Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Una pikləri
Una pikləri (ing. Una's Tits) — Antarktik yarımadasında, Lemeir boğazı keçidində yerləşən iki bazalt qaya. Zirvələri buzla örtülü olan bu qayaların digər adı Unanın döşləridir. Əksər naviqasiya xəritələrində bu addan istifadə olunmur. Zirvələr Böyük Britaniyanın Antarktika ərazilərinə aiddir. Una piklərinin digər alternativ adı -Renard burnudur (ing. Cape Renard). Una Folklend adalarından olan gənc qız idi. Məhz britaniyalıların ekspedisiyası zamanı o araşdırmaçılara xidmət etmiş və kollektivdə olan yeganə qadın idi. Buna görə də, bu iki qayanı onun şərəfinə belə adlandırmışlar.
Una Milli Parkı
Una Milli Parkı (bosn. Nacionalni park Una) — 2008-ci ildə Bosniya və Herseqovinada qurulan milli park. Milli park Bosniya və Herseqovinanın ən yeni qurulan milli parkıdır. Milli parkın içindən keçən və çirklənməyən Una və Unaç çaylarını qorumaq üçün təşkil olunmuşdur. Milli park Krka çayının mənbəyinin qərb sahili boyunca uzanır. Bosniya və Herseqovinanın Xorvatiya ilə sərhədində Una çayı ilə, Martin Brod şəhəri yaxınlığında isə Unaç çayı ilə birləşir. Milli parkın şərqində, Drvar şəhərinin yaxınlığında Unaç çayı öz kanyonuna daxil olur. Milli parkdakı şəlalələr diqqət çəkir. Ən məşhur şəlalələr Ştrabaçki şəlalələridir. Milli parkda ziyarətçilər salçılıq, balıqçılıq, velosiped idmanı, yürüyüş ilə məşğul ola bilərlər.
Una çayı (Sava)
Una çayı (xorv. Una) — Xorvatiya və Bosniya və Herseqovina ərazisindən axan çay. Una çayı Sava çayınım sağ qolunu təşkil edir. Uzunluğu 212 km, orta su sərfiyyatı 202 m³/s-dir. Una çayı öz başlanğını Xorvatiyadan, Strajbenis dağlarının şimal-şərq hissəsindən götürür (Dinar öndağlığı). Mənsəb Knin şəhərindən şimalda qərarlaşır. Buradan çay şimala doğru istiqamətlənir. Bosniya və Herseqovina ərazisinə keçdikdən sonra Bixaç şəhər rayonu ərazindən isə şimal-şərqə istiqamətlənir. Bosanski-Novi şəhərindən yuxarıda Bosniya və Herseqovina və Xorvatiya sərhədindən keçir. Buradan Una çayı sərhəd çayına çevrilir.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
BNA
Bakı Nəqliyyat Agentliyi — publik hüquqi şəxs statusunda Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edən dövlət şirkəti. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmışdır. Azərbaycan Prezidentinin 7 fevral 2022 tarixli fərmanına əsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir. Azərbaycan Prezidentinin 19 aprel 2023-cü il tarixli fərmanı ilə ləğv olunaraq əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilmişdir. == Tarixi == Bakı şəhərində nəqliyyat sahəsində idarəetməni tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs statusu verilmişdir. Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. == Məqsədi == Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Ena
Ena (恵那市, Ena-shi) — Yaponiyanın Çubu regionunun Tono hissəsində, Gifu prefekturasında yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 51.087 nəfərdir, hər km² ərazidə 110 nəfər yaşayır. Şəhərin sahəsi 504,19 km²-dir. Şəhər əslində 1 aprel 1954-cü ildə yaradılmışdır, amma 2004-cü ilin 25 aprelində Ena şəhərinə Aketi, İvamura, Kamiyahaqi və Yamaoka şəhərləri və Kusihara kəndi (hamısı keçmiş Ena qəzasının tərkib hissəsi idilər) birləşdirilmişdir. Beləliklə, yeni Ena şəhəri yaradılmışdır. == Coğrafiya == Dağlar: Kasaqi dağı, Hoko dağı, Yudaçi dağı, Byobu dağı, Yake dağı, Mitsumori dağı. Çaylar: Kiso çayı, Aqi çayı, Kamiyahaqi çayı, Kamimura çayı, Aketi çayı, Toki çayı, Ori çayı. Göllər: Hokonoko gölü, Aqiqava gölü, Okuyohaqi gölü, Oriqava gölü. === Bölgələr === == Tarixi və görməli yerləri == Ena şəhərindəki əsas tarixi və görməli yerlər bunlardır: Hirosiqe İncəsənət Muzeyi, Ena qobusu, Aqiqava su bəndi, İvamura qalasının qalıqları, Yahaqi su bəndi, Monqol kəndi.
ONA
ONA (ing. Original net animation, Orijinal Şəbəkə Animasiyası) və ya Yaponiyada tanınan adı ilə Veb Anime (Web(ウェブ)アニメ, Webu Anime) — anime serialların xüsusi formatı. Bu tip animelər telekanallarda yox, rəsmi olaraq internetdə nümayiş olunur. Treyler və anonslar məhz ONA formatında buraxılır, lakin bəzi animelər yalnız bu halda olur. Məsələn, "Nyoron Churuya-san" animesi Kadokawa Shoten tərəfindən YouTube-da buraxılır. Otakuların yaratdığı və internetdə yaydığı animasiyaları da hərdən ONA-ya aid edirlər. ONA adi anime seriyasından qısa olur və bəzən cəmi bir neçə dəqiqə davam edir.
