Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır. == Təbabətdə == Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir.
Adi sərv
Həmişəyaşıl sərv
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü. Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır. Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür.
Sallaq sərv
Əsasən Çin, Vyetnam, Yaponiya və Şimali Amerikada yayılmışdır. Bəzi alimlər bu bitkini Chamaecyparis funebris (Endl.) franco adı ilə Chamaecyparis cinsinə aid edirlər. Həmişəyaşıl, hündürlüyü 20–25 m-ə qədər olan, zoğlarının ucları sallaq ağacdır. Qabığı qonur, hamardır. Enli çətiri sıx deyil. Gövdənin rəngi qəhvəyi-qara və hamardır. Budaqları möhkəm, sallaqdır. Qısa budaqları qalındır. Yarpaqları qarşı-qarşıya yerləşir, göyümtül-mavidən boz-yaşıl rəngədək olur. Çiçəkləri birevlidir.
Sega Dreamcast
Dreamcast — "Sega" tərəfindən 27 noyabr 1998-ci ildə Yaponiyada, 9 sentyabr 1999-cu ildə Şimali Amerikada, 14 oktyabr 1999-cu ildə isə Avropada buraxılmış ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından birincisi idi. Bundan sonra "Sony" şirkətinin PlayStation 2, "Nintendo" şirkətinin GameCube və "Microsoft" şirkətinin Xbox konsolu satışa çıxarılmışdır. Dreamcast "Sega" şirkətinin sonuncu ev konsolu idi. Bu da şirkətin konsol bazarındakı 18 illik fəaliyyətini sona çatdırmışdır. Dreamcast uğursuz Sega Saturn konsolunun baha proqram təminatı ilə müqayisədə xərcləri azaltmaq üçün "Hitachi SH-4" CPU və "NEC PowerVR2" GPU kimi ucuz komponentlərlə dizayn edilmişdir. Yaponiyada məyusedici resenziyalar alan Dreamcast ABŞ bazarında buraxıldığı ərəfələrdə uğurlu olmuş, ancaq "Sony" qarşıdan gələn PlayStation 2 üçün marketinq kampaniyası apararkən konsola olan maraq tədricən azalmışdır. Qiymətinin bir neçə dəfə azaldılmasına baxmayaraq, konsolun satışları "Sega" şirkətinin proqnozlarını qarşılaya bilməmişdir və şirkət ziyana düşməyə davam etmişdir. Rəhbərlikdə edilən dəyişiklikdən sonra "Sega" şirkəti 31 mart 2001-ci ildə Dreamcast konsolunun satışlarını dayandırmış, konsol biznesindən ayrılmış və özünü üçüncü partiya nəşrçi olaraq yenidən strukturlaşdırmışdır. Dünya səviyyəsində 9.13 milyon Dreamcast nüsxəsi satılmışdır.
Sega Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. == Tarixi == Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur.1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur.Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
Sega Saturn
Sega Saturn — "Sega" tərəfindən 22 noyabr 1994-cü ildə Yaponiyada, 11 may 1995-ci ildə Şimali Amerikada, 8 iyul 1995-ci ildə isə Avropada satışa çıxarılan ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından altıncısı idi. Uğurlu Sega Genesis konsolunun davamçısı olan Sega Saturn konsolunda cüt-CPU arxitekturası və səkkiz prosessor var. Konsol üçün buraxılmış oyunlar CD-ROM formatındadır və aralarında orijinal oyunlara əlavə olaraq, bir neçə arkada portları da var. Sega Saturn konsolunun istehsalına 1992-ci ildə start verilmişdir. Həmin il "Sega" şirkətinin yenilikçi "3D Model 1" arkada proqramı debüt etmişdir. Sistem Yaponiya elektronika şirkəti olan "Hitachi" tərəfindən istehsal olunmuş bir CPU əsasında dizayn edilmişdi. "Sega" 1994-cü ildə konsola yeni bir video displey prosessoru əlavə etmişdir ki, "Sony" şirkətinin qarşıdan gələn "PlayStation" konsolu ilə daha yaxşı rəqabət apara bilsin. Sega Saturn ilk vaxtlarda Yaponiyada uğur əldə edə bilmiş, ancaq ABŞ-də gözlənilməz şəkildə plananan buraxılış tarixindən dörd ay əvvəl, 1995-ci ilin may ayında satışa çıxarılanda ölkə bazarında çox nüsxə satmağa nail ola bilməmişdir. Sega Saturn Nintendo 64 konsolunun 1996-cı ilin axırlarında debüt etməsindən sonra sürətlə ABŞ-dəki bazar səhmlərini itirməyə başlamış, 1998-ci ildə isə ölkədə satışdan qaldırılmışdır.
Seqa Kulibali
Seqa Kulibali (9 iyun 1996-cı ildə anadan olub) — Liqa 2 təmsilçilərindən olan Nansi klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Kulibali Renn akademiyası vasitəsilə inkişaf etmişdir. O, ilk peşəkar müqaviləsini Renn klubu ilə 13 iyul 2016-cı ildə imzalamışdır.2 avqust 2016-cı ildə Kulibali Sedan klubuna bir illik icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü 5 avqust 2016-cı ildə Sedan klubu ilə Avranşes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Milli Çempionat görüşündə Sedan rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. === Nansi === 13 iyun 2018-ci ildə Kulibali Liqa 2 təmsilçilərindən olan Nansi klubu ilə üç illik müqavilə imzalamışdır.
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə.Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə.Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin. Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə oxumaq üçün səhv səcdəsi vacib deyildir. Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının mənşəyi bir səhv olsa, namazın salamından sonra bir cüt səhv səcdəsi kifayətdir.
Sərv (Soyuqbulaq)
Sərv (fars. سرو‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
İrimeyvəli sərv
Bitkinin vətəni Kaliforniya və ABŞ-dır. əsasən Avropanın isti zolağında, Cənubi Amerika və Avstraliyanın mülayim vilayətlərində təbii halda bitir. Hündürlüyü 15-25 m-ə çatıb, düz dayanan iynəyarpaqlı ağacdır. Yaşlandıqda budaqları əyilir və şaxələnmiş çətir əmələ gətirir. Cavan bitkilərin çətiri sütunvarı, enli-konusvarı olub, diametri 1,5-2 m-dir. İynəyarpaqlar parlaq açıq və ya tünd həmişəyaşıl olub, qabıqşəkilli, limon qoxuludur, uzunluğu 0,1-0,2 sm-dir. May ayında çiçəkləyir. Çiçəklərin rəngi açıq sarıdır. Qozaları qonur, yumurtavarıdır, diametri 2-3,5 sm-dir. İsti sevəndir, torpağa az tələbkardır, nəmişliyə, küləyə orta davamlıdır, suyun dayanmasına dözmür.
Sərv südləyəni
Sərv südləyəni (lat. Euphorbia cyparissias) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Şegi Rocers
Norvil "Şeggi" Roqers Amerika animasiya şirkəti Hanna-Barbera tərəfindən yaradılmış uydurma personajdır və Skubi-Du franşizasındakı dörd insan qəhrəmanından biridir. O, Scooby-Do-nun ən yaxşı dostudur və onun kimi acgöz və qorxaqdır. Şeggi sirləri həll etməkdən daha çox yeməklə maraqlanır.
Çılə şəv
Çılə şəv — Dekabrın 21-dən 22-nə keçən gecə qeyd olunan talış milli bayramı. Çıla şəv ilin ən uzun gecəsində (qış bərabərliyi) qeyd olunur və talış təqvim döngüsündə xüsusi yer tutur. Bayram, talış mifologiyasına görə Xeyirin Şər üzərində qələbəsini və ilin ən sərt vaxtı olan qışı, ardınca yeni il, bahar, təbiətin oyanışı ərəfəsində qüvvələrin yenidən doğulmasını qeyd edir. == Etimologiya == "Çılə şəv" iki talış sözü olan "çıl" – qırx və "şəv" – gecə sözlərindən olub, hərfi mənada "qırxıncı gecə" və ya "qırx gecə" mənasını verir. Çillə gecəsi sözü azərbaycan dilinə məhz talış dilindən keçmədir. == Qeyd olunması == Bu gecədə böyüklər dan yeri sökülənə qədər qədər uşaqlara xalq nağılları, əfsanələr danışır, uşaqlar isə mahnı oxuyur, müxtəlif oyunlar, əyləncələr təşkil edirlər. Bayrama qədər kəsilməsi üçün hər evdə ən azı bir qarpız saxlanılır, əgər qarpız yoxdursa, o gecə kəsilən balqabaq və ya qovun da ola bilər. Qarpız və ya balqabaq, Günəşi simvollaşdırır. Adətə görə insanlar sübh tezdən Günəşin doğulması Xeyirin, Şər üzərində qələbəsini təcəssüm etdirir. Talışların daha bir qədim adətinə görə, həmin gecə yeyilən qovun, balqabaq yaxud qarpız bütün xəstəliklərə qarşı kömək edir.
Fonq Seov Yit
Fonq Seov Yit (10 iyul 1942, Pinanq) — Malayziyalı keçmiş üzgüçü. Fonq Seov Yit Malayziyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fonq Seov Yit birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.4 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
La-Selv (Averon)
La-Selv (fr. La Selve, oks. La Selva) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12267. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 27 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 665 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 388 nəfər (15-64 yaş) arasında 279 nəfər iqtisadi cəhətdən, 109 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.9%, 1999-cu ildə 70.7%).
Piramidal həmişəyaşıl sərv
Vətəni Orta Kaliforniyadır; burada okean sahillərində təzə və yüngül torpaqlarda bitir. Bir çox ölkədə əkilib becərilir. Hündürlüyü 25 m-ə çatıb budaqları çəpəki vəziyyətdə yuxarıya qalxmış çətirli ağacdır. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdədir, budaqlar gövdədən yuxarıya düz bucaq altında çıxır və təxminən ona bitişikdir. Xırda yarpaqlar budaqlara bitişikdir və ya saplaq üzərində olur. Onlar tünd və açıq-yaşıl, bəzən göyümtül çalarlı ola bilər. Açıq-yaşıl yarpaqları payızda qırmızı-qonur rəng alır. Qozaları 3 sm uzunluqda, şarşəkilli, qaidəsi bir az hamar, boz və ya bozumtul-qonur, parlaqdır. Torpağa qarşı tələbkar, işıqsevən və quraqlığadavamlı dekorativ ağac cinsidir. Bu sərvə respulikanın bir çox bolgələrində tək-tək, qrup halında və xiyaban əkinlərində rast gəlinir.
Sega Saturn Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. == Tarixi == Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur.1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur.Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
Üfüqi həmişəyaşıl sərv
Jal-Mişel Sev
Jean-Mişel Sayve (17 noyabr 1969, Lyej, Valloniya[d]) — Belçikanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Jean-Mişel Sayve Belçikanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Jean-Mişel Sayve Belçikanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Jean-Mişel Sayve Belçikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub. Daha sonra Jean-Mişel Sayve Belçikanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Jean-Mişel Sayve Belçikanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Jean-Mişel Sayve Belçikanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Jean-Mişel Sayve Belçikanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Sev məni (albom)
Sev məni – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Hakan Erol, Ələkbər Tağıyev, Razim Paşayev, Andrey Babayev, Aygün Səmədzadə, Vaqif Gərayzadə və s. bəstəkarların mahnıları yer alır.
Yaxınını sev (roman)
Yaxınını sev Alman yazıçısı Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark‎) tərəfindən 1939-cu ildə yazılmış roman. Roman Avropada I dünya müharibəsindən sonrakı dövrdən, Almaniyada NSAFP-nin hakimiyyətə gəlməsindən, "üçüncü növ" millət sayılan yəhudilərin ağır və faciəli həyatından bəhs edir. Əsərdə yəhudilərin gündəlik qayğıları, onlara qarşı münasibət, işdən azad edilmələri, hüquqlarının pozulması, sənədlərinin əllərindən alıb ölkədən çıxarılması kimi tarixi hadisələr bədi şəkildə təsvir edilmişdir. Böyük bir mühacir ordusu ölkəni tərk etmiş olur. Tezliklə emiqrant dalğası bütün Avropanı bürümüş olur. İnsanlar bir ölkədən digər bir ölkəyə qeyri qanuni yollarla, saxta sənədlərlə qaçmağa məcburdurlar. Romanda müəllif bütün bu ağılasığmaz hadisələr fonunda həmin dövrün insanlarının ağır talelərinə baxmayaraq həyatı sevmək əzmində olduqlarını göstərmişdir. Yazıçı Fransaya və oradan da ABŞ-yə səyahət edərkən romanı nəşr elətdirir. Alman dilində ilk nəşr 1941-ci ilin sentyabrında işıq üzü görür.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir:lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi:azərb.
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Esege
Həcv
Həcv – satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da “həcv” adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.
Keql
Keql — sriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Bir sıra standart keqllər vardır.