Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sapfo
Qərb ədəbiyyatının ilk qadın nümayəndələrindən olan Sapfo yazıçılığın hələ inkişaf etmədiyi, tarixçilərin hər şeydən əvvəl şəhərlərin və o zaman üçün güc sahibi olan kişilərin işləri ilə maraqlandığı bir dövrdə yaşadığı üçün onun haqqında bildiklərimizin çoxunu məhz öz şeirlərinə borcluyuq. Lakin bu, onun həyatı ilə bağlı çoxlu ziddiyyətli hekayələrin uydurulması üçün də şərait yaratmışdı. Sapfo eramızdan əvvəl 630-cu ildə Lesbos adasındakı Eresosda doğulmuş və ömrünün böyük bir hissəsini adanın paytaxtı Mytilene’də keçirmişdi. Yunan lirik şairi olan Sapfo yazı üslubunun gözəlliyi ilə bütün əsrlərdə hamını özünə heyran etmişdi. Sapfo tarix boyu ən böyük qadın şairlərdən biri hesab olunur. Onun yaradıcılığı həm məhsuldar, həm də o dövrün təməlqoyma xarakterini daşıyaraq onun yolunu davam edən minlərlə başqa şair üçün nümunə olmuşdu. Müasir dövrdə onun adı və doğulduğu yer həmcinslərini, yəni qadınları sevən qadınların adı ilə eyniləşmişdir. Bu gün də Sapfo çoxları üçün qadın homoseksuallığının bir simvolu sayılır. Bəzi mənbələrdə ümumi “lezbiyan” ifadəsinin onun doğulduğu Lesbos adasının adından qaynaqlandığı deyilir. Başlanğıcda bir kişi və bir qadın arasında sevgini izah edən bu söz, Sapfonun dilimizə olan təsiri ilə günümüzdə iki qadın arasındakı romantik sevgini izah edən “saf” sözü kimi işlədilir.
Sapma
== Sapma == Sapma– nəzarət nöqtəsindən adi və ya sistematik kənarlaşmadır. 1. Riyaziyyatda: dayaq (örnək) qiymətindən qiymətlər qrupunun orta kənarlaşma kəmiyyəti. 2. Elektronikada: tranzistorun və ya başqa elektron qurğunun iş rejiminin nəzarət həddini müəyyənləşdirmək üçün gərginlik. 3. Rabitə vasitələrində siqnalın təhrif növü; siqnalın qiymətinin 0-dan 1-ə və əksinə dəyişməsi ilə əlaqədar gərginlik artdıqda və ya azaldıqda baş verən gecikmə ilə bağlı olaraq ötürülən bitlərin uzunluğunun pozulması == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daniil Şapka
Daniil Andreyeviç Şapka (rus. Даниил Андреевич Шапка; 18 mart 1999) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan GNS-Spartak klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Həyatı == 18 mart 1999-cu ildə anadan olub. == Karyerası == Şapka öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə "Kuban-2 Krasnodar" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Maşuk-KMV Pyatiqorsk klubuna qarşı oyunda etmişdir.
Ballerus sapa
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Peyami Safa
Peyami Safa (2 aprel 1899, Fateh – 15 iyun 1961, İstanbul) — əsasən romanları ilə məşhur olan türk yazıçısı. "Sərvər Bədi" təxəllüsü ilə də çıxış etmiş yazıçı jurnalistika sahəsindəki işləri və cəmiyyət həyatına dair fikirləri ilə də tanınır. == Həyatı == Şair İsmayıl Safanın oğlu kimi anadan olub. Atasının Sivasda sürgündə ölməyinin ardınca, 1901-ci ildə — 2 yaşında yetim qalmış və "Yetimi-Safa" adı ilə xatırlanmışdır. 8 yaşından 17 yaşınacan ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Yazıçının "Doqquzuncu cərrahiyyə palatası" romanını həmin günlərindən bəhs edir. Xəstəlik və müharibə səbəbilə təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa idadiyyəsindəki təhsilini yarımçıq buraxmışdır. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbəri-İttihad məktəbində müəllimlik etmişdir.
Safa-Gəray
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). == Tərcümeyi-halı == Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.
Safa Önal
Safa Önal (17 dekabr 1930 – 30 iyul 2023) — türk ssenarist və rejissoru. == Həyatı == Safa Önal 1930-cu ildə İstanbulda doğulub. Haydarpaşa Liseyinin məzunu olan Önal 1945-ci ildə hekayələrlə başladığı yazılarını təkmilləşdirməyə çalışarkən müxtəlif jurnallarda çalışır. O, hekayələrini "Dünyanın ən gözəl gəmisi" adlı kitabda toplayır. Sonra isə ssenarilər yazmağa başlayır. Ssenari yazımında irəliləyiş əldə edən Önalın 395 ssenarisi dünyanın ən maraqlı rekordlarının yer aldığı "Ginnesin Rekordlar Kitabı" tərəfindən dünya rekordu olaraq təsdiqlənir. İki dəfə ailə həyatı quran və hər iki həyat yoldaşından ayrılan sənətçi 1973-cü ildə rejissorluğa başlayır və 40-a yaxın filmə rejissorluq edir. O, həmçinin bir çox fotoroman ssenariləri yazmışdır. Məşhur ssenarist 30 iyul 2023-cü ildə 92 yaşında vəfat etmişdir. == Ssenarist kimi == == Rejissor kimi == 1969: Cingöz Recai 1969: İnleyen Nağmeler 1969: Kalbimin Sahibi 1969: Karlı Dağdaki Ateş 1970: Afacan 1970: Ağlayan Melek 1970: Arkadaşlık Öldü mü?
Şapa (şəhər)
Şapa və ya Sapa (vyet. Sa Pa) — Vyetnamın şimal-qərbində, Laokay vilayətində şəhər. == Coğrafiyası == Hanoydan 350 km şimal-qərbdə, Çin ilə sərhəd yaxınlığında, dəniz səviyyəsindən təxminən 1,600 m yüksəklikdə yerləşir. Böyük turizm mərkəzidir. Coğrafi baxımdan nadir relyef və təbiətə malikdir. Şəhərin yaxınlığında Hind-Çinin ən yüksək zirvəsi Fanşipan zirvəsi yerləşir. İqlimi yayda mülayim və yağışlı, qışda isə nisbətən soyuqdur. Şapada orta illik temperatur 15,4°C-dir. Ən isti aylar iyul və avqust, ən soyuq aylar dekabr və yanvardır. Şəhərin mərkəzində, yanında katolik kilsəsi olan bir park var.
Mahir Hüseynov (Şafa oğlu)
Mahir Şafa oğlu Hüseynov (19 sentyabr 1975, Quzanlı, Ağdam rayonu – 18 aprel 1994, Həsənqaya, Tərtər rayonu) — "Döyüş xidmətinə görə"medalı. == Həyatı == Mahir 1975-ci il sentiyabrın 19-da Quzanlı kəndində anadan olub. 1993-cü ıldə orta məktəbi bitirəndən sonra qısa bir müddətdə kolxozda çalışıb. Həmin il oktyabrın 4-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Əsgərliyinin ilk aylarını əvvəlcə Bakıda, sonra Qusarda - təlim düşərgəsində keçirib. 1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qurub əsgərlə Tərtər bölgəsinə göndərilib. Ağdərə bölgəsinin bir sıra məntəqələrinə kəşfiyyata gedən Mahir dəfələrlə ordumuzun bölmələrini zəruri məlumatlarla təmin edib,işğalçıların planlarını pozub. Çaylı kəndində kəşfiyyatda olanda düşmənin arxasına keçərək ermənilərin 2 tankını, 1 PDM-ni təkbaşına məhv edib. 1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə minaatan qəlpəsindən həlak olub. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mahir Şafa oğlu Hüsenov ölümündən sonra "Döyüş xidmətinə görə" medalı ilə təltif olunub.
Capra
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Hayfa
Hayfa (İvritcə: חיפה; Ərəbcə: حيفا) — İsrailin şimalının ən böyük şəhəri və ölkənin üçüncü böyük şəhəridir. İsraildə sıx olaraq ərəb əhalisi yaşayan bir şəhərdir. Müqəddəs Kitablarda (Əhdi-i Atik, Tövrat) adı keçmişdir. Yəhudilər, Romalılar, Ərəblər, Səlibçilər, Osmanlılar Hayfanı idarə etmişlər. Kavalalı Mehmet Əli Paşanın şəhəri təkrar ələ keçirməsindən əvvəl Hayfa 1799-ci ildə Napalyon Bonapart tərəfindən işğal edilmişdir. Müqəddəs Kitablarda adı keçən Kermil Dağı Hayfadadır. Bu dağda xristianlıq, müsəlmanlıq və son olaraq Bahailik- üçün müqəddəs bir qalıq olan İlyas Peyğəmbərin mağarası da vardır. Həmçinin bu dağ yamaclarında Bəhai Dininin Dünya Mərkəzi ilə gözəlliyiylə tanınmış bağçaları və terraslar var. Əhalisi 278 903 nəfər (2016-cı il). Hayfada 1948-ci ildə 98 600 insan yaşayırdı.
Lappa
Atpıtrağı (lat. Arctium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
MAPPA
MAPPA Co., Ltd.(株式会社 (Kabushiki-gaisha MAPPA)) — Masao Maruyama tərəfindən yaranmış animasiya studiyası. MAPPA — Maruyama Animation Produce Project Association bildirən akronimdir.
Pakfa
Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21, NATO kod adı Felon) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib. “T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər.
Rapla
Rapla (est. Rapla) — Estoniyanın qərbində, Raplamaa bölgəsində şəhər.
SAIPA
SAIPA — İranın iki böyük avtomaşın istehsal edən fabriklərindən biri.
Sabra
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. == Silahlar == Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Sadaa
Sadaa (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır:S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir.Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər:S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir == İstinadlar == == Ədəbiyyat == Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır.3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Saqra
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Şalya
Şalya (slovak. Šaľa, alm. Schelle‎, mac. Vágsellye) — Slovakiyanın cənubunda, Vaq çayının sahilində şəhər. Əhalisi 25 min nəfərə yaxındır. == Tarix == Şalyanın adı ilk dəfə 1002-ci ildə qeyd olunur. 1252-ci ildə Şalyanı monqol-tatar ordusu talan edərək yandırır. Elə həmin ildə də macar kralı IV Bela Şalyaya şəhər statusu verir. XVI-XVII əsrlərdə şəhəri bir neçə dəfə Osmanlı ordusu ələ keçirmək istəyir, lakin buna nail ola bilmir. XVII əsrdə burada qala tikilir.
Arctium lappa subsp. lappa
Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. == Botaniki xarakteristikası == İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir. İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Keçəvari pıtraq hörümçək toruna bənzəyən tükcüklü və gövdəli, kiçik pıtraq xırda səbətcikli (1,5-2,5 sm diametrli), hörümçək torundan məhrum edilmiş fırçaya bənzəyir.
Arctium lappa var. lappa
Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. == Botaniki xarakteristikası == İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir. İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Keçəvari pıtraq hörümçək toruna bənzəyən tükcüklü və gövdəli, kiçik pıtraq xırda səbətcikli (1,5-2,5 sm diametrli), hörümçək torundan məhrum edilmiş fırçaya bənzəyir.