Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiçik Ulukul
Kiçik Ulukul — Ufa şəhərinə daxil olan Kirov rayonu Ataevka kəndi, Ataevskaya küçəsinin şimalında yerləşir. == Ədəbiyyat == Синенко С. Г. Уфа старая и новая. — Уфа: Государственное республиканское издательство «Башкортостан», 2007. — 272 с. — 3000 экз.
Arakül
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Aruküla
Aruküla (est. Aruküla) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər.
Orakul
Orakul (lat. oraculum, "danışıram, diləyirəm" mənalarını verən oro sözündən əmələ gəlir) — antik dövrdə ən çox yayılmış fal forması. O, inananların istəyi ilə tanrı adından orakul adlandırılan kahin tərəfindən gələcək haqqında xəbər verməkdən ibarət idi. Daha geniş mənada, orakul həm xəbərin elan olunduğu yer və həmin xəbərin mətni demək idi. Müasir dildə orakul gələcəkdən xəbər verən və həmçinin hər fikiri danılmaz həqiqət və vəhy olan insana deyilir. == Mənşəyi == Delfiyalı pifiya xaricində bütün qədim orakullar kişi cinsinə aid idilər. Tarixçilər orakulların Qədim Yunanıstana Qədim Şərqdən gəldiyini iddia edirlər, çünki oxşar falçılıq yerləri Mari, Assuriya və Qədim Misir şəhəri olan Butoda mövcud idilər.Herodotun yazdığına görə, Qədim Yunanıstan orakullarından ən qədimi Epir regionunun Dodona şəhərində yerləşirdi. Ora yunanların Elladaya gəlməsindən əvvəl yarandığı güman edilir və ehtimala görə, əvvəl bura yunan ənənəsində yer tanrıçası Geya olaraq təfsir edilən Ana Tanrıçasının müqəddəs yeri idi. Göründüyü kimi, qədim orakkuların hamısı kimi ora da xtonik kultu ilə əlaqəli idi, çünki kahinlər gələcək haqqında xəbərləri müqəddəs palıd yarpaqlarının xışıltısından verirdilər. Herodot başqa orakullardan də bəhs edir.
Turtkul
Turtkul (özb. To‘rtko‘l, Тўрткўл, qaraq. Tórtkúl, Төрткүл, Petro-Aleksandrovsk) — Qaraqalpaqıstanda (Özbəkistan) şəhər, Turtkul rayonunun inzibati mərkəzi (tuman). Amudərya çayının sağ sahilində yerləşir. == Tarixi == 1873-cü ildə Amudərya çayının sağ sahilinin Xivə xanlığından Rusiyaya keçməsi ilə, Xivə qalasının yerində Turtkul, Rusiya imperiyasının Sırdərya bölgəsinin bir hissəsi olaraq Petro-Aleksandrovsk şəhəri (əslində-Petro-Aleksandrovskoye istehkamı) meydana gəldi. Petro-Aleksandrovsk istehkamı, Türkistan Hərbi Dairəsinin Amudərya şöbəsi rəisinin iqamətgahı oldu. Şöbənin rəisi Amudəryanın Xiva tərəfində araq istehsalının qadağan edilməsi və Rusiya tərəfinə qaçaqmalçılığı, habelə soyğunçuluq, mal-qara oğurluğu üçün çayı keçən quldurların axtarılması və cəzalandırılması kimi məsələlərdə Xivə xanı ilə yazışmalar aparırdı.Petro-Aleksandrovsk rayon şəhərinin gerbi, 21 aprel 1909-cu ildə, Sırdərya bölgəsinin digər gerbləri ilə birlikdə təsdiq edildi. "Qara zəmidə qırmızı qalxanın üstündə 3 üzüm salxımı ilə müşayiət olunan 3 qülləsi və açıq qapıları olan gümüş qala divarı var. Kəhar hissədə Sırdərya bölgəsinin emblemi var. Qalxan Aleksandr lenti ilə bağlanmış və gümüş divar tacı ilə örtülmüş qızıl üzüm budaqları ilə əhatə olunmuşdur.
Furunkul
Furunkul - tək tük kisəsinin və yaxın piy vəzinin kəskin irinli nekrotik iltihabıdır. Nekrozlu iltihab genişlənib, ətraf birləşdirici toxumanı əhatə edir. Furunkulun əsas törədicisi qızılı stafilokoklardır. Qadınlara nisbətən kişilərdə dəri tük örtüyü güclü olduğu üçün onlarda furunkul daha çox müşahidə edilir. Furunkul bədənin hər bir tüklü yerində əmələ gələ bilər, lakin daha çox boyunda, kürəkdə, sağrıda, beldə, üzdə törənir. Şəxsi gigiyena tələblərinə əməl olunmaması, alimentar çatışmazlıq, şəkər mübadiləsinin pozulması irintörədici mikrobların inkişafına şərait yaradır. Dəri örtüyünün kobud sürtülməsi, sıyrıntılar, bəzən piy vəzilərinin axarı infeksiya qapısı rolunu oynayır. İnfeksiya qapısından dəriyə daxil olan irintörədici mikroblar furunkulun yaranmasına səbəb olur. == Klinik gedişi == Furunkulun kliniki gedişi biri digərini əvəz edən 3 mərhələdə gedir: infiltrat ocağının yaranması; irinli nekrotik közün törənməsi və xaric olması; irinli ocağın çapıqlaşması;İltihabi infiltratın böyük, irinli nekrotik közün isə nisbətən kiçik olması furunkulun kliniki xüsusiyyətidir. Tük kisəsindən mikroblar dərinin məməvari hüceyrələrinə yayıldıqda iltihab infiltratı əmələ gəlir.
Rukel
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Rumul
Rumul (fr. Roumoules, oks. Romolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04172. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 722 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Rutul
Rutul — Rusiya Federasiyasının Dağıstan Respublikasında kənd, Rutul rayonunun inzibati mərkəzi.
Rükəl
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Ürkün
Ürkün (qırğ. Үркүн) — 1916-cı ilin iyulun 30-da Qırğızıstan ilə Çin sərhədinin yanında yerləşən Bedel aşırımında baş verən hadisə. Bəziləri onu qırğız xalqına qarşı törədilən soyqırım olduğunu hesab edir. Həlak olanların sayı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəziləri iddia edir ki, ölkənin şimalında yaşayan əhalinin təxminən yarısı öldürülüb. Brüs Pannyer ehtimal edir ki, ölənlərin sayı 100000-dan çoxdur. Rusiyanın bəzi mənbələri iddia edir ki, hadisənin nəticəsində 3000-ə yaxın adam ölüb.Ürkün haqqında kitabın müəllifi olan tarix professoru, Tınçtıkbek Çoroteqinin fikirinə görə, üsyanın səbəbi Boris Stürmer buraxdığı hərbi xidmətə çağırış idi: Fərman 1916-cı ilin iyunun 25-də verilib. O, əvvəl hərbi xidmətdən azad olan qeyri-rus əhalisi olan bir sıra vilayətlərdən 19-43 yaş arasında olan kişiləri xidmətə çağırıb.Rusiya imperiyasının hissəsi olan Qərbi Türkistandan sağ qala bilən on minlərlə qırğız və qazax Çinə qaçmağa məcbur oldular. Tyan-Şan dağlarda 3 kilometr uca olan dağ keçidlərində onlar minlərcə həlak oldular. == Tarixi qiymət verilməməsi == Ürkün Sovet vaxtı dərsliklərində qeyd olunmamış, məsələ ilə bağlı monoqrafiyalar Sovet çap evlərindən götürülmüş.
Trekul yukkası
Trekul yukkası (lat. Yucca treculeana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır (Texasdan Şərqi Meksikaya qədər). == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər, oduncaqşəkilli, zəif şaxələnmiş, yavaş böyüyən həmişəyaşıl növdür. Gövdəsi düz, ağımtıl rəngdədir. Yarpaq rozetləri ilə qurtaran budaqlı balaca ağacdır. İynəyarpaqları 30 dərəcəlik bucaq altında düzünə, dairəvi şətir əmələ gətirir. Mavi-yaşıl rəngli düz və ya bir az əyilmış yarpaqları sıx rozetlərə yığılmışdır. Sıx yerləşmış yarpaqları qılıncşəkilli, uzunluğu 120 sm-ə qədər, ortasında eni təxminən 7-9 sm olub, bünövrəsində tərəf ensizləşir. Yarpaqları dərili, hər iki tərəfdən çıxıntılı, xətvarıdır, tünd-yaşıl rəngdədir, uzunluğu 60-80 sm, süpürgə oxu çılpaqdır.
Uzunkul gölü
Uzunkul gölü (başq. Узункуль) — Başqırdıstan Respublikası Uçalı rayonu ərazisində, Cənubi Uralda, Uzunkul kəndi yaxınlığında yerləşən göl. Rusiyanın Xüsusi Qorunan Təbii Ərazilərindən olan Kulbaş bataqlığı Uzunkul gölü şimal hissəsisəndən başlayır. Taşyar dağından (545,3 ) şərqdə yerləşir. Göldə çoxlu sayda balıq növü yaşayır. Balıqların sayı balıqçılıq sənayesinin inkişafı üçün yetərlidir.
Ruku
Ruku - qurşaq təzimi də adlanır. Namazda rukuya getmək o deməkdir ki, normal halda ayaq üstə əllər dizlərə çatana qədər olan vəziyyətdə qalmaq. Namaz qılan, hər rük'ətdə qiraətdən sonra barmaqlarının ucu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir.Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur.Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn, sola və sağa əyilsə, əlləri dizlərə qoysa da, səhih deyildir.Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn, bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn, qolu çox uzun olur və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından daha aşağıda olur və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal səviyyədə əyilməlidir.Oturaq halda rüku edən şəxsin, üzü dizlərinin müqabilinə yetişincəyə qədər əyilməsi lazımdır. Amma üzü səcdə yerinə yaxınlaşıncaya qədər əyilməsi daha yaxşıdır.Normal halda, rükuda üç dəfə Subhanəllah və ya bir dəfə Subhanə rəbbiyəl-əzimi və bihhəmdih deməsi daha yaxşıdır. Zahir budur ki, rüku zamanı, bu miqdarda olan hər zikri söyləmək kifayətdir. Amma əgər vaxt dar olur və ya məcburiyyət qarşısında qalırsa, bir dəfə Subhanəllah deməsi kifayətdir.Rükunun zikri, gərək ardıcıl surətdə və ərəbcə düzgün deyilsin.
Amsar (Rutul)
Amsar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. Kənd əhalisinin sayı 460 nəfərdir (2010). 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Erkül Puaro
Erkül Puaro (fr. Hercule Poirot) — ingilis yazıçısı Aqata Kristi tərəfindən yaradılmış ədəbi personaj, belçikalı detektiv, 1920–1975-ci illərdə yazılmış 33 roman, 51 hekayə və 1 pyesin, onlar əsasında çəkilmiş film, teleserial, teatr və radiotamaşaların baş qəhrəmanı. Erkül Puaro detektiv ədəbiyyatının sevilən personajlarından biridir. O, "Üç pərdəli faciə" əsərində öldürülmüşdür, lakin oxucular onu çox sevdiyi üçün bu əsər çox satılmır.
Mişleş (Rutul)
Mişleş — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Rekul-Prevenkyer
Rekul-Prevenkyer (fr. Recoules-Prévinquières, oks. Recolas-Previnquièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12196. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1195 nəfərdən (15-64 yaş) 870 nəfəri iqtisadi cəhətdən fəal, 325 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 70.6%) idi.
Rutul dili
Rutul dili (rutulca: мыхIабишды чIел – mıx'abişdı ç'el) Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biridir. Azərbaycanda əsasən Şəki və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən rutul kəndlərində işlənilir. Danışanların sayı 40 min nəfərə yaxındır. Rutul dili Dağıstanın rəsmi dillərindən biri sayılır. Bu dildə yazı 1990-cı ildə yaransa da, ədəbi dil hələ də inkişaf mərhələsindədir. Dağıstanda orta məktəblərdə öyrənilir, həm pedaqoji texnikumlarda, həm də ali məktəblərdə ixtisas kimi tədris olunur. Rutul dilində "Rutul xəbərləri" qəzeti nəşr olunur, gündəlik 30 dəqiqəlik radio verilişi və aylıq televiziya verilişi yayımlanır. Rutul dilinin 5 ləhcəsi vardır: ədəbi dilinin bünövrəsi olan Muxad, həmçinin Şinaz, Müxrək, İxrək və Borç-Xnov. Son iki ləhcə saxur dilinə yaxın olan cənub-qərb qrupuna daxildir, qalanları isə buduq və qrız dilinə oxşar şərq qrupuna. Azərbaycanda danışılan ləhcələr üzrə ciddi tədqiqat aparılmayıb.
Rutul memarlığı
Rutul memarlığı — yaşayış məskənlərini çətin keçilən yerlərdə quran rutulların ənənəvi memarlığıdır, çünki tez-tez baş verən müharibələr və düşmən basqınları onları müdafiələrini gücləndirmək üçün qala divarları, xəbərdaredici və müdafiə qüllələri tikməyə məcbur etmişdi. == Rutulların ənənəvi yaşayış məskənlərinin tarixi == ən erkən — yüksək daş sütunlar üzərində ucaldılmış, köməkçi tikililərdən ayrı duran bir mərtəbəli və ya bir otaqlı tikililər; həyəti və yardımçı tikililəri olmayan iki mərtəbəli tikililər; kiçik açıq həyəti olan bir mərtəbəli və ya iki mərtəbəli ev, burada təsərrüfat və yardımçı otaqlar . === Orta əsr yaşayış məskənləri === L. İ. Lavrovun fikrincə, erkən orta əsrlərdə Şərqi Qafqazda (Cənubi Dağıstanda) əsas yaşayış növü daş tikili, Şimali Qafqazın Xəzər dənizinə qədər dağətəyi ərazilərində isə turlu evlər olmuşdur . M. İ. İlyin qeyd edir ki, " darbazi " tipli tavanlı yaşayış evi paleolit dövrünə aid mağara yaşayış yerlərindən və ibtidai qazıntılardan irəli gələn təkmilləşdirilmiş qazıntı növüdür. Bununla belə, Cənubi Dağıstanın memarlığının heç də bütün materialları dağ evlərinin təkamül yolunun universallığını təsdiq etmir . == Memarlığın inkişafı == Dağlıq ərazilərin məlum təcrid olunması, yaşayış növünün dəyişdirilməsi proseslərinin XIX əsrə qədər orada getməsinə kömək etdi. son dərəcə yavaş və qeyri-bərabər. Bu, bir sıra hallarda müxtəlif vaxtlarda tikilmiş yaşayış binalarını eyni inkişaf mərhələsinə aid hesab etməyə imkan verir. Cənubi Dağıstanda nəinki qala evləri, hətta bir otaqlı yaşayış məskənləri də orijinal formada praktiki olaraq qorunub saxlanmayıb. Yaşayış binasının daha da fərqləndirilməsi evin ən yaşayış yerində (mətbəx, kiler, qonaq otağı, kunatskaya və s.) Ayrı-ayrı funksional binaların ayrılması ilə əlaqələndirildi.
Rutul mətbəxi
Rutul mətbəxi (rut. Myhabishdy mutabikh) — rutul xalqının milli mətbəxi; Şimali Qafqazın ən qədim mətbəxlərindən biri. Mətbəxin əsas komponentləri İslam dininin qaydaları və təbii şəraitlə müəyyən edilir: dağ iqlimində quzu, mal əti, quş əti, çay (Samur) balıqları, turş süd məhsulları (pendir, kəsmik), həmçinin rutul mətbəxində meyvə və tərəvəzlər. Ədviyyatlar, eləcə də müxtəlif göyərtilərdən geniş istifadə olunur: cəfəri, vəzəri, yaşıl və qara reyhan, şüyüd, keşniş, isti və ətirli bibər, cilantro, nanə, kərəviz, tərxun, kəvər, yaşıl soğan, sarımsaq, kəklikotu və s. d. == Ənənəvi yeməklər == Acika, pomidor, sürtgəcdən keçirilmiş qırmızı bibər, keşniş, göy güldəfnə və digər ədviyyatlı otlar (təzə və ya qurudulmuş), sarımsaq, az miqdarda süfrə duzu əlavə edilməklə, xəmir kütləsi şəklində dadlı bir ədviyyatdır. Qırts - ət ( yak-atsyd gyrts ), ot ( uk-atsyd gyrts ) və ya kəsmik ilə tort. Qırtsbır - ət, tərəvəz, bitki mənşəli və ya kəsmik ilə doldurulmuş köftələr. Dolma yarpaq (kələm və ya üzüm) və ya tərəvəz (bibər) doldurulmuş yeməkdir. Duguied yamaq - plov.
Rutul rayonu
Rutul rayonu – Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi.
Müqəddəs Məryəm kilsəsi (Ərəkül)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Ərəkül kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyasına tabe olmuş kilsə 1902-1907-ci illərdə Bakının zəngin ermənilərindən olan Makiç Qriqoryanın sifarişi ilə inşa edilmişdir. == Tarixi == Kilsə, Ərəkül kəndindən olan, lakin Bakıda yaşayan zəngin ermənilərdən biri – Makiç Qriqoryanın sifarişi ilə tikilmişdir. 1902-1907-ci illərdə kilsənin inşası üçün 30.000 rubl xərclənmişdir.1960-cı illərdə Horadiz stansiyasından təkrar emal üçün göndərilmiş metal tullantıları arasından bu kilsənin naxışlı zınqırovu aşkarlanaraq Xankəndi Tarix-Diyarşünaslıq Muzeyinə göndərilmişdir. == Memarlıq xüsusiyyətləri == Ərəkül kəndinin qədim mərkəzində inşa edilmiş Müqəddəs Məryəm kilsəsi, digər tikililər arasında effektiv şəkildə seçilir. Kilsənin layihəsi Tbilisidən dəvət edilmiş memar tərəfindən hazırlanmış, lakin, memarın adı sənədlərdə qeyd edilməmişdir. İnteryerlərin işlənməsi üçün isə Bakıdan beş ədəd yunan memar dəvət edilmişdir. Digər işlərin icrasında yerli sənətkarlardan istifadə olunmuşdur.20,5x16 metr ölçülərə malik olan kilsə, planda günbəzli bazilika quruluşuna malikdir. Üçnefli bazilikanın günbəz ilə birlikdə olan hündürlüyü 18 metrə bərabərdir. Günbəz tağlar vasitəsi ilə dörd gözəl pilon tərəfindən saxlanılır.
La Krua-syur-Rudul
La Krua-syur-Rudul (fr. La Croix-sur-Roudoule) — Fransanın cənub-şərqində yerləşən kommuna, Provans-Alp-Kot-d'Azur regionu, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi və Vans kantonuna aiddir. 2015-ci ilin mart ayına qədər kommuna inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye (Nits dairəsi) kantonunun bir hissəsi idi. Kommunanın sahəsi 30,06 km²-dır, əhalisi 94 nəfər (2012) sabitləşmə meyli ilə 86 nəfərdir (2006), əhalinin sıxlığı 3,1 nəfər / km²-dır. == Əhalisi == Kommunanın əhalisi 2011-ci ildə 91 nəfər idi, 2012-ci ildə isə 94 nəfər.Əhali sayı dinamikası: == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 47 nəfərdən (15-64 yaş arasında) 30 nəfəri iqtisadi cəhətdən fəal, 17 nəfər fəaliyyətsiz idi (fəaliyyət göstəricisi 63.8%, 1999-cu ildə 56.4% idi). 30 fəal əmək qabiliyyətli sakindən 27 nəfər (14 kişi və 13 qadın) işləyir, 3 nəfər işsizdir (1 kişi və 2 qadın).