Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Qovuqşəkilli fukus
Qovuqşəkilli fukus (lat. Fucus vesiculosus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinin fucus cinsinə aid xromist növü.
AUKUS
AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı.Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi.17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
Fikus
Fikus (dekorativ bitki)
Fukui
Fukui (yap. 福井市) — Yaponiyanın Çubu adasında və eyni adlı regionda yerləşən Fukui prefekturasının paytaxtı.
Nukus
Nukus və ya Nüküs (özb. Нукус, Nukus (Nüküs), qaraq. Нөкис, No‘kis (Nökis)) — Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstan Respublikasının paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi olan şəhər. Təxminən 305.000 əhaliyə malikdir. Oktyabr qiyamından əvvəl Nukus şəhəri iki binadan ibarət əsgəri bir qala ikən, 1932-ci ildən etibarən inkişaf etmiş. Buna görə qaraqalpaqlar 1939-cu ildə paytaxtı Dördgöl şəhərindən bura köçürmüşlər. Nukus şəhəri Qaraqalpaqıstanın az qala mərkəzində qurulmuş bir şəhərdir.
Fucus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Fokus-qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fokus (Həndəsə)
"Fokus" sözü latın dilində "ocaq", "od" deməkdir. Bu termini elmə Kepler daxil etmişdir(1604). O bu sözü ərəblərdən tərcümə etmişdir. Ərəblər parabolanın foksuna "alışma nöqtəsi", parabolanın özünə isə "alışdırıcı güzgü" deyirlər. Kepler bu termini ellipsin və hiperbolanın fokuslarına da aid etmişdir. Ellipsin foksu - Ellips müstəvinin, verilmiş iki nöqtəsindən məsafələri cəmi sabit olan nöqtələr çoxluğudur. Həmin iki nöqtə ellipsin fokusları adlanır. Parabolanın foksu - Parabola, müstəvinin verilmiş nöqtəsindən və verilmiş düz xəttindən eyni məsafədə olan nöqtələr çoxluğudur. Həmin nöqtə parabolanın foksu adlanır. Hiperbolanın foksu - Hiperbola müstəvinin verilmiş iki nöqtəsindən məsafələri fərqinin modulu sabit olan nöqtələr çoxluğudur.
Fokus Qrup
Fokus qrup (müzakirə qrupu) son zamanlar geniş yayılmış informasiya toplamaq metodlarından biridir. Bazar tədqiqatlarında daha çox istifadə edilməsinə baxmayaraq, müzakirə qrupu metodu sosial tədqiqatlarda da geniş tətbiq olunur. == Haqqında == Əsasən keyfiyyət tədqiqatları aparanlar tərəfindən istifadə edilən fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur. Fokus qrup müzakirəsi müxtəlif mövzular üzrə aparıla bilər. Mövzular kimi fokus qrupun məqsədləri də müxtəlif ola bilər. == Tarixi == Fokus qrup informasiya toplamaq metodu kimi XX əsrin əvvəllərində yaransa da, əsasən 1990-cı illərdən etibarən sürətlə yayılmağa başlayıb. Fokus qrupları ilk dəfə 1940-cı illərdə radio studiyaları ilə əlaqəli bazar araşdırmaları kontekstində bir tədqiqat metodu kimi meydana gəlmişdir.
Fucus vesiculosus
Qovuqşəkilli fukus (lat. Fucus vesiculosus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinin fucus cinsinə aid xromist növü.
