Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae)Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Surikat
Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş yayılmışdır. Əvvəllər Madaqaskarda da rast gəlinib. == Yayılması == Manqustlar fəsiləsinə aid olan surikatlar əsasən ağacların bitmədiyi daha açıq və boş torpaqlarda yaşayırlar. Onları savannalarda və açıq düzənliklərdə tapmaq olar. == Təsviri == Surikatlar kiçik manqustlara aid olduğundan onların çəkisi 700-750 qramdır. Surikatın başı ilə birlikdə bədəninin uzunluğu 25-35 sm, quyruğunun uzunluğu isə 17,5-25 sm olur. Surikatların diş formulu belədir: I 3 3 C 1 1 P 3 3 M 2 2 , {\displaystyle I{3 \over 3}C{1 \over 1}P{3 \over 3}M{2 \over 2}\,\,,} (burada I {\displaystyle I} - kəsici dişlər, C {\displaystyle C} - köpək dişləri, P {\displaystyle P} - kökaltı dişləri M {\displaystyle M} - azı dişləri) onların sayı 36-dır. Tüklərinin rəngi adətən narıncı-qəhvəyi rəngdə olur. Bütün surikatlarda xarakterik olaraq qara zolaq vardır.
Priva
Priva (lat. Priva) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Böyük Oriyat
Böyük Oriyat — Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Düzənlikdədir. 1933-cü ildə Böyük Oryad variantında qeydə alınmışdır. Keçmışdə Kurun sağ sahilində Köhnə Oriyat, sol sahilində isə Yeni Oriyat adlı iki kənd olmuşdur. Köhnə Oriyat sonralar Böyük Oriyat adı ilə əvəz olunmuşdur. Etnotoponimdir. Monqolların uryat tayfasının adındandır. Keçmiş Şəki və Quba xanlığında da Oriyat adlı yaşayış məntəqələri olmuşdur.. == Əhalisi == === Tanınmışları === İbrahim Nurlu (d.
Krivan dağı
Krivan (slovak. Kriváň, pol. Krywań) — Slovakiya ərazisində yerləşən, Yüksək Tatra dağlarının ən yüksək zirvələrindən biri. Zirvə ümumən Karpat dağlarına aiddir. Krivan 200 ildir Slovakiyanın simvolu və milli qürur mənbəyidir. 2009-cu ildən dövrüyyədə olan ölkənin 1, 2 və 5 qəpiklərinin üzərində Krivan dağı təsvir olunmuş. == Adın mənası == İlk dəfə Krivan adına 1639-cu ildə rast gəlinir. Sözün kökü kriv olub əyri, çevrilmiş mənası verir. == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü - 2494 metrdir. Üç Stydniçki qəsəbəsindən hündürlük - 1353 metrdir.
Rusvat Bayramov
Rusvat Mikayıl oğlu Bayramov (Rusvat Mikayılzadə) (1 fevral 1955, Düyərli, Şamxor rayonu) — jurnalist. == Həyatı == Rusvat Bayramov (Rusvat Mikayılzadə) 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat”, “Azərbaycan”, “Respublika”, “Hürriyyət”, “Gündəlik Azərbaycan”, “Unikal”, “Geopolitika” və s. qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. “Azərbaycan” qəzetinin baş redaktor müavini, “Respublika” qəzetinin baş redaktoru olub. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini-mətbuat katibi vəzifələrində çalışıb. 1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur. R.Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Urva
Urva — Azərbaycan Respublikasının Qusar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Urva oyk., sadə. Dağətəyi düzənlikdədir. Urba variantında da qeydə alınmışdır. Kənd bir qrup ləzgi ailəsinin məskunlaşması nəticəsində yaranmış və oradakı Urva pirinin adı ilə adlanmışdır. Tədqiqatçılara görə, oykonim uran dillərindəki ur av sözündən olub, “qala” deməkdir. Lakin bu coğrafi adı Uroba variantında “yüksəklikdə, təpədə olan oba”, “obanın məskunlaşdığı yer, dayanacaq” kimi də izah etmək olar. Türk dillərində ur komponentinin “şiş, çıxıntı”, “dayanacaq” mənalan da vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2381 nəfər əhali yaşayır.
Eva Rivas
Eva Rivas (emənicə: Եվա Ռիվաս; rusca: Ева Ривас; 13 iyul 1987) — erməni-rus müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edib. == Avroviziya 2010 == Ermənistanı Avroviziya 2010 mahnı müsaqibəsində fevralın 14-də keçirilmiş Milli Finalın SMS və münsif səsverməsinin nəticələrinə görə Eva Rivas təmsil edəcək. Lakin Milli Finalda Evanın rəqibləri olan Emmi-Mihran cütlüyü, eyni zamanda müğənni Razmik Amyan SMS səsverməsinin nəticələrinin saxtalaşdırıldığını bildiriblər. Evanın təmsilçi seçildiyi açıqlanarkən etiraz olaraq Emmi-Mihran və Razmik Amyan səhnəni tərk ediblər.Eva RivasAvroviziya 2010 yarışmasının ikinci yarım finalında "Apricot Stone" (Qaysı çəyirdəyi) adlı mahnı ilə yarışıb.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir.Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir. 1905-ci ildə şəhərin 1364 sakini Bolqar Ekzarxlığı kilsəsinin parishionları idi.
Priva (rayon)
Priva (fr. Privas) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardeş. Suprefektura — Priva. Rayon əhalisi 2006-cı ildə 82 679 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1742 km².
Priva auricoccea
Priva auricoccea (lat. Priva auricoccea) — minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Priva socotrana
Priva socotrana (lat. Priva socotrana) — minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Rifat Hacıselimoviç
Rinat Abdaşov
Rinat Abdaşov - Azərbaycan əsilli veteran futbolçu. Karyerası ərzində mərkəz müdafiəçisi mövqeyində çıxış etmişdir.
Rinat Hüseynov
Rinat Hüseynov (d. 29 yanvar 1999, Perm, Rusiya) — Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi.
Rinat Əhmədov
Rinat Əhmədov — məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən varlı insanı; "Şaxtyor" futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır. 2001-ci ildə Donetsk Milli Universitetindən məzun olmuşdur.
Rıfat Bağırov
Rıfat Bağırov (10 oktyabr 1979) — azərbaycanlı şahmatçı, qrosmeyster (2002). 1999-cu ildə Batumidə Avropa çempionatında Azərbaycan milli komandasında çıxış edib. 200-cü ildə Azərbaycan milli komandasının bir hissəsi kimi, İstanbulda keçirilmiş 34-cü olimpiadada iştirak edib. 2010-cu ildə Rusiyanın Vladimir şəhərində keçirilən “Vladimir Open-2010” beynəlxalq şahmat turnirini 26-cı yerdə başa vurmuşdur. 2011- ci ildə Azərbaycan çempionatının qalibi olub 2011-ci ildə Açıq Fərdi Avropa Çempionatında 238-ci yer tutub.
Salvia urica
Salvia urica (lat. Salvia urica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Uriah Heep
Uriah Heep — 1969-cu ildə Londonda yaranmış ingilis rok qrupudur. Qrupun adı Çarlz Dikkensin «Devid Kopperfild» adlı əsərindəki personajın adından götürülmüşdür. Qrup, 1971—1973-cü illər arasında yazdığı «Look at Yourself», «Demons and Wizards» və «The Magician's Birthday» adlı hard-rok klassikası hesab edilən bu üç albom ilə dünya şöhrətini qazanır. Uriah Heep, proqressiv rok, art rok, caz-rok və hard-rok elementlərindən ibarət öz orijinal hard-rok üslubunu yaratdı. Qrupun qızıl illərdə əsas göstəricisi mürəkkəb çoxnəsəli harmonik effektli bek-vokal partiyaları və Bayronun dramatik vokalı idi. Uriah Heep-in stilistik eksperimentlərinin rok-musiqinin inkişafına əhəmiyyətli təsiri var idi. Qrup xüsusilə çox şeydə Queen'in analoji eksperimentlərini üstələyirdi. Qrupun on iki albomu UK Albums Chart'a düşdü. Bunlardan ən böyük müvəffəqiyyət qazananı "Return to Fantasy" oldu (7-ci yer, 1975). Qrupun on beş albomu isə Billboard 200 siyahısına adını yazdırdı.
