Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Farsala
Farsala (yun. Φάρσαλα) — Yunanıstanda qədim Farsala şəhərinin yerində mövcud olan kiçik bir şəhər. Dəniz səviyyəsindən 160 metr hündürlükdə, Profitis İlias dağının yamacında, Enipefsa çayının yaxınlığında, Larissadan 38 kilometr cənubda, Volosdan 48 kilometr qərbdə və Afinadan 187 kilometr şimal-qərbdə yerləşir. Fessaliya periferiyasında Larissa periferik vahidində eyniadlı icmanın (dima) inzibati mərkəzi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 9298 nəfər əhali yaşayır. Fessaliya və ümumiyyətlə Yunanıstanın böyük kənd təsərrüfatı mərkəzidir. Əhalinin böyük hissəsi kənd təsərrüfatında (pambıqçılıq və maldarlıq) və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğuldur. == Tarix == Arxeoloji tapıntılar Farsala ərazisində əhalinin neolit dövründən davamlı olaraq məskunlaşdığını göstərir. Ayia-Paraskevi (yun. Αγία Παρασκευή) qayasında, Apidanos çayının (Απιδανός) mənbəyində, şəhərin şimal-qərbində Miken yaşayış məntəqəsi aşkar edilmişdir.
Cineraria farfara
Dəvədabanı (lat. Tussilago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Təsviri və ekologiyası == Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarında, Naxçıvan Muxtar Respublikası, Şabran və s. dağ və dağətəyi yerlərdə bitir. Yazın əvvəllərində hələ qar əriməmiş çiçəkləməyə başlayır. Mart-aprel aylarında çiçəkləyir, meyvələr isə may-iyun aylarında yetişir. Xalq təbabətində yarpaq və çiçəklərindən istifadə olunur. Yarpaqlar yayın əvvəllərində və yayın axırlarında toplanır. Çiçəklər tam açdıqdan sonra toplanır.
Farfara radiata

Tussilago farfara
Adi dəvədabanı (lat. Tussilago farfara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dəvədabanı cinsinə aid bitki növü. Hündürlüyü çiçəkləyən zaman 3–15 sm, meyvə verən zaman isə 33 sm-ə qədər, gövdəsi adətən çoxsaylı olan çoxillik ot bitkisidir. Kökümsovu oduncaqlaşmış, uzun və sürünəndir. Gövdəsi sadə, keçəvari-tüklüdür, xırda sarı çiçəkləri birləşərək səbətcik əmələ gətirir, yarpaqları pulcuqlu, uzunsov-lansetvari, adətən qonur-bənövşəyi rəngdədir. Kökyanı yaşıl yay yarpaqları uzun saplaqlı, yuvarlaqürəkvari, qalın, dərivari, kənarları iti dişdişli, yuvarlaq ürəkvari, üstdən tünd yaşıl, arxadan ağımtıl-keçəvari tüklüdür. Səbətləri tək-tək, silindrik, 8–11 mm enində, dilcikləri çoxsaylı, dar, çox vaxt sapvari, sarğıdan biraz uzundur; boruvari çiçəkləri ikicinsli, toxumsuzdırlar. Toxumcalar 3–4 mm uzunluqda, silindvari, qabırğalı, çılpaq; kəkili ağ, toxumcadan 2–3 dəfə uzundur. Gövdə yarpaqları ensizdir, gövdəyə doğru qısılmışdır, pulcuqşəkilli, uzunsov-neştərvari, sivritəhər və adətən tündqırmızı rəngə boyanmışdır. Kökətrafı yarpaqları çiçəkləmənin sonunda əmələ gəlir, iri, uzun saplaqlı, dəyirmi-ürəkşəkilli, bərk, qalın dərilidir, qaidə hissəsi enli-oyuqludur, zəif barmaqvari-bölümlü və ya qeyri-bərabər kələ-kötür oyuqlu-dişlidir, üst tərəfdən yaşıl, demək olar ki, çılpaqdır, alt tərəfdən yumşaq ağ keçə-tüklüdür.