Fukui mağarası
Fukui mağarası (福井洞窟, Fukui dokutsu) – Yaponiyanın Naqasaki prefekturasının Sasebo şəhəri yaxınlığında yerləşən mağara. Mağara arxeoloji tapıntılarına görə tanınır. == Kəşfi == Fukui mağarası 1935-ci ildə Fukui İnari məbədinin rekonstruksiyası zamanı kəşf edilmişdir. Rekonstruksiya zamanı yerli tarixçilər burada ox ucluqları və saxsılar aşkar etmişdir. 1960-cı ildə arxeoloqlar Serizava Çosuke və Kamaki Yoşimasanın başçılığı altında mağarada geniş qazıntı işləri başlamışdır. == Tapıntılar == 1960-cı ildən bəri mağaranın qazılmış 16 təbəqəsinin 7-sində (1, 2, 3, 4, 7, 9 və 15) tapılmış tapıntılar burada insan məskunlaşmasını göstərir. 15-ci təbəqədən tapılmış daş alətlərin radiokarbon testi ilə müəyyən edilmiş yaşı 31.900 ildir. Bu, Yaponiyada paleolitik dövrdə insanların yaşadığını və alətlər hazırladığını göstərir.3-cü təbəqədə gildən hazırlanan və səthi zolaqlarla bəzədilmiş dulusçuluq məmulatı tapılmışdır. Bu dulusçuluq məmulatının yaşının 12.700 ± 500 il olduğu və dünyada tapılmış ən qədim dulusçuluq məmulatı olduğu müəyyənləşdirilmişdir. 2-ci təbəqədə yaşı 12.400 ± 350 il olan, üzərində yarıdairəvi təsvirlər olan dulusçuluq məmulatı tapılmışdır.
Fukui prefekturası
Fukui prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 4 189 kvadrat kilometr, əhalisi 805 000 nəfərdir. Mərkəzi Fukui şəhəridir.
Keniçi Fukui
Keniçi Fukui (福井 謙一; 4 oktyabr 1918[…] – 9 yanvar 1998[…], Kioto) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur.Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982-1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur. 1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur. Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub. Benzol və naftalində karbon atomlarının sərhəd π-elektronlarının sıxlığını hesablayıb və göstərib ki, onların qiyməti və paylanması molekulun reaksiya qabiliyyətini müəyyən edir.
Fuks səhləbi
Klaus Fuks
Emil Fuks (tam adı: Emil Yulius Klaus Fuks, alm. Emil Julius Klaus Fuchs‎; 29 dekabr 1911[…], Rüsselhaym[d], Almaniya imperiyası – 28 yanvar 1988[…], Şərqi Berlin, ADR) — Almaniya fiziki və nəzəriyyəçisi. == Həyatı == Alman teoloqu Emil Fuks və Elza Fuksun ailəsində anadan olmuşdur. 1932-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuşdur. 1933-cü ildə Fransaya və sonradan İngiltərəyə köçmüşdür.1937-ci ildə Bristol universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. İkinci dünya müharibəsi başladıqdan sonra, düşmən ölkə vətəndaşı kimi bir il yarım təcridxana düşərgəsində keçirmiş, həmin müddət ərzində digər təcrid edilmiş şəxslərə fikizi üzrə mühazirələr oxumuşdur. 1941-ci ildə uranın böhran kütləsinin müəyyən edilməsi və izotopların parçalanması problemləri ilə məşğul olan Rudolf Payerlsin qrupuna qoşulmuşdur. Elə həmin il Almaniyanın SSRİ-yə qarşı hücuma keçməsindən sonra, Fuks sovet kəşfiyyatçıları ilə əlaqə yaratmış və Britaniya alimlərinin nüvə silahı sahəsindəki məlumatlarını onlara ötürmüşdür. 1943-cü ildə Payerlsin tövsiyəsi əsasında Manhetton layihəsinə üzv olmuşdur. Payerls Fuks haqqında demişdi: "Mən bilirəm ki Fuks öz mülahizələri əsasında hərəkət edirdi.
Fuks boşləçəyi
Fuks boşləçəyi (lat. Dactylorhiza fuchsii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü.
Karl Fuks
Karl Fyodoroviç Fuks (alm. Karl Friedrich Fuchs‎, 18 [6] sentyabr 1776–24 [12] aprel 1846) — alman mənşəli rus botanik, etnoqraf, tarixçi və arxeoloq. İmperator Kazan Universitetinin professoru (1805-ci ildən) və rektoru (1823–1827).
