Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Drupal
"Drupal" — veb əsaslı Məzmun İdarəetmə Sistemi "Drupal" layihəsini 2000-ci ildə Dris Beytart istifadəyə vermişdir. Belə ki, Antverpen Universitetinin bir neçə tələbəsi internetə çıxış üçün ümumi ADSL-modemdən istifadə edirlər və Dris bu kiçik lokal şəbəkəsinin istifadəçilərinin ünsiyyəti üçün daxili sayt yaradır. Müsahibələrinin birində Beytart həmin dövrü belə xatırlayır: "Mən universitetdə oxuduğum zaman PHP və MySQL kimi texnologiyalar haqqında daha çox öyrənmək istəyirdim. Həmçinin, tələbələr üçün daxili mesajlaşma sisteminə ehtiyacın olduğunu hiss edirdim. Nəhayət, mən sadə bir mesaj board yazdım. Onu bitirdikdən sonra, daxili mesaj boardı internet üzərindən hərəkət etdirmək qərarına gəldim." Beytart layihə barədə fikirlərini davam etdirərək qeyd edir: "Mən saytı kənd və ya kiçik şəhər anlamına gələn "dorp" ingilis sözü ilə adlandırmaq istəyirdim, lakin qeydiyyatdan keçirən zaman kiçik səhvə yol verdim, adı "drop" (damcı) olaraq qeyd etdim. İlk olaraq bunu görəndə çox təəccübləndim, lakin sonradan adı elə bu cür saxlamağa qərar verdim". 2001-ci ildə Dris "Drupal" adı altında "drop.org" mənbə kodunu dərc etdi. O vaxtdan hazırlama daha sonra layihənin rəsmi saytı statusunu əldə edən "drupal.org" saytına yerini dəyişdi, hansı ki, layihənin rəsmi saytının statusunu əldə etdi. Yeni saytın auditoriyası zamanla yeni veb-texnologiyaların inkişafı ilə maraqlananlarla əvəz olundu və yeni sayt tədricən həvəskar sınaqdan veb-proqramlaşdırma ideyalarının müzakirələri üzrə layihəyə keçdi.
Krupatı
Krupatı (belar. Курапаты ) — Belarusun paytaxtı Minsk şəhəri ətrafında meşəlik ərazi. SSRİ dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 1937–1941-ci arasında icra edilmiş Böyük təmizləmə siyasəti zamanı çox saylı insan burada qətlə yetirilmişdir. Qurbanların dəqiq sayı bəlli deyil, çünki NKVD arxivləri Belarusiyada təsnif edilmişdir. Müxtəlif mənbələrə görə Kurapatıda həlak olanların sayı ən azı 30.000 nəfər (BSSR Tarnaŭski'nin baş prokuroruna görə), 100.000 nəfərə qədər (“Belarusiya” istinad kitabına görə), 102.000–250.000 nəfər ( Zianon Pazniakın "Litaratura i mastactva" qəzetindəki məqaləsinə görə), 250.000 nəfər (Polşa tarixçisi və Vrotslav Universitetinin professoru Zdzislavav Julian Vinnikiyə görə), və daha çox (İngilis tarixçisi Norman Deviesə görə) ola bilər. 2004-cü ildə Kurapatıdakı kütləvi məzarlar birinci kateqoriyalı mədəni irs kimi Belarusiyanın Mədəni Xüsusiyyətləri reyestrinə daxil edildi. == Kəşfi == Ərazinin Zyanon Paznyak tərəfindən kəşfi və 1988-ci ildə qalıqların ekshümasiyası Sovet İttifaqının dağılmasından əvvəlki son illərində Belarusda demokratiya və müstəqillik hərəkatına əlavə bir təkan verdi. Həm Sovet, həm də Belarus hökumətləri tərəfindən Sovet NKVD-sindən olan günahkarlarla əlaqəli araşdırmalar aparılmışdır. Keçmiş NKVD üzvlərinin etiraflarına və Cna, Cna-Yodkava, Drazdova, Padbaloccie və digər kəndlərdən olan 55 kəndlinin şahid ifadələrinə əsaslanaraq, NKVD-nin yük maşınlarında insanların gətirildiyi və 1937-1941-ci illərdə edam edildiyi sübut olundu. Amerika Birləşmiş Ştatları Prezidenti Bill Klinton, Belarusiya post-sovet nüvə silahlarını Rusiyaya təhvil verməyə razı olduqdan sonra "təşəkkür" ziyarəti ilə Belarusa gələndə Kurapatı meşəsini ziyarət etdi.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Adris grupa
"Adris grupa d.d." ― mərkəzi Rovin şəhərində yerləşən Xorvatiya şirkəti.. Müəssisə 8,000-dən çox işçi qüvvəsinə sahib olmaqla yanaşı, həm də illik gəliri 5 milyard kunadan (təxminən 1 milyard dollar) çox olmaqla bölgənin aparıcı şirkətlərindən biridir. "Tvornica duhana Rovinj"-in (TDR) 2015-ci ilin sentyabr ayında "British American Tobacco"-ya satılmasından sonra əsas xidmət göstərdiyi sahələr "Maistra" (turizm və otellər), "Cromaris" (qida sənayesi) və Xorvatiya osiguranje (sığorta) oldu. Şirkətin fəaliyyət göstərdiyi digər sahələr siyahısına "Adrisdə gələcək" adlı dövlət təcrübə və məşğulluq proqramı daxildir, bundan başqa da şirkət təqaüd və ianələr verən "Adris" fondu ilə də aktiv işlər görür. == İstinadlar == == Xarici keçidlər == adris.hr — Rəsmi saytı (xorv.) (ing.) "Adris grupa d.d." poslovni.hr (xorvatca). Poslovni dnevnik. İstifadə tarixi: 26 fevral 2016.
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.