Urvan rayonu
Urvan rayonu (kab.-çərk. Аруан куей, qaraç.-balk. Урван район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Nartkala şəhəridir. == Coğrafiyası == Urvan rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Proxladnenski və Baksan rayonları, şərdə Mayski rayonu, cənub-şərqdə Leskenski rayonu, cənubdan Çerek rayonu, , qərbdən isə Çeqem rayonu. Rayonun sahəsi 458,10 km²-dir. == Tarixi == Kabardin Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1 sentyabrın 1921-ci il fərmanı ilə həmçinin Urvan daireəsidə təşkil olunur. 12 avqust 1926-cı ildə rayon aşağıdakı kənd sovetliklərindən ibarət idi: Staro-Çerekski, II Leskenski , Staro-Leskenski, Uruxski, Arqudanski, Staro-Uruxski, Jemtalinski, Psıqansuevski, Kaxunski, Nijne-Çerekski, Ozrekovski. 24 sentyabr 1926-cı ildə II Leskenski kənd sovetliyindən Erokkovski (Erokko kəndi), Psıqansuevski kənd məclisindən isə Zaraqijski (Zaraqij kəndi) ayrılır.
Rinat Yusupov
Rinat Yusupov (başq. Ринат Мөхәммәт улы Йосопов, 1951—2011) — Sovet, rus etnoloqu və antropoloqu. Tarix elmləri namizədi, professor. == Bioqrafiya == 1951-ci il noyabrın 12-də Sovet Sosialist Respublikaları İttifaqı, Başqırd MSSR, Ziançurinski rayonunun İsyanqulovo kəndində anadan olub. 1975-ci ildə Başqırd Tibb İnstitutunu bitirib. 1977-1979-cu illərdə SSRİ Elmlər Akademiyası Leninqrad şöbəsinin (İ. İ. Qoxmanın rəhbərliyi altında) N. N. Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin aspirantı olur. İxtisası - kraniologiya. 1979-cu ildən SSRİ EA Başqırdıstan Bölməsinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun Etnoqrafiya və antropologiya şöbəsində çalışır. 1982-ci ildə “Başqırdların kraniologiyaya görə antropoloji tərkibi” (ixtisas 03.00.14 – antropologiya) mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Tarix elmləri namizədi adına layiq görülür.
Virtual Private Network
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. == İşləmə Prinsipi == VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPNRemote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Urava Komaba stadionu
Saytama Şəhər Komaba stadionu (さいたま市浦和駒場スタジアム, Saitama-shi Urawa Komaba Sutajiamu) — Yaponiyanın Saytama prefekturasının Saytama şəhərində yerləşən futbol stadionu. Tutumu 21.500 nəfərdir. == Tarixi == 1967-ci ildə atletika idman növlərinin keçirilməsi məqsədilə tikilmişdir. Şəhərin mərkəzindən sadəcə 1,5 kilometr uzaqlıqda yerləşir. İlkin tamaşaçı tutumu cəmi 5000 nəfər olsa da, 1982-ci ildə bu rəqəm 8000-ə çatdırılmışdır. 1991-ci ildə stadionu "Urava Red Daymonds" klubunun ev stadionuna çevirmək üçün 1,7 milyard yen pul xərclənmiş və tutum 10.000 nəfər çatdırılmışdır. Lakin işlər bununla başa çatmamış, 1 il yarım sonra 4,5 milyard yen qarşılığında yenidən genişləndirmə işlərinə start verilmişdir. İşlər 1995-ci ilin avqustunda tamamlanmış və tamaşaçı tutumu 21.500 nəfər çatmışdır. == İstifadə == Futbol üzrə Yaponiya çempionatının iştirakçı klublarından biri olan "Urava Red Daymonds" 1992-2010-cu illərdə stadionda əsas ev oyunlarını keçirmişdir. 2005-2007-ci illərdə bu klubun əzəli rəqibi "Omiya Ardiya"nın ev oyunları əsas stadionu NAK-5 stadionunun bərpa işləri ilə bağlı olaraq bu stadionda baş tutmuşdur.
Luici Riva
Luici Riva (it. Luigi Riva; 7 noyabr 1944, Lecuno, Lombardiya) - İtaliyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyerasının çox hissəsini Kalyari klubunda keçirib. Luici Kalyarinin komanda tarixində bombardiridir. Onun şərəfində Kalyari klubunda, onun oynaığə 11 nömrəli forma əbədiləşdirilib və heç bir oyunçuya verilmir. 35 qol ilə İtaliya millisi tarixinin ən yaxşı bombardiridir . İFFHS-ə görə 20-ci əsrin ən yaxşı Avropa futbolçuları arasında 42-ci yerdədir. "Dünya Futbolu" jurnalına görə dünyanın ən yaxşı oyunçuları arasında 74-cü, Placara jurnalına görə isə 20-ci əsrin 100 ən yaxşı futbolçusu arasında 33-cü sırada yer alıb. Kalyari şəhərinin fəxri vətəndaşıdır.