Fikus (dekorativ bitki)
Fikus — otaq şəraitində becərilən ağac.Abşeronda geniş yayılmış əncir ağacı fikusun xarici gorünüşündə böyük fərq olsa da, onların əcdadı birdir. Hindistan cəngəlliklərində bitən tropik bitki sonralar Asiya, Avrasiya və Qərbi Afrikada da yayılmışdır. Otaq bitkisi kimi tanıdığımız fikus öz vətənində çox nəhəng bitkidir. == Çoxalması == Fikus qələmlə çoxaldılır. Hər qələmin üzərində bir yarpaq və bir tumurcuq olmalıdır. Tez kök atması üçün qələmin əkilən ucunda bir-iki kəsik edilir, bir neçə saat ilıq suda saxladıqdan sonra onu dənəvər quma basdırılır və 23-25ºC temperaturu olan yerə qoyulur. == Saxlama qaydası == Fikus dəyişikliyi, çox yerdəyişməsini sevən bitki deyil, ona görə də evə gətirməzdən əvvəl onun daimi yeri barədə fikirləşmək lazımdır. Fikusun əkildikdən sonra yeri dəyişdirilməməlidir. Yay fəslində onu eyvana və ya təmiz hava olan yerə keçirmək olar. Fikus oktyabr və fevral aylarında sakitlik dövrü keçirir.
Nukus İncəsənət Muzeyi
Savitskiy adına Dövlət İncəsənət Muzeyi, Qoraqalpaq Dövlət İncəsənət Muzeyi və ya Nukus İncəsənət Muzeyi (özb. Savitskiy nomidagi Qoraqalpogʻiston Respublikası Dövlət San'at Muzeyi) — Özbəkistanın Nukus şəhərində yerləşən, ölkənin ən böyük muzeylərindən biri. Muzeyin kolleksiyası, Rusiya avanqard əsərləri kolleksiyaları arasında əhəmiyyətinə və həcminə görə dünyada ikinci, həmçinin Asiya bölgəsindəki ən yaxşı sənət kolleksiyasıdır. Muzey, daimi sərgidə minlərlə sənət və mədəniyyət xəzinəsini özündə cəmləşdirən İqor Savitskinin həyat əsərini bu binanı qədim və müasir incəsənətin ən maraqlı depolarından birinə çevirir. == Tarixi == Rus rəssamı, arxeoloq və kolleksiyaçı İqor Savitsky ilk dəfə 1950-ci ildə Xorazm Arxeoloji və Etnoqrafiya Ekspedisiyasında iştirak etmək üçün Qoraqalpaqistana səfər etdi və daha sonra Qaraqalpaqstanın paytaxtı Nukusa köçdü və 1984-cü ildə Moskvada ölənə qədər orada davam etdi. 1957-66 , qaraqalpaq zinət əşyaları, xalçalar, sikkələr, geyim və digər əsərlərin geniş kolleksiyasını topladı, bir muzeyə ehtiyac olduğuna inandırdı və qurulduğundan sonra 1966-cı ildə kurator təyin edildi.Bundan sonra o, Orta Asiya sənətkarlarının əsərlərini, o cümlədən Özbək məktəbinin Aleksandr Nikolayev, Alexander Volkov, Ural Tansykbayev və Viktor Ufimtsevin, daha sonra isə rus avanqardının əsərlərini - Kliment Red'ko, Lyubov Popova toplamağa başladı. Muxina, İvan Koudriachov və Robert Falk - rəsmləri Qərbi Avropada (xüsusilə Fransada) tanınsa da, İosif Stalinin hakimiyyəti dövründə və 1960-cı illərdə Sovet İttifaqında qadağan edildi. "Xalqın düşməni" olaraq tanıdılma riskinə baxmayaraq, Savitsky, əsərlərini toplamaq, arxivləşdirmək və nümayiş etdirmək üçün elan edilmiş rəssamları və varislərini axtarırdı; və böyük cəsarətlə minlərlə rus avanqardını və post-avanqard rəsmlərini toplamağı bacardı. Üstəlik, Sosialist Realizm məktəbini təkzib edərək, kolleksiya sənət tarixinin əsaslarını sarsıtdı.1985-ci ildə, ölümündən bir il sonra baş verən yenidənqurma, Savitskinin möhtəşəm nailiyyətləri və kolleksiyaları və 1991-ci ildə, Özbəkistan müstəqillik əldə etdikdən sonra Sovet İttifaqı dövründə qapalı olan Nukusun xarici dünyayaəlçatan olması qəbul edildi. O vaxtdan bəri Fransadakı sərgilər (Caen, 1998), Özbəkistan (Daşkənd, 2001, 2002 və 2003) və Rusiyada Savitsky'nin vəsiyyəti daha geniş beynəlxalq auditoriyanın diqqətinə çatdırıldı.
