Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krokoit
Krokoit Pb [CrO4] — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – tünd narıncı-qırmızı; Mineralın cizgisinin rəngi – narıncı-sarı; Parıltı – almaz, azacıq yağlı; Şəffaflıq – yarımşəffaf; Sıxlıq– 5,9-6,1; Sərtlik – 2,5-3,0; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: vertikal cizgili prizmatik, bəzən itiromboedrik, iynəvari; uzunluğu 10 sm-ə çatan iri kristalları məlumdur; Mineral aqreqatları: druzalar, nazik kristallik qabıqlar, qaysaqlar, çubuqvari, nadir hallarda sıx dənəvər əmələgəlmələr, püruzlar. == Mənşəyi və yayılması == Xromlu süxurlar içərisində yerləşən qurğuşunsaxlayan yataqların oksidləşmə zonasında əmələ gələn ekzogen mineraldır. Birlikdə rast gəldiyi minerallar: qalenit, serussit, piromorfit, vulfenit, vanadinit, hötit, hidrohötit, kvars və b. Mineralın tapıldığı yerlər: Beryozov yatağı (Rusiya); Dundas (Tasmaniya adası); Avstraliya; Luson adası (Filippin); Braziliya və b. Azərbaycanda Katex kolçedan-polimetal və Ağyataq civə yataqlarında tapılmışdır. == Tətbiqi == Nadir hallarda rast gəldiyi üçün praktik əhəmiyyəti yoxdur. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.