Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Al Fursan
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Atsuyoşi Furuta
Atsuyoşi Furuta (d. 27 oktyabr 1952) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Fürsət xərci
Fürsət xərci, alternativ xərc (ing. opportunity cost) — mənbələrdən istifadə üçün alternativ variantlardan birini seçmək və bununla da digər imkanları kənarlaşdırmaq nəticəsində itirilmiş mənfəəti (müəyyən bir halda — mənfəət, gəlir) ifadə edən iqtisadi termin. İtirilmiş mənfəətin miqdarı atılan alternativlərdən ən dəyərlisi ilə müəyyən edilir. Fürsət dəyəri istənilən qərarın ayrılmaz hissəsidir. Bu termin Avstriyalı iqtisadçı Fridrix fon Vizer tərəfindən 1914-cü il tarixli “Sosial İqtisadiyyat Nəzəriyyəsi” monoqrafiyasında işlənmişdir. Fürsət xərcləri həm təbii şəklində (həm istehsalından, həm də istehlakından imtina edilməli olan mallarda) və alternativlərin pul ekvivalenti ilə ifadə edilə bilər. Fürsət xərcləri də saatlarla ifadə edilə bilər (alternativ istifadəsi baxımından itirilmiş vaxt). Fürsət maliyyəsi nəzəriyyəsi 1914-cü il "Sosial İqtisadiyyat Nəzəriyyəsi" monoqrafiyasında təsvir edilmişdir. Ona görə: məhsuldar məhsullar gələcəyi təmsil edir. Onların dəyəri son məhsulun dəyərindən asılıdır ; məhdud mənbələr istifadə yollarının rəqabət qabiliyyətini və alternativliyini müəyyənləşdirir; istehsal xərcləri subyektivdir və müəyyən bir malın istehsalında qurban verilməli olan alternativ imkanlardan asılıdır ; hər hansı bir şeyin həqiqi dəyəri (faydası) bu şeyin istehsalına xərclənən mənbələrlə istehsal edilə bilən digər şeylərin itirilmiş faydasıdır.
Kürşat Duymuş
Kürşat Duymuş (d.1 fevral, 1979) - Türkiyə futbolçusu. == Karyerası == Kürşat peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə Etimesgut Şekerspor klubunda atıb. Növbəti illərdə Çaykur Rizəspor, Trabzonspor, Beşiktaş, Ankaraspor, Kayserispor, Kartalspor kimi klubların heyətində çıxış edib. 2009-cu ilin sonunda Bakı ilə 1.5 illik müqavilə imzalayıb. Duymuş peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Tandem sursat
Tandem sursat və ya ikili partlayıcı qısaca partlayıcı və ya döyüş raketi sistemlərində istifadə olunan və ardıcıl partlayışı təmin edən bir cihazdır. Bu mexanizm vasitəsilə zirehli döyüş maşınlarında istifadə olunan qəfəs zirehləri və ya reaktiv zirehləri zərərsizləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə cihaz reaktiv zirehləri yüngül bir partlayışla aktivləşdirir. Bu şəkildə zirehdəki partlayıcılar partladılır. Təsirə məruz qalan ərazi reaktiv partlayıcılardan təmizləndikdən sonra başlıqdakı əsas partlayıcılar işə düşür və texnikanın əsas zirehi ilə təmas edərək onu məhv etməyə çalışır. PG-7VR model döyüş başlığından istifadə edən RPG-7 və onun daha da inkişaf etdirilmiş versiyası olan RPG-29 buna misaldır. Soyuq müharibə illərində Amerika istehsalı olan bir çox silah da bu texnikadan istifadə edilmişdir. O dövrdə istehsal olunan Sovet tanklarının əksəriyyəti reaktiv zirehlərdən istifadə edirdi.
Sursat qatarı
Sursat qatarı — XIX və XX əsr müharibələrində orduların elementi. Onlar hər bir diviziyanın artilleriya və piyada döyüş sursatlarının sursat doldurma məntəqəsindən döyüş sahəsinə daşınmasına cavabdeh idilər. Qatar burada hərfi mənada qatar ola bilərdi, lakin əksər hallarda deyildi və "karvan" mənasında işlədilirdi. Dövrdən asılı olaraq, onun daşınması atlı vaqon və ya motorlu nəqliyyat vasitələri olmuş, və rolları yerinə yetirmək üçün lazımi işçi heyəti və avadanlıqlar təyin edilmişdir.Onların ənənəvi qabiliyyəti müasir döyüşlərdə böyük ölçüdə əvəz edilmişdir. Birləşmiş Ştatlar Hərbi Qüvvələrində hər bir döyüş diviziyasının öz sahə artilleriya briqadasına təyin edilmiş sursat qatarı olmalı idi.
Kristiane Fürst
Kristiane Fürst (alm. Christiane Fürst‎; 29 mart 1985, Drezden, Almaniya) — Əczacıbaşı komandasında oynayan almaniyalı dünyaca məşhur qadın voleybolçu. Blokçu mövqeyində oynayır, sağ əllidir, 192 sm boya sahib voleybolçunun zərbə yüksəkliyi 305 sm, blok yüksəkliyi isə 295 sm-ə qədər çatır. Avropa ikincisi və klublararası dünya çempionudur. Almaniya millisi ilə 60-dan çox matça çıxmışdır. O, həmçinin bu ölkənin yetişdirdiyi ən güclü blokçulardan sayılır. == Karyerası == === Peşəkar karyerasındakı ilk uğurları === Kristiane Fürst karyerasına 1995-ci ildə (10 yaşında) doğulduğu Drezden klubunda başlamışdır. Yeddi il Drezdenin müxtəlif yaş qruplarında oynadıqdan sonra nəhayət 2002-ci ildə komandanın əsas heyətinə cəlb olunmuşdu. Burada iki dəfə Almaniya çempionluğu, iki dəfə də kubokunu qazanmış voleybolçu artıq bir sıra nəhəng klubların diqqətini çəkməyə başlamışdı. 2003-cü ildə isə cəmi on səkkiz yaşı olmasına baxmayaraq Almaniya milli komandasının əsas heyətinə cəlb olunaraq həmin ildə keçirilən Avropa çempionatında iştirak etmişdi.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.