Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Horasis
Horasis — mərkəzi İsveçrənin Sürix şəhərində yerləşən, əsası 2005-ci ildə Frenk-Yurgen Rixter tərəfindən qoyulmuş müstəqil araşdırma mərkəzidir. Mərkəz təklif əsasında Çin, Hindistan, Rusiya və Yaxın Şərq biznes liderləri ilə regional görüşlər təşkil edir. Horasis "The New York Times" tərəfindən "inkişaf edən bazarlar üçün beynəlxalq iqtisadi forum kimi kiçik liqa" adlandırılmışdır. Regional səviyyəli görüşlərlə yanaşı, təşkilat, "Horasis Global Meeting" və "Horasis Visionary Circle" adlı fərdi tədbirlərin də təşkilatçısıdır. == Rol və missiya == Horasisin əsas məqsədi, inkişaf etmiş və inkişafda olan ölkələrin təcrübələrini bölüşmək və əməkdaşlığı sayəsində "sabit gələcək üçün konsepsiyanın qəbul edilməsi"dir. Cəmiyyət əsasən, tez-tez yeni partyor koorporasiyalarla, hökümətlər və beynəlxalq təşkilarlarla əlaqələr şəraitində işləyir. Bu görüşlər növbə ilə təklifçi ölkələrdə keçirilir, seçilmiş korporasiyalar güncəl mövzularda nitq və təqdimatlar hazırlayırlar. Görüşlər adətən seçilmiş ölkənin coğrafi mövqeyinə uyğun olaraq təşkil edilir. Seçilmiş ölkə üçün bu tədbir qonaq ölkələrlə (Çin, Rusiya, Hindistan, ərəb ölkələri və sair.) əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün vasitə hesab edilir. Təbirlər həm də siyasi dialoqların aparılması üçün uğurlu platforma rolunu oynayır.
Vladimir Horovits
Vladimir Samoyloviç Horovits (ing. Vladimir Horowitz) — yəhudi əsilli sovet və amerika pianoçusudur. Musiqi tarixinin ən görkəmli pianoçularından biridir. 1903-cü ildə Kiyevdə mühəndis və iş adamı, sonradan (1912) elektrik avadanlıqları satan şirkətin sahibi Samuil İoaximoviç Horovitsin (1871-1940) və onun həyat yoldaşı V.V. Puxalski adına Kiyev Musiqi Texnikumunun məzunu Sofiya (Sonya) Yakovlevna Horovitsin (1872-) 1930 ) ailəsində anadan olub. Atanın doğum şəhadətnaməsində (1871) onun Berdiçevdən olan ikinci gildiya taciri Yoahim Samuiloviç Horovitsin oğlu olduğu göstərir. Valideynləri 1894-cü ildə evlənmişdilər. Ailənin Kiyevdə doğulmuş, əvvəl Kiyev Musiqi Kollecində, sonra Konservatoriyada musiqi təhsili alan dörd övladı var idi: Yakov (1895-1915), Regina (1900-1984) və Vladimir - pianoçu, Qriqori (1901-1945) isə - skripkaçı idi. Vladimirə (eləcə də digər övladlarına) musiqi sevgisini aşılayan anası idi. Əvvəlcə anası özü Vladimirlə məşğul olurdu. O, 1913-cü ilin yanvarında (həmin ilin yayında konservatoriyaya çevrilən) Kiyev Musiqi Məktəbinə daxil olur.
İrvinq Lyuis Horovits
İrvinq Lyuis Horovits (ing. Irving Louis Horowitz; 25 sentyabr 1929, Nyu-York, Nyu-York ştatı – 21 mart 2012, Prinstom, Nyu Cersi) — ABŞ sosioloqu, yazıçısı, professoru. O, öz sahəsində geniş yazılar dərc etmiş və dərslər demişdir. Horovits Argentina, Hindistan, Yaponiya, Meksika, Kanada və Rusiya universitetlərində dərs demişdir. O, 1994-cü ildə nəşr etdirdiyi "Professing Sociology" kitabı ilə tanınır və o, burada, sosiologiyanın həddindən artıq ideoloji nəzəriyyəyə üstünlük verilməsi və siyasətə açıq-aşkar diqqət verilməməsi səbəbindən tənəzzülə uğradığını iddia etmişdir. The Anarchists (1964) Winners and Losers: Social and Political Polarities in America (1984); a criticism of left-wing fascism Cuban Communism: 1959–2003. 11th edition. The Long Night of Dark Intent: A Half Century of Cuban Communism. Transaction Publishers (2011). The War Game, Transaction Publishers (2013), Edited and with a new Introduction,"Conflagration and Calculation," by Howard G. Schneiderman Professing Sociology: Studies in the Life Cycle of the Social Sciences, Transaction Publishers (2014), with a new Introduction — "Fugitive Thoughts Tamed," by Howard G. Schneiderman Martin, Douglas.