Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həmdə Dalarna bölgəsinin qərargahıdır.Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir. Şəhərdə hər zaman İskandinav qış idmanı qarşılamaları olsa da, şəhər dünya çempionlarında ev sahibliyi şansını bir-neçə dəfə qaçırıb.
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Fagus
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. == Fıstıq meşələri == Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du. Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir. Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır. Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.
Falco
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Fales
Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən geci e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Faludə
Faludə — Soyuq desertdir. Qarğıdalı nişastasından hazırlanan nazik vermişel əriştə, gülab və şəkərdən hazırlanmış yarı-dondurulmuş şərbət ilə qarışdırılır. Bəzən limon suyu və yer fıstığı ilə yeyilir.
Faruc
Faruc — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Faruc şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,039 nəfər və 2,639 ailədən ibarət idi. Əhalisi əsasən Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar. Faruc şəhərində qismən Farslar və Kurmanclar da yaşayırlar. Şəhərin Türk kökənli əhalisini əsasən Qarayilər təşkil edir.
Farux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Fatej
Fatej — Rusiya Federasiyasında yerləşən şəhər. Kursk vilayətinə daxildir.
Fatuş
Fatuş (ərəb. فتوش‎: həmçinin fəttuş, fətuş, və fattuş) — Levant mətbəxində çörək salat. Qızarmış və ya qovrulmuş pita çörəyi (Xubz Ərəbi) ilə birlikdə yarpaqlı tərəvəz və digər tərəvəzlərin qarışıqından hazırlanır..
Malus
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Nalus
Nalus (fars. نالوس‎)— İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanının Nalus bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,488nəfər və 533 ailədən ibarət idi.
Ofalu
Ofalu — Macarıstanın Baranya medyesində yerləşən kənd.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Valun
Valun – (rus. валун, ing. boulder, cobble) cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Çalus
Çalus — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Çalus şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 44,618 nəfər və 12,791 ailədən ibarət idi.
Avena fatua subsp. fatua
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Avena fatua var. fatua
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Fadu
Fadu (port. fado, lat. fatum — tale) — ənənəvi portuqal musiqisinin xüsusi janrı. Janrın emosional yükü, portuqalca "saudadi" (port. saudade) adlandırılan, tənhalıq, nostalji, kədər və məhəbbət əzabının mürəkkəb ahəngindədir. Janrına görə portuqal gitarasının müşayiəti altında ifa olunan lirik solo nəğmənin bir növüdür. 27 noyabr 2011-ci ildə fadu YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Abdulla Faruq
Əfəndiyev Abdulla Musa oğlu (24 aprel 1907, Poti, Kutaisi quberniyası – 1944) — şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abdulla Faruq 1907-ci il aprelin 24-də Azərbaycanın Göyçay rayonundakı Poti kəndində əkinçi ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı müəllimlər seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedaqoji fakültəsinə dəyişirlər. Burada ictimai-tarix şöbəsini qurtarır. Göyçay rayonunda pedaqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya ezam olunur (1930).
Amin Maluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Avena fatua
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Baruj (Urmiya)
Baruj (fars. باروژ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (28 ailə).
Calum Worthy
Keylum Vörti — Kanadalı aktyor və müğənnidir. == Həyatı == Vörti Viktoriyada, Britaniya Kolumbiyasında doğuldu. O Lochside Elementar Palıd Ortasında və Claremont TƏRƏFLƏR Orta məktəblərində iştirak etdi. 9 yaşında o Tarlington Training Professional Uşaq sinfinə qəbul edildi və həftəsonu proqramında iştirak etmək üçün Vankuverə səyahət etdi. O dörd yaşında ikən Makaley Kalkini Evdə Tək filmində görəndən sonra o, aktyor olmağı istədi. O musiqini, notları, fortepianonu öyrəndi. O, 11 yaşında olanda Kanada Milli Gənc Bəstəkarının Mükafatını qazandı.