Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fasil-Gebbi
Fasil-Gebbi və ya Kral tikilisi (amh. ፋሲል ግቢ — Fasil Ghebbi) — Efiopiyanın Qondar şəhərindəki qala dağıntılarıdır. 17-ci əsrdə İmperator Fasiledes (Fasil) tərəfindən qurulmuşdu və Efiopiya imperatorlarının evi idi. Unikal memarlığı Nubiya üslubları da daxil olmaqla müxtəlif təsirləri nümayiş etdirir. Ərazi 1979-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Gebbi amhar dilində bir tikili və ya əlavə üçün istifadə olunur. Kompleksə Fasiledes qalası, I İyasu sarayı, III Devit salonu, ziyafət salonu, tövlələr, İmperatriçə Mentevab qalası, bir dəftərxana, kitabxana və üç kilsə daxildir. == Tarix == Fasil-Gebbinin mənşəyinə, Efiopiya imperatorlarının əmlaklarını gəzib kəndlilərin məhsullarından yayınmaq və çadırlarda məskunlaşmaq kimi köhnə ənənələrində rast gəlmək olar. Bu əlaqəni əks etdirərək məntəqə tez-tez katama ("düşərgə" və ya "möhkəmləndirilmiş qəsəbə") və ya I Baida Məryəmin Kral salnaməsindəki imperiya düşərgəsinə tətbiq olunan makkababya adı ilə anılır. İmperator Fasiledes bu köçərilik ənənəsini pozdu və Qondar şəhərini özünün paytaxtı olaraq qurdu.
Fasil-Qebbi

Salski rayonu (Rostov vilayəti)
Salski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Salski şəhəridir. Rayon mərkəzindən Rostov-na-Donu şəhərinə olan məsafə 180 km təşkil edir. Rayon 1924-cü ildə Voronsovo-Nikolayevski adlı ilə təsis edilmişdir. Mərkəzi şəhəri isə Voronsovo-Nikolayevski şəhəri olmuşdur. 1930-cu ildə mərkəzin Salsk şəhərinə köçürülməsi ilə adı Salsk rayonu adlandırılmışdır. 1963-cü ildə rayon ərazisinə Pesçanokopski rayonu birləşdirilmişdir. Yenidən isə 1965-ci ildən ondan ayrılmışdır. Salsk rayonu Rostov vilayətinin cənub-şərq hissəsində yerləşir. Şərqdən Kalmıkiya ilə sərhədə malikdir.