Cucumis sativus var. fakus
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Fokus Pokus (film, 1993)
Fokus Pokus (orijinalda ing. Hocus Pocus) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi. Film, Massaçusetsstatının Salem şəhərində bakir yeniyetmə oğlan (Omri Katz) tərəfindən Hellouin gecəsi təsadüfən həyata qaytarılmış üç qəddar cadugərdən (Bett Midler, Sara Cessika Parker, Keti Nacimi) bəhs edir. Film, Mik Qarris və Neyl Katbert tərəfindən yazılmış ssenari əsasında Kenni Orteqanın rejissorluğu ilə çəkilmişdir. Film ABŞ-da 16 iyul 1993-cü ildə Walt Disney Pictures tərəfindən çıxarılmışdır. Çıxarıldığı il film, tənqidçilər tərəfindən əsasən mənfi qarşılanmış, neqativ və ya qarışıq rəylər almış, həmçinin kassa uğuru əldə edə bilməmişdir. Eyni zamanda, ehtimal ki, filmin kinoteatr yayımı zamanı Disney təxminən $16.5 milyon ziyana uğramışdır. Lakin, Disney Channel və Freeform (keçmiş ABC Family) telekanallarında hər il oktyabr ayında təkrar göstərilməsi izləyicilərin filmi yenidən kəşf etmələrinə imkan yaratmış, beləcə ilbəil Hellouin ərəfəsində filmin ev nümyişi üçün satışları artmışdır. Film Hellouinlə əlaqəli kult filmi statusu qazanmışdır.Filmin sikveli olan Fokus Pokus 2 30 sentyabr 2022-ci ildə Disney+ striminq xidmətində debüt etmişdir.
Buxus
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi.Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı.17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Eunus
Yevn (yun. - Eunus) (? - e.ə.132, Enna) - Siciliya adasında birinci qul müharibəsinin rəhbəri (e.ə. 138-e.ə. 132). == Həyatı == Mənşəcə suriyalı idi. Üsyançılar onu Antiox adı ilə çar elan etmişdilər. E.ə. 132-ci ildə Roma konsulu Rupili tərəfindən əsir alınmış və həbsxanada işgəncə ilə öldürülmüşdü.
Fagus
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. == Fıstıq meşələri == Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du. Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir. Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır. Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.
Fatuş
Fatuş (ərəb. فتوش‎: həmçinin fəttuş, fətuş, və fattuş) — Levant mətbəxində çörək salat. Qızarmış və ya qovrulmuş pita çörəyi (Xubz Ərəbi) ilə birlikdə yarpaqlı tərəvəz və digər tərəvəzlərin qarışıqından hazırlanır..
Ficus
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yеrlərində yеtişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin mеyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat vеrirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır.Bununla bеlə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir.Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xеyirlidir.Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. .Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həmdə yarpaqlarından da istifadə еdirlər.Onun tərkibində qətranlı maddələr, furokominlər, P,C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul еdirlər, tər-tər yarpaqları isə çibanların üzərinə qoyurlar.Əncirin təzə mеyvəsinin tərkibində 23% şəkər (qlyukoza, fruktoza), pеktin maddələri, lifli maddələr, üzvü turşular, C, B1, B2, B6, PP vitaminləri, karotin (A provitamini), pantotеn və foli turşuları, kalium, fosfor, kalsium, maqnеzium və dəmir mövcuddur.Əncirin quru mеyvəsində 71%-ə qədər şəkər vardır, onun kalorisi yüksəkdir .Əncirin mеyvəsi işlətmə təsirinə malik olan kafiol prеparatının tərkibinə daxildir.Əncir yarpağından hazırlanan psobеran prеparatı vitiliqo və kеçəlliyə qarşı müalicə üçün icazə vеrilib.Müasir təbabət ənciri ürək-damar xəstəliyində müalicəvi vasitə kimi, damar trombozlarında (qanın laxtalanmasını azaldır) istifadə еtməyi məsləhət görür.Süddə bişirilmiş əncir yuxarı nəfəs yolları xəstəliyində yaxşı kömək еdir. Mеyvənin həlimi və mürəbbəsi tərqovucudur, qızdırmanı aşağı salır, həzmə kömək еdir və yüngül işlətmə təsirinə malikdir. == Əncir haqqında == Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir.Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb.Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik.