Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tural-Turan
TuralTuranX (30 oktyabr 2000, Zaqatala) – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Haqqında == Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar. 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər.
Turdaş
Turdaş — Rumıniyada neolit dövrünə aid arxeoloji mədəniyyət. Tapıldığı eyni adlı kəndin adı ilə adlandırılmışdır. Turdaş mədəniyyəti tayfaları ibtidai əkinçilik və maldarlıqla məşğul olmuş, koma və qazmalarda, sonralar yürüstü evlərdə yaşamışlar. Mikrolitlər, daş baltalar, mis əşyalar və gil qablara təsadüf edilmişdir. Ölülər yaşayış yerində dəfn olunmuşdur. Məskənlərin birində (Tartariya) üzərində şumerlərdən əvvəl Mesopotamiyada mövcud olmuş yazı işarələri olan 3 gil lövhə tapılmışdır.
Turfan
Turfan (uyğ. تۇرپان, çin. sadə. 吐鲁番, pinyin: Tulufán) — Çinin Sinzyan-Uyğur Muxtar Rayonunda şəhər dairəsi. Ərazisi — 69,3 min. km². Dairənin hökuməti Qaoçan rayonunda yerləşir. == Relyefi == Qərbində Toksun bölgəsi, şimalqərbində Urumçi şəhəri, şimalında Jimisar bölgəsi və Quçung bölgəsi, şərqində Piçan bölgəsi, şimalında Lopnur bölgəsisi ilə həmsərhəddir. == Qəsəbə və kəndləri == Turfan şəhəri, iki məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), yeddi çöl qışlağı (乡 xiāng) və üç özəl çöl qışlağı (虚拟乡) kimi məntəqələrdən ibarətdir. == Coğrafya və İqlim == Turfan şəhəri Turfan hövzəsinin şimal kənarında qurulmuş, hövzənin ən çuxur yerində Ayding gölü, dəniz seviyəsindən 154,50 metr dərinlikdə olan bölgədə yerləşir.
Turnik
Turnik bədii gimnastika sahəsində kişi gimnastları tərəfindən istifadə edilən bir aparatdır. Əsasən bədənin üst hissəsidəki əzələ qrupları üçün nəzərdə tutulur. Ənənəvi olaraq silindrik bir metal (adətən polad) ibarətdir ki, bu da möhkəm şəkildə yuxarıda tutulmuş və mərtəbələrə paralel bir kabellər sistemi və sərt şaquli dəstlərdir. Gimnastlar çıxış edərkən adətən dəmir dəri tutacaqlar olur. Hazırkı elit səviyyəsində rəqabət qadınların qeyri-bərabər və kişilərin paralel dəmir aparatında istifadə olunan relslərə bənzər daha elastik fiberglas əsas dəmirdən istifadə edilir. Horizontal çubuğunda yerinə yetirilən gimnastika elementləri bir Qaydalar Məcəlləsi ilə tənzimlənir. Üfüqi çubuq, gimnastika dövründə gimnastlar tərəfindən nümayiş etdirilən gərginliklər və möhtəşəm hava yayımları və səpilmələri zamanı tez-tez birdən çox sürüşmə və ya bükülməni və bəzi hallarda havada səyahət etmələri səbəbindən ən maraqlı gimnastika tədbirlərindən biri sayılır. == Tarixi == Turnikdən ilk dəfə kim tərəfindən nə zaman və harada istifadə olunması məlum olmamaqla bərabər, Qədim Yunanıstanda və Qədim Romada gimnastların turnikdən istifadə etdikləri məlumdur. == Turnikin faydaları == Əzələləri gücləndirir; Bədən yağlarınını yandırılmasına kömək edir; Boyu uzadır; Onurğa xəstəliklərinə müsbət təsir göstərir (sallanma). == Çəkilmə zamanı işləyən əzələ qrupları == Turnik çəkilmənin növündən asılı olaraq biseps, triseps, sinə və kürək əzələlərini inkişaf etdirir.
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. == Tarixi == Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən Türkan qəsəbəsinin 11.3 min nəfər əhalisi vardır.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı.DigərTupak (Əbyəlil) — Rusiyada kənd.
Turac
Turac (lat. Francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. Əsl turanlılar Turun nəslindən gələn Türk bir qəbilədir. Turanın adı buranın ilk xaqanı olan Tur Kağanın adı ilə bağlı ola bilər (Tur xan-x=Turan) Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olur. Tarixi İran-Turan müharibələrində Əfrasiyab (Alpərtonqa) Turan imperatoru (xaqanı) olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. == İstinadlar == == Mənbə == "Qırğız tarixi. Ensiklоpediya" Bişkek 2003 "Mаmlekettik til cаnа entsiklоpediya bоrbоru" "İ.Аrаbаev аtındаğı Kırgız mаmlekettik Pedаgоgikаlık universiteti" "Bаşkı red.
Turia
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi.Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi. == Mənbə == Erdkamp, Paul, ed.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Tüvik
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. == Təsviri == Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib. == Həyat tərzi == Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır.
Tırva
Tırva (est. Tõrva: qatran) — Estoniyanın cənubundaki Valqamaa bölgəsinin şəhər. Tırva yaxınlığında Helm qəsrinin qalıqları saxlanılır. Əhali sayı 2736 nəfərdir (2012). 1950-1959-cu illərdə Tırva eyniadlı rayonun mərkəzi idi.
Arxiyepiskop Turyan
Arxiyepiskop Leon Turyan (ing. Leon Tourian) ABŞ-dakı Erməni Apostol kilsəsinin Şərgi Yeparxiyasının Priması (Primate (bishop) olub, 24 dekabr 1933 – cü ildə Nyu-Yorkda siyasi rəqibləri tərəfindən qətlə yetirilib. == Bioqrafiyası == Qevont Turyan 1879 – cu il yanvarın 1-i İstanbulda anadan olub. 1931 – ci ildə Nyu-Yorka təyinat almamışdan əvvəl Turyan İzmirin arxiyepiskopu olub, həmçinin İstanbulda, Yunanıstanda, Bolqarıstanda və Britaniyada erməni kilsələrində çalışıb. Arxiyepiskopun öldürülməsinə səbəb olan insident iyulun 1-i 1933 – cü ildə Çikaqoda (ABŞ) keçirilən "Təkamül əsri" sərgisində erməni pavilyonunda baş verib. Belə ki, səhnədə duaya başlamamışdan əvvəl Turyan səhnədə olan Ermənistan Demokratik Respublikasının üç rəngli bayrağının yığışdırılmasına göstəriş verib. Arxiyepiskopun fikrincə onun bu bayrağın yanında durması Sovet Ermənistanının hakimiyyəti ilə erməni kilsəsinin münasibətlərini korlaya bilərdi. Çünki erməni kilsəsinin mənəvi mərkəzi olan Eçmiadzin (Üç Kilsə) məhz Sovet Ermənistanında yerləşir və qərbdəki erməni kilsəsi Sovet hakimiyyəti ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Lakin Daşnaksütunun aktiv üzvləri arxiyepiskopun bu hərəkətini satqınlıq kimi gəbul ediblər. Bir müddət sonra Turyan Vuster şəhərində (Massaçusets ştatı) 5 nəfər daşnakın hücumuna məruz qalır.
Hisar Xürvan
Hisar Xürvan (fars. حصارخروان‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 3,949 nəfər yaşayır (1,318 ailə).
Olqa Turova
Olqa Turova (13 mart 1983, Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Olqa Turova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Olqa Turova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Osman Türkay
Osman Türkay (16 fevral 1927, Girnə[d] – 24 yanvar 2001, Şimali Kipr Türk Respublikası) — Əslən Kıbrısdan olan türk mühacir şairi, yazıçısı, tərcüməçisi və publisisti, Ədəbiyyat üzrə Nobel mükafatı nominantı (1988 və 1990) == Həyatı == Osman Türkay 16 fevral 1927-ci ildə Kıbrısın Girne şəhərinin yaxınlığındakı əski adı Kazafona olan Ozanköy qəsəbəsində anadan olmuşdur. O, Mustafa Hasan və Emete Hasanın ailəsində doğulmuşdur. Uşaq ikən atasını itirdiyindən dayısının himayəsində böyümüşdür. 1939-cu ildə ibtidai təhsilini Kazafanada bitirmişdir. Daha sonra Lefkoşada Türk Kişi liseyində, Girnede özəl ingilis məktəbində təhsil almışdır. 1947–1951-ci illərdə "Hürr söz" qəzetində ədəbiyyat və mədəniyyət səhifəsinin aparıcısı olmuşdur. 1951-ci ildə Türkiyəyə gələrək Adanada – İncirlikdə NATO aeroportunda tərcüməçi kimi fəaliyyət göstərmişdir. Yaradıcılığa erkən başla sa da, 1953–1957-ci illərdə Londonda yaşayarkən şeir yazmağa ara verən müəllif, diqqətini dünya poeziyasına, xüsusən də ingilis şeirinə yönəltmişdir. Osman Türkay 1955-ci ildə Londonda Modern Dillər Məktəbinin jurnalistika bölümünü, 1957-ci ildə isə İqtisadi Elmlər Məktəbinin fəlsəfə bölümünü bitirmişdir. 1958-ci ilin sonlarında doğma vətəni Kıbrısa dönən müəllif Lefkoşa şəhərində iki yaxın dostu ilə birlikdə "Beşparmak", "Uyarı" ədəbiyyat dərgilərini çıxarmış, daha sonra "Kıbrıs Türk Sesi" (1962–1963) qəzetinin redaktoru olmuşdur.
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Turgay Baydur
Turgay Baydur (d. 26 yanvar 1984, İstanbul) —Türkiyə kino, teatr və serial aktyoru.
Turqay (çay)
Turqay — Qazaxıstanın Aktübinsk vilayətində və Kostanay vilayətində çay. == Ümumi məlumat == Uzunluğu 825 km-dir. Əsasən qar suyu ilə qidalanır.Qolları İrgiz, Sarıturqay və Kayındı çaylarıdır.
Turqay yaylası
Turqay yaylası— Qazaxıstanın Kostanay vilayətin ərazisində, Cənubi Uralla Muqacarın arasında yayla. == Ümumi məlumat == Ərazinin böyüklüyü, relyefin müxtəlifliyi ölkənin iqliminə güclü təsir edir. Subtropik və mülayim qurşağın kəskin kontinental tiplərinin səciyyəvi olduğu bu ölkədə sutkalıq və illik temperatur amplitudası çox böyükdür. Qış ayları üçün orta temperatur -14, yay üçün isə 26 götürmək olar. Yağıntının illik miqdarı 100 mm-dən (qərb rayonlarında) 300 mm-dək (ölkənin şərqi) dəyişir. Qar örtüyü 20 sm-dən çox olmur. Ölkənin cənubunda yaz əkinləri başlayanda, şimal tərəfdə hələ şaxtalar davam edir.
Turqay çayı
Turqay — Qazaxıstanın Aktübinsk vilayətində və Kostanay vilayətində çay. == Ümumi məlumat == Uzunluğu 825 km-dir. Əsasən qar suyu ilə qidalanır.Qolları İrgiz, Sarıturqay və Kayındı çaylarıdır.
Turqay Şeren
Turqay Şerən (t.a Türkay Sabit Şerən; d. 15 may 1932, Keçiörən, Ankara, Türkiyə; ö. 7 avqust 2016, İstanbul, Türkiyə) — Türk futbolçu; baş məşqçi; futbol şərhçisi və idman meneceri. Qapıçı mövqeyində iştirak edən futbolçu, bütün futbol karyerasını Qalatasarayda keçirib. 1932-ci ildə anadan olan Şeren, Qalatasarayın A komandasında oynadığı zaman, ilk matçını 1949-50 mövsümündə oynayıb. 1954-55, 1955-56 və 1957-58 mövsümlərində İstanbul Peşəkar Liqası, 1961-62 və 1962-63 mövsümlərində Milli Liqa, 1962-63, 1963-64 və 1965-66 mövsümlərində Türkiyə kuboku çempionu olub. Karyerasının bir çox hissəsini Qalatasarayda keçirən Şerən, 1966-67 mövsümünün sonuna qədər burada oynadı. Bu müddətdə 369-u liqa olan, 405 rəsmi matçda iştirak edib. Futbolçu karyerasını sona çatdırdıqdan sonra, rəsmi matçlarında nəzərə alınması nəticəsində klub tarixinin ən çox matçda iştirak edən futbolçusu oldu. Sonralar bu titulu başqa futbolçular daşıdı.
Turxan Allahverdiyev
Turxan Rəsul oğlu Allahverdiyev (5 aprel 1996, Gədəbəy rayonu – 12 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turxan Allahverdiyev 5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 2002-ci ildə Gədəbəy rayonunun Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2013-cü ildə məktəbi bitirib. == Hərbi xidməti == Turxan 2014-cü ilin Aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) göstərib. 2015-ci ilin oktyabr ayında tərxis olub. Turxan 2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçusu kimi xidmət edib. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanır.