilər.
I Trdat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.