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
UNO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
USA
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Ufa
Ufa (rus. Уфа; başq. Өфө) — Rusiya Federasiyasında yerləşən şəhər.Başqırdıstan Respublikasının paytaxtı.
Unqa
Unqa adası (ing. Unqa, aleut. Uĝnaasaqax) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Yerli əhalisi aleutlar olmuşdur. Hal-hazırda adada yaşayış yoxdur. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarının ən böyüyüdür. Sahəsi 442,188 km²-dir buda onu ABŞ-nin 35-ci ən böyük adası edir. İrkutsk taciri İvan Beçevin tərəfindən təşkil edilən 1760-1762-ci illərdə balıq ovu ekspedisiyasının üzvləri tərəfindən kəşf edilmişdir. 1827-ci ildə rus səyyatı İvan Kruzenşternin hesabatında qeyd edilir. Yepiskop İnnokenti “Unalaşkinski departamentinin adaları haqqında qeydlər” əsərində adanı bu adla qeyd etmişdir.
Upa
Upa — Xızı rayonunda bir kənd. Kənd qədim tarixə malikdir. Məşhur Azərbaycan şairi Cabir Novruz bu kənddə dünyaya gəlmişdir.
Ura
Ura, 20-ci əsrin ortalarından bəri Birləşmiş Ştatların Dəniz Qoşunlarında geniş yayılmış bir döyüş harayıdır . Bu Amerika Birləşmiş Ştatları Ordusundakı Hooah və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrində, ABŞ Hərbi Dəniz Qüvvələrində və ABŞ Sahil Mühafizəsindəki Hooyahla müqayisə edilə bilər. "Ura" sözünün yarandığı bir neçə potensial qaynaq var. Türkcə / Monqolca: Termin Osmanlı türkcəsinin "vur" kimi tərcümə olunan "vur ha" ifadəsindən və ya "irəli" mənasını verən monqolca "urax" sözündən götürülmüş ola bilər. Osmanlı İmperiyası ordusunun döyüş fəryadı olaraq istifadə edilirdi və Rus döyüş fəryadı "ura" olaraq uyğunlaşdırılmışdır Jan Paul Rou görə "Hurray" sözü orta əsrlərə qədər işlədilən Qədim türkcədən gəlir. Türklərin Tarixi kitabında yazır: "Məsələn, düşmənlərinə hücum edərkən (Türklər)" Gəl, vur! "Mənasını verən" Ur Ah! "Qışqırırdılar (müasir türk dilində" Vur Hadi! ")) Sonra bu nida Qərbdə "Hurray!" — a çevrilmişdir. Fərq türk dilindəki fonologiyada diaxronik dəyişikliyi və şifahi istifadəni göstərir.
Uxa
Uxa (rus. Уха) — rus balıq şorbası.
Muna
Muna (albom) — ABŞ indi-pop musiqi qrupu "Muna"nın üçüncü studiya albomu. Muna çayı — Lena çayının sol qolu.
Urna
Urna - kremasiya olunmuş meyitin külü saxlanılan hermetik xüsusi qab. Urnalar vazaların bir növü hesab olunur. Üzərində qapağı olan, yuvarlaq gövdəli və bəzi hallarda ayaqlı postamentə malik olan urnalardan insan küllərinin saxlanılmasında geniş istifadə edilməkdədir. Termin daha çox dəfn mərasimlərində istifadə olunan qablar kimi çıxış etsə də, başqa kontekslərdə də istifadəsinə rast gəlinməkdədir. Urnalardan bəzək əşyası kimi də istifadə halları mövcuddur.
Uva-ursi uva-ursi
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368–1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. == Mənbə == Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Enes Ünal
Enes Ünal (d. 10 may 1997; Bursa, Türkiyə) — hücumçu mövqeyində çıxış edən Türkiyəli futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən AFC Bournemouth komandasının futbolçusudur. Debüt oyununa 16 yaş 107 gün olan zaman, Bursasporun heyətində çıxan Enes Ünal, həm də 2015-ci ildən etibarən Türkiyə yığmasının formasını geyinir. == Həyatı == Enes Ünal 10 may 1997-ci ildə Türkiyənin Bursa ilinin Osmanqazi ilçəsində anadan olub. Onun atası Mesut Ünal, "Bursaspor"un sabiq futbolçusudur. == Karyerası == === Bursaspor (2013-2015) === === Genk (2015-2016) === === NAK Breda (2016) === === Tvente (2016-2017) === 2016-cı il 23 iyulda "Mançester Siti" komandası Enes Ünalı, Hollandiya Erediviziyasında çıxış edən "Tvente" komandasına icarəyə verdi. O, "Tvente" komandasının heyətində birinci qollarını, 2016-cı il 21 avqustda "Qroninqen" komandasına qarşı baş tutan oyunda vurdu. "Tvente" komandasının 4:3 hesablı qələbə qazandığı oyunda Enes Ünal, 23, 26 və 39-cu dəqiqələrdə qol vurdu. Ümumi olaraq isə Enes Ünal, mövsüm ərzində "Tvente" komandasının heyətində 33 oyuna çıxdı və 19 qol vurdu.
Geyik Ana
Hermione luna
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.