Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sergey Utoçkin
Sergey İsayeviç Utoçkin (rus. Серге́й Иса́евич У́точкин; 12.7.1876, Odessa, Xerson quberniyası, Rusiya imperiyası — 13.1.1916, Sankt-Peterburq, Rusiya imperiyası) — ilk rus aviatorlarından və sınaqçı təyyarəçilərindən biri. Hərtərəfli və istedadlı idmançı. 1910–1914-cü illərdə Rusiyada aviasiyanın populyarlaşdırılmasında onun çox böyük rolu olmuşdur. Rusiya imperiyasının bir çox şəhərlərində onlarla nümayiş uçuşları həyata keçirmişdir. Bakı şəhərinin üzərindən uçan ilk təyyarəni də 20 oktyabr 1910-cu ildə Sergey Utoçkin idarə etmişdir. Bu uçuşu o, həmin dövrdə aviatorlar arasında çox məşhur olan "Farman-4" fransız aeroplanı ilə yerinə yetirmiş, uçuşa baxmaq üçün 20 mindən artıq insan toplaşmışdı. 28 oktyabr tarixində təşkil edilən uçuşlarda isə dövrünün məşhur pilotlarından biri olan Adam Qaber-Vlınski (1883–1921) iştirak etmişdi.