Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fonolit
Fonolit — porfir və ya afir quruluşlu leykokrat vulkanik süxur Nefelinli siyenitlərin effuziv analoqu olub orta tərkibli qələvi sıralı süxur qrupuna, feldşpatoidli fonolitlər ailəsinə aiddir. Qələvi çöl şpatları və feldşpatoidlərdən (nefelin, sodalit, hauin, nozean, analsim, kankrinit, leysit və başqa), qələvi piroksendən və (və ya) amfiboldan, bəzən biotit və olivindən ibarətdir. Əsas kütləsinin tərkibi nefelin və ya anortoklazın üstünlüyü ilə fərqlənir. Nadir hallarda şüşəli (az miqdarda) olur. Silisium oksidinin miqdarına (50–53%) görə qələvi sıralı əsasi süxurlar qrupuna aid olan fonolitlər (nefelin-sodalitli, leysitli və başqa) də məlumdur. Tərkib, quruluş və mineralların nisbətinə görə müxtəlif növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Fonvey (Monako)
Fonvey ( fr. Fontvieille)-Monako Krallığının tərkibində yaranan 10-cu şəhərdir. Şəhərin cənub-qərbində yerləşir. Sahəsi-334 970 m²-dir. 2008-ci ilin məlumatlarına əsasən əhalisinin sayı-3602 nəfərdir. == Tarixi == Monakonun 12-ci kralı Monako Rene III tərəfindən şəhər 1970-ci illərdə qurulmuşdur. Burada bir çox tikililər məşhurdur ki, onlardan şəhərin mərkəzində yerləşən Lui II-nin şərəfinə adlandırılmış stadionu göstərə bilərik. Bu şəhərdə Monako kutbol klubunun ofisləri, Monako Universiteti də yerləşir. Burada vertolyot dayanacağı da var ki, Monako Krallığı ilə Fransanı bura əlaqələndirir. Yüngül gimnastika yarışlarıda bu şəhərdə keçirilib.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Novıy adası
Novıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Bolşevik adasının şimal-şərqində, Zakrıtaya buxtasının şimal-şərqində, Pyatiuqlovka çayının mənsəbində yerləşir. Novıy adasınln şərqində Lavrov adası, cənub-şərqdə isə adsız ada yerləşir. Şərqdən qərbə doğru uzanır. Səthi hamardır. Yüksəklik yoxdur.
Novıy mir (qəzet)
Novıy mir — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